MƏDƏNİYYƏT HÜQUQLARI (mədəniyyət və mədəni irsin qorunması və inkişaf etdirilməsi hüququ) Mədəniyyət hüquqları
cəmiyyətin ruhi mədəniyyətinin mühüm
göstəricisidir.
Mədəniyyət hüquqları insan ləyaqətinə hörmət, ruhi və maddi
mədəniyyətin qorunması və inkişafi, onun süni və təbii dağıdıcı
proseslərdən dövlət və beynəlxalq müdafiəsinə istiqamətlənmişdir.
Onlar - vətəndaşların mədəni inkişafının bərabər imkan və şəraitinin
təmin edilməsini, bəşəriyyətin yaratdığı mədəni sərvətlərdən, milli və
dünya mədəniyyəti təhsil və maarifindən istifadəsini, eləcə də mədəni
yaradıcılıq və əməkdaşlıq, mədəni dəyərlərin yaradılması və
təbliğində iştirakını nəzərdə tutur.
Müasir sivilizasiyanın dağıdıcı prosesləri, planetdə olan xalqlar və
adamlar
arasındakı mədəni fərqlər,
xalqların və ümumilikdə
bəşəriyyətin
mədəni
hüquqlarının
müdafiəsi,
beynəlxalq
münasibətlərin hüquqi və etik tənzimlənməsi, xalqlar və dövlətlər
130
Fuad Mommadov
Küllurologiva effektivli havat va faaliyyala aparan vol
arasında qarşılıqlı anlaşma və tolerantlığın yaranmasına yardım edən
sitemli dialoq və qarşılıqlı təsirlərin zəruriliyini şərtləndirir. Planetin
bütün sakinləri arasında ədalət, sülh və azadlıq prinsipləri əsasında
mədəniyyət və təhsilin geniş yayaılması insan ləyaqətinin qorunması,
keyfiyyətli həyat və rifahın artması üçün çox vacibdir.
Bəşəriyyətin mədəni sərvəti bir çox etnos, millət və xalqların
zəhməti ilə yaradılır, xalqların mədəni müxtəlifliyi
və mədəni
özünəməxsusluğun qorunması və inkişafi isə beynəlxalq birliyin
qayğıpredmetidir. Mədəniyyətin ahəngdar
inkişafı və qorunması
beynəlxalq sənədlərdə geniş əks etdirilmişdir.BMT və YUNESKO
nun sənəd və bəyanatlarına əsasən, hər bir insan , etnos və xalq öz
mədəniyyəti,
mədəni irsi,
mədəni sərvətlərdən istifadə etməsi,
mədəni həyatda iştirakı və yaradıcı fəaliyyəti üçün təbii hüquqlara
malikdir.