Azərbaycan 2009-4 mehdi HÜseyn 100


MEHDİ  HÜSEYN-TƏNQİDÇİ



Yüklə 212,63 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix02.01.2022
ölçüsü212,63 Kb.
#2775
1   2
MEHDİ 

HÜSEYN-TƏNQİDÇİ  

 

Azərbaycan yazıçıları arasında ədəbi tənqidlə yaxud ədəbiyyatşünaslıqla məşğul olan müəlliflə-



rin sayı az deyil. Onların arasında elmlər doktorları, namizədləri, hətta akademiklər olub. Ancaq 

sırf professionallıq baxımından yanaşsaq, yalnız bir neçə yazıçının adı qarşısında tənqidçi yaxud 

ədəbiyyatşünas  sözlərini  yaza  bilərik.  Onlardan  biri  və  bəlkə  də  birincisi  Mehdi  Hüseyndir. 



Mehdi  Hüseyn  ədəbi  tənqidə  yazıçı  olandan  sonra  deyil,  yazıçılıqdan  əvvəl  başlayıb.  Onun  ilk 

hekayəsi olan "Qoyun qırxını" 1927-ci ildə işıq üzü görübsə, "Bizdə futurizm cərəyanı" adlı mə-

qaləsi  isə  bir  il  əvvəl  "Dan  yıldızı"  jurnalında  çap  olunmuşdur.Təsadüfi  deyil  ki,  1930-cu  ildə 

ədibin  ilk tənqidi  məqalələr kitabı  da ("Ədəbi  döyüşlər") işıq üzü görür. Sonrakı  illərdə, bütün 

yaradıcılığı 

boyu, 


onun 

tənqidçilik 

fəaliyyəti 

bir 


an 

belə 


səngiməmişdir. 

Azərbaycan  ədəbi  tənqidinin  1930-1965-cı  illər  mənzərəsini  Mehdi  Hüseynsiz  təsəvvür  etmək 

mümkün deyil. M.Hüseyn ədəbi tənqidin ən cəsarətli, sözü vaxtında, həm də kəskinliyilə söylə-

yən bir nümayəndəsi idi və tənqidçi həmkarlarından daha çox bu cəhətiylə seçilirdi ki, çox za-

man  tənqidin  bədii  əsərlər,  ədəbiyyatın  yaradıcılıq  problemləri  ilə  bağlı  ilk  sözünü  o,  deyirdi. 

Otuzuncu illərdə yaradıcılıq metodu ilə bağlı məsələlər, ədəbiyyatın yeni nəsli, kommunist yazı-

çıların yaradıcılığı, qırxıncı illərdə Azərbaycan ədəbiyyatının müharibə dövrü vəzifələri, əllinci 

illərdə roman janrının inkişafı, şeirimizin, nəsrimizin və dramaturgiyamızın o dövrkü mənzərəsi, 

altmışıncı illərdə ədəbiyyatımızın inkişafında yeni bir mərhələnin xüsusiyyətləri ilk dəfə tənqidçi 

Mehdi Hüseynin məqalələrində öz əksini tapmışdı. Əgər söhbət ayrı-ayrı sənətkarların yaradıcılı-

ğından düşərsə, deyə bilərik ki, Mehdi Hüseynin xüsusi diqqətlə yanaşdığı, yaradıcılığını qayğı 

və həm də tələbkarlıqla izlədiyi yazıçılar olmuşdur. O, M.S.Ordubadinin, Səməd Vurğunun, Sü-

leyman Rüstəmin, Əbülhəsənin, Sabit Rəhmanın, Mir Cəlalın, Məmməd Rahimin, Süleyman Rə-

himovun, Əli Vəliyevin, Əhməd Cəmilin yaradıcılığına dönə-dönə müraciət etmişdir. Onun tən-

qidi  indi  bəzilərimizin  "sığal  tənqidi"nə  oxşamırdı.  Mehdi  Hüseynin  həm  bir  sənətkar,  həm  də 

dost kimi çox yaxın olduğu Səməd Vurğunun yaradıcılığına münasibəti buna sübut ola bilər. Sə-

məd Vurğunu Azərbaycan ədəbiyyatının XX əsrdə yetirdiyi ən böyük simalardan biri hesab edən 

M.Hüseyn bir çox məqalələrində onu tənqid etməkdən çəkinməmişdir. Yeri gəlmişkən qeyd edək 

ki, "Vaqif" pyesi barədə ilk yazının müəllifi də M.Hüseyndir və bu məqalə indinin özündə də ob-

yektiv 


elmi-tənqidi 

səciyyəsilə 

seçilir.  

Öncə qeyd etdik ki, M.Hüseyn bir tənqidçi kimi cəsarətli idi. Başqa bir tənqidçinin bəlkə də ehti-

yatla,  çəkinərək  söylədiyi  bir  tənqidi  mülahizəni  M.Hüseyn  açıq  şəkildə,  həm  də  kəskinliyilə 

söyləyirdi. Məsələn, o, H.Nəzərlinin "Qəhrəmanın romanı" hekayəsi barədə yazırdı: "Bu hekayə-

də Qəhrəman qadınla üz-üzə gəldiyi zaman onda heç bir duyğu oyanmayır. Halbuki, kommunis-

tin vücudu quru taxta deyildir. Onda da hiss, duyğu, ürək var, başqa həqiqətlər də onu məşğul 

edir. Lakin Nəzərli öz hekayəsindəki Qəhrəmanı bu fikirlər və hisslərlə məşğul etmir və, beləlik-

lə, sxematizmə yuvarlanır". Başqa bir misal: "Ayın əfsanəsi"ndə Vurğun özü ilə mübarizə edir, 

öz prinsiplərini uçurur, dağıdır və cəsarətlə deyə bilərik ki, əsərinə möhkəm zərbə vurur".Yenə 

bir misal: "Biz qəsdən Əli Vəliyevin roman üzərində az və diqqətsiz işlədiyini göstərməklə, ona 

bədii  yaradıcılıq  işinin  necə  məsuliyyətli  bir  iş  olduğunu  bir  daha  xatırlatmağı  lazım  görürük. 

Çünki o, gənclərə bu cəhətdən örnək olmalıdır. Halbuki, "Ürək dostları" əsəri hər cəhətdən çiy 

və  natamamdır".  Belə  misalların  sayını  istənilən  qədər  artırmaq  olar.  Məsələ  burasındadır  ki, 

Mehdi Hüseynin tənqidi mülahizələri ədəbi aləmdə çoxlarını şoka salsa da, onun kəskin çıxışları 

tənqidin  obyektiv  rəyi  kimi  qarşılanırdı.  Həmin məqalə  müzakirə  edilmirdi,  sadəcə,  qəbul  olu-

nurdu. Heç şübhəsiz, onun da tənqidi fikir və mülahizələrində yanlışlıqlar olmuşdur. Amma o, fi-

kir və mülahizələrində elə bir qəti mövqe tuturdu ki, ona inanırdın. Təkcə yazılarında deyil, ədə-

bi müzakirələrdəki çıxışlarında da onun mövqeyi öz aydınlığı və həmçinin kəskinliyi ilə seçilirdi. 

İsmayıl Şıxlı M.Hüseynə həsr etdiyi "Qranit kimi sərt" məqaləsində yazır: "Müharibədən sonra 

ədəbiyyatı və ədəbi gəncliyi yeni istiqamətə yönəltmək lazım idi. Həmin illərdə Azərbaycan Ya-

zıçılar İttifaqında "Gənclər günü" adlı bir ədəbi məclis təşkil edildi. Bu məclis bütün gənc ədəbi 

qüvvələri  ətrafına  topladı.  Mirzə  İbrahimovun  sədrliyi  ilə  keçən  həmin  ədəbi  məclislərdə  yeni 

hekayələr, şeirlər, tənqidi məqalələr, pyeslər, povestlər, poemalar oxunub müzakirə edilirdi. Mü-

bahisələr çox qızğın və kəskin olurdu. Çox zaman bu məclis müxtəlif ədəbi meyillərin meydanı-

na çevrilirdi. Həmin bu müzakirələrin fəal iştirakçılarından biri də Mehdi Hüseyn idi." Biz Meh-

di  Hüseyni  təkcə  "Gənclər  günü"ndə  deyil,  Azərbaycan  Yazıçılar  İttifaqının  bütün  yaradıcılıq 

müşavirələrində, mübahisələrlə dolu plenum və iclaslarında əsas söz sahibi kimi görürük. Əlbət-

tə, 


oxuduqlarımıza, 

onun 


haqqında 

yazılan 


xatirələrə 

görə...  

Mehdi  Hüseynin  ədəbi-tənqidi  fəaliyyəti çoxcəhətli idi. Onun əsərlərinin  oncildliyinin  IX və X 



cildlərində ədəbi-tənqidi məqalələri əks olunub. Amma X cilddə sonuncu məqalə məşhur "Azər-

baycan romanı haqqında" yazısıdır ki, o da 1954-cü ildə qələmə alınıb. Buna görə də tərtibçilər - 

İsmayıl Şıxlı və Zivər Hüseynova M.Hüseynin 1954-1965-ci illərdə qələmə aldığı məqalələri ay-

rıca 


bir 

kitabda- 

"Ədəbiyyat 

və 


həyat"da 

verməli 


oldular. 

M.Hüseynin istər klassik ədəbiyyatımızla, istərsə də müasir ədəbiyyatımızla bağlı yazıları onun 

bir tənqidçi kimi necə inkişaf etdiyini çox dəqiq izah edir. Bu insan otuz illik yaradıcılıq yolunda 

nələrin şahidi  olmayıb? Sinfi-siyasi  mübarizələrin ədəbiyyat  müstəvisinə keçirildiyi  iyirminci  -

otuzuncu illərin ən qızğın sənət mübahisələrinin iştirakçılarından olmuşdur. O, sonrakı illərdə də 

həqiqi ədəbiyyatın mənafeyini müdafiə etmiş, gecə-gündüz bilmədən sənətdə keyfiyyət uğrunda 

mübarizədən bir addım belə geri çəkilməmişdir. Doğrudur, onun platforması məlum idi, M.Hü-

seyn sosializm realizmi ədəbiyyatının Azərbaycan ədəbiyyatında formalaşması uğrunda mübari-

zə aparırdı.  Amma öncə, H.Nəzərlinin  bir hekayəsinə münasibətdən də  görünür ki,  M.Hüseyni 

bir  tənqidçi  kimi  təkcə  ədəbiyyatın  ideyalılığı,  sosialist  realizmi  mövqeyində  dayanması  deyil, 

həm də (və daha çox!) bədii dəyər, sənətkarlıq axtarışları maraqlandırırdı. İdeyası aydın, amma 

bədiiyyatca 

zəif 

və 


solğun 

əsərlərin 

qənimi 

idi 


M.Hüseyn.  

M.Hüseyn bədii ədəbiyyatda olduğu kimi, tənqidi fəaliyyətində də sırf realizm mövqeyində da-

yanmışdır. Yəni, onun fikrincə: "Ən gözəl bədii əsər, həyatı tam mənası ilə dürüst göstərən əsər-

dir. Bu səbəbə görə də, tənqidçi həyatla bədii əsəri tutuşdurub qiymətləndirməlidir. Deməli, tən-

qidçi özü də yazıçı kimi həyatımızı, cəmiyyətimizi dərindən və mükəmməl öyrənməlidir.Tənqid-

çi də həyatımız və varlığımız haqqında müstəqil mühakimə yürütməyi bacarmalıdır". O, tənqid-

çidən, öz həmkarlarından bunu tələb edirdi ki, haqsız və yanlış mülahizələrə yol verməsinlər, ya-

zıçıları riyakar təriflərə qərq etməsinlər, çünki ən istedadlı yazıçıları belə riyakar təriflər öldürə 

bilər, 

əgər 


o, 

gəncdirsə, 

onu 

inkişafdan 



saxlaya 

bilər. 


Əllinci illərdə də, altmışıncı illərdə də M.Hüseyn yenə ədəbi prosesdə sayılan, seçilən şəxsiyyət-

lərdən idi. Onun bu səviyyəyə  yüksəlməsi bir neçə səbəblə bağlıdır. Birincisi, M.Hüseyn dərin 

mütaliəli və savadlı insan idi. O, dünya ədəbiyyatının bilicilərindən idi, Azərbaycan klassik ədə-

biyyatını  çox gözəl  bilirdi  və bundan əlavə, müasir ədəbiyyatın da elə bir nümunəsi  yox idi ki, 

onu mütaliə eləməsin. Bu əsərlər haqqında da o, ya ayrıca məqalə yazırdı, ya da məruzə və çıxış-

larında onlardan söz açırdı. Ancaq onun tənqidçi sözü təkcə tənqidçi sözü olub qalmırdı, həm də 

ədəbiyyatın ağsaqqalının dediyi söz kimi qarşılanırdı. Doğrudur, dövran dəyişmişdi, sinfi müba-

rizələr  dövrü  artıq  arxada  qalmışdı.  Mehdi  Hüseyni  indi  daha  çox  ədəbiyyatın  bədii  səviyyəsi, 

novatorluq  və  yenilik  meyilləri  maraqlandırırdı.  Əllinci-altmışıncı  illərdə  də  ədəbi  mübahisələr 

davam  edirdi,  yenə də qızğın  diskussiyalar, müzakirələr keçirilirdi  və bu qaynar  ədəbi  mühitdə 

Mehdi  Hüseynin  rolu,  böyüklüyü,  şəxsiyyəti  açıqca  duyulurdu.  Onun  altmışıncı  illərin  əvvəllə-

rində nəsrdə və poeziyada meydana çıxan bir sıra əsərlərə münasibəti ədəbi tənqidin mövqeyi və, 

hətta deyərdik, qəti sözü səviyyəsində qəbul edilirdi. Məsələn, İlyas Əfəndiyevin "Körpüsalan-

lar"  povestindəki  Səriyyə  obrazı  və  onun  hərəkətləri  bir  sıra  tənqidçilər  və  oxucular  tərəfindən 

"qəzəblə" qarşılanmışdı. Səriyyənin milli adət-ənənələrə, kişi-qadın münasibətlərinə xələl gətir-

məsi  böyük  bir  diskussiyaya  səbəb  olmuşdu.  O  zaman  Mehdi  Hüseyn  yazmışdı:  "Səriyyənin 

Adildən  üz  döndərməyi  və  Qəribcana  meyil  göstərməyi  nə  üçün  bəzi  tənqidçiləri  əsəbiləşdirir? 

Ona görəmi ki, Səriyyə asanlıqla öz ərindən ayrılır? Bəlkə Qəribcan heç bir məziyyəti ilə Adil-

dən fərqlənmir? Biz hansı ixtiyarla Səriyyədən özünün istədiyi kimi yox, bizim istədiyimiz kimi 

hərəkət  eləməyi  tələb  edirik? Səriyyənin  oğlanlarla  lopuq  oynaması  mənim  də xoşuma  gəlmir. 

Amma onun bu qaba oyundan xoşu gəlirsə, qoy oxucular, xüsusən daha ismətli və təvazökar qız-

larımız onu təqlid eləməsinlər. Məgər müəllif Səriyyənin hərəkətlərini başqalarına nümunə gös-

tərir?" Təbii ki, bu suallar Mehdi Hüseynin "Yeni mərhələ, yeni vəzifələr" məqaləsində cavabsız 

qalmır.  Həmin  məqalədə,  həmçinin  altmışıncı  illərin  əvvəllərində  yazdığı  digər  məqalələrində 

M.Hüseyn Rəsul Rzanın "Qızıl gül olmayaydı", İsa Hüseynovun "Teleqram", Bayram Bayramo-

vun  "Sərinlik",  İsmayıl  Şıxlının  "Dəli  Kür",  Bəxtiyar  Vahabzadənin  "Etiraf",  Nəbi  Xəzrinin 

"Sumqayıt səhifələri" kimi gözəl əsərlərin də ilk təhlilçisi Mehdi Hüseyn oldu. O, həmin illərin 

cavan və istedadlı yazarları olan Əkrəm Əylislinin, Anarın və İsi Məlikzadənin də yazıları haq-

qında 

da 


səmimi 

söz 


deyən 

ilk 


tənqidçi 

idi. 



Bir tənqidçi kimi M.Hüseyn ədəbi prosesi tam və dolğun, bütün parametrləri ilə, yəni inkişafın 

bütün təmayülləri üzrə tədqiq etməyə çalışırdı. Onu digər tənqidçilərdən fərqləndirən bir məziy-

yəti də qeyd etmək yerinə düşərdi. O da bundan ibarətdir ki, M.Hüseyn ədəbiyyatın yeniləşdiyi-

ni, novator keyfiyyətlərlə zənginləşdiyini vaxtında duyurdu. Məsələn, o, 1962-ci ildə "Yeni mər-

hələ, yeni vəzifələr" adlı məqaləsində ədəbiyyatda yeni bir mərhələnin yarandığını hamıdan qa-

baq söyləmişdi: "Mən cəsarətlə deyə bilərəm ki, bədii nəsrimizdə də, şeirimizdə də biz yeni bir 

mərhələyə qədəm qoymuşuq. Bu mərhələnin artıq qəti bir mövqe tutduğunu iddia etmək üçün tə-

ləsməyə ehtiyac yoxdur. Ən mühüm cəhət budur ki, həmin mərhələyə keçməyin tarixi labüdlü-

yünü bütün ədəbi ictimaiyyətimiz aydın hiss etməkdədir. Həyat hadisələrinin və insan surətləri-

nin təsvirində və mənalandırılmasında nə isə daha lirik, psixoloji təhlildə daha təmkinli və kamil 

bir üsul axtarmağın, daha təzə və təravətli ifadə vasitələri tapmağa meyil göstərməyin özü heç də 

az əhəmiyyətli bir meyil deyildir". Mehdi Hüseynin uzaqgörənliklə söylədiyi bu fikirlər sonralar 

özünü doğrultdu, doğrudan da, altmışıncı illərdən başlayaraq ədəbiyyatımızda  yeni bir mərhələ 

başlandı. 

Mehdi  Hüseyn  və  klassik  ədəbiyyat...  Mehdi  Hüseyn  və  dünya  ədəbiyyatı...  Mehdi  Hüseyn  və 

rus ədəbiyyatı... Mehdi Hüseyn və folklor... Mehdi Hüseyn və teatr... Bu mövzuların da hər biri 

ayrıca, həm də geniş bir tədqiqat işinin mövzusu ola bilər. Doğrudan da, bu yazıları oxuyandan 

sonra heyrətə gəlirsən. Cəmi 56 il ömür sürəsən, bu ömrün çoxu da qovğada, ədəbi mübarizələr-

də keçə, həm də bir sıra məsul vəzifələrdə çalışasan, fəal ictimai xadim kimi fəaliyyət göstərə-

sən, daim qayğılar, problemlər əhatəsində olasan... amma bir an da ədəbiyyatdan ayrılmayasan. 

...Onun qəfil ölümü kimi (1965, 10 mart), indi anadan olmasının 100 illiyi də mənə - bu sətirlərin 

müəllifinə qəribə gəlir. Mən onu görməmişəm,  amma etiraf edim ki, onun tənqidi irsi ilə tanış 

olandan sonra ədəbiyyatçı olmağı qərara aldım. Ona görə də mən Mehdi Hüseynin yalnız fiziki 

ölümünə inanıram.  O, bir ədəbiyyat  fədaisi  kimi yaşayır,  yazdığı  "Alov"  pyesindəki  Səməndər 



quşu kimi alovlar içində yanır, amma ölmür 

 

Yüklə 212,63 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin