GENDER MƏDƏNİYYƏTİ Gender mədəniyyətinin inkişafi hüquqi dövlət və demokratik
cəmiyyətin mədəni inkişafının strateji istiqamətlərindən biridir.
Ф Gender
mədəniyyəti
kişi
ilə
qadın
arasında
şəxsiyyətlərarası
münasibətləri, ailə və ictimai institutların
qarşılıqlı təsirini səciyyələndirən sosial münasibətlərin inkişafda
olan sistemidir.
Ф Gender - sosial-mədəni anlayış olmaqla,
şəxsiyyət və
cəmiyyətin yüksək etik mədəniyyəti ilə sıx bağlıdır. O, kişi və qadın
arasındakı bioloji fərqlərlə yanaşı mental, emosional, təfəkkür və
davranış fərqləri, həyatda onların sosial rollarının bölünməsi haqqında
təsəvvür yaradır.
136
Fuad Mammadot
Kulturologiva effektivli havat va faalivvata aparan vol
Əgər genderin
bioloji göstəriciləri cinslə əlaqədardırsa,
sosial-mədəni göstəricilər insanlann mədəniyyəti, tərbiyəsi xarakteri,
psixologiyası, həyat tərzi, sosial mühiti, maraqlan və peşəsi ilə
bağlıdır.
Ф Gender bu və digər xalqın milli-mədəni dəyərlər sistemi ilə
şərtlənən
kişi-qadın münasibətlərinin şəxsi və ictimai səviyyədə
sosial-mədəni modeli kimi təzahür olunur.
Ф
Gender milli mədəniyyət və ümumiyyətlə cəmiyyətin mədəni
səviyyə və xüsusiyyətlərini, cəmiyyətin sosial infrastrukturunun baza
ölçülərini başa düşüb qiymətləndirməyin mühüm göstəricisidir.
& Demokratik
dövlətdə
gender mədəniyyəti
dövlət və
cəmiyyətin idarə edilməsi və ictimai münasibətlərin tənzimlənməsinin
mühüm alətidir.
Ф
Gender mədəniyyəti milli və sosial mədəniyyətin inkişafında
pozitiv sinergetikanın mühüm vasitələrindən biri kimi,
sosial
tarazlığın yaranmasına təsir göstərir.
$
Cəmiyyətdə
bərabərhüquqlu
münasibətlərin
formalaşdırılması, cəmiyyətin rifah və davamlı inkişaf tələblərinə
cavab verərək, insanlann sosial fəallığını artınr, şəxsiyyətin ahəngdar
inkişafi və özünütəkmilləşdirməsinə şərait yaradır.
Ф
Cəmiyyətdə kişi ilə qadının sosial-mədəni rolu və onlann
qarşılıqlı mədəni münasibətləri, çox zaman, xalqın sosiallaşmasının
tarixi sistemi, davranış-düşüncə stereotipləri və mədəni ənənələrlə
müəyyən edilir.
Ф Mədəniyyətin ən mühüm sosial institutlanndan biri olan
gender mədəniyyətinin
məzmunu
cəmiyyətin xarakteri, ruhi və
maddi mədəniyyəti, vətəndaşların psixoloji aurası ilə birgə dəyişir.
®
Gender mədəniyyətinin təhlili bu və ya digər cəmiyyətin
sosial-mədəni inkişaf proseslərini qiymətləndirmək, proqnozlaşdırmaq
və modelləşdirmək, ictimai münasibətləri anlamaq üçün mühüm
əhəmiyyət daşıyır.