Aparan yol kimi


 SOSİOLOGİYA (Public relations)



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə80/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   76   77   78   79   80   81   82   83   ...   182
4. SOSİOLOGİYA (Public relations) -  müxtəlif insan qrupları və 
təşkilatlan  arasındakı  maraq  və  münasibətlərin  xarakterinə  nəzarət, 
onlarla  fəal  qarşılıqlı  təsir,  eləcə  də  dövlət  və  təşkilatın  missiyasının 
daha effektiv həyata keçirilməsi  məqsədi  ilə  KİV(kütləvi  informasiya 
vasitəkləri)  ilə əlaqədir.
5.  ESTETİKA  (DİZAYN) -  istehsal  edilən  məhsullann  təşkilatın 
məqsəd  və  xarakterinə  uyğun  xarici  görünüş  və  estetik  formasının 
sosial-mədəni  layihələndirilməsidir.Dizayn  təşkilatın  cəmiyyətdə 
fəaliyyətinə  maraq formalaşmasına  yardım edir.
Ф  Bu yanaşma  demokratik ölkələrdə yayılmış istehsalat idarəçiliyi 
elminə  əsaslanır.  II  Dünya  Müharibəsindən  sonra  Yaponiyada 
inkişafın  əsas  faktorlarını  təhlil  edərkən,  Qərbin  kapitalist 
139


Fuad Mam m adov
K ultu ro lo giya  çffe k tiv li həyat va faaliyyata aparan yol
iqtisadiyyatı  şəraitində  yaranan  istehsalat  idarəçiliyi  elminin 
dövlət  həyatında  mühüm  strateji  yer  tutması  N.İ.Konradın 
diqqətini  cəlb etdi.Bu elmin əsas komponentləri aşağıdakılar idi: 
sənaye  mühəndisliyi  (Industrial  Engineering),  operativ  öyrənmə 
(  Operations  Relations),  işin  aparılması  psixologiyası  ( 
Management  Psychology)  ,  ictimai  münasibətlər 
(Public 
relations)  və  dizayn  (Design).  İnkişaf etmiş  ölkələrdə  bu  elmin 
sürətlə  irəliləməsi  həm  elmi-texniki  inqilabin  inkişaf tələbləri, 
həm  də  demokratikləşmə  proseslərinin 
dərinləşməsi  ilə 
şərtlənirdi.  Müharibədən  sonrakı  yapon  universitetlərində 
idarəetmə fakültəsi  ən populyar və prestijli hesab edilirdi.
TƏŞKİLAT  MƏDƏNİYYƏTİNİN  TİPLƏRİ
Təşkilatin  mədəni  səviyyəsi,  kollektivin  etika  və  peşəkarlığı  da 
daxil  olmaqla,  onun  effektivliyinin  həlledici  faktorudur.  Bu  və  ya 
digər  təşkilatın  mədəniyyəti  onun  xarakteri,  psixologiyası,  rəhbər  və 
işçilərin 
davranış  motivləri, 
ideya,  əqidə,  ənənə,  aura  və  iş 
metodunda  əks  olunur.  Təşkilatın  mədəniyyət  keyfiyyəti  insanların 
sosial  mənşəyi, 
dəyərlər  sistemi,  fəlsəfəsi  və  həyat  fəaliyyəti 
texnologiyalarından daha çox asılıdır.
Bu  mövzu  Ç.Hendi,  R.Harrison,  A.Minkeviç,  V.Tomilov, 
M.İvanov,  D.Şusterman,  Vilkins,  T.Piters,  R.Uoterman,  U.Ouq, 
D.Sink,  R.Rüttinger,  Y.Hents,  A.Kamel  və  digər  qərb  və  rus 
alimlərinin  elmi  maraqlarının  predmetinə  çevrilmiş  və  onlar  effektiv 
idarəetmədə  təşkilat mədəniyyətinin mühüm rolunu aşkarlamışlar.
Professor  Çarlz 
Hendi, 
Rocer 
Harrisonun 
müəyyən  etdiyi 
mədəniyyət  ideologiyasının 
dörd  növü  əsasında, 
təşkilat 
mədəniyyətinin  dörd  növünü  özündə  birləşdirən  aşağıdakı  modeli 
hazırladı  :  hakimiyyət mədəniyyəti  (Zevs), rol  mədəniyyəti  (Apollon), 
vəzifə mədəniyyəti (Afina) və şəxsiyyət mədəniyyəti (Dionis).
“  H AKİM İYYƏT  M ƏDƏNİYYƏTİ”  -   birqayda  olaraq,  sərt 
ierarxik 
quruluşlu  təşkilatlan 
səciyyələndirir.  Hakimiyyət 
mədəniyyəti  liderin xüsusi rolu, onun şəxsi keyfiyyət və qabiliyyətləri 
ilə  əlaqədardır.  Belə  təşkilatlarda  hakimiyyətin  mənbəyi  liderin
140
Fuad М отпЫ оу
Kulturologiya çffektivli hayat та faaliyyata aparan yol
şəxsiyyəti  ilə  əlaqədar  onun  sahib  olduğu  resurslardır.  Həmin 
təşkilatlann kadr siyasəti  əməkdaşlann rəhbərə  şəxsi  sədaqəti  prinsipi 
üzərində  qurulub.  Təşkilat  mədəniyyətinin  tipi  olan  hakimiyyət 
mədəniyyəti  kifayət  qədər  mobildir.  O,  qısa  zaman  ərzində  qərar 
qəbul  edib  daxili  və  xarici  dəyişikliklərə  operativ  cavab  verərək, 
həyatda praktik ifadəsini tapmağa imkan verir.

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin