97
Teatr.Kino
100
illiyi
Hüsеynağa Sadıqоv
1914-1983
MART
Hüseynağa Ələsgər oğlu Sadıqov
1914-cü il mart ayının 21-də Bakıda tacir
ailəsində doğulmuşdur. Hüseynağa hələ
orta məktəbdə oxuyarkən həvəskar te-
atr truppalarına maraq göstərmiş, özünü
uzaqdan-uzağa da olsa teatr səhnəsində
hiss etmişdi. Gənc Tamaşaçılar Teatrı
yaranandan bir il sonra, 1930-cu ildə
müsabiqə ilə kollektivin aktyor truppa-
sına sınaq müddətinə qəbul olunmuş,
1931-ci il iyun ayının 1-də teatr truppa-
sına aktyor götürülmüş, ilk vaxtlardan
ona məsul rollar tapşırılmışdır.
Uşaqların sevimli səhnə personajları
- ayı, tülkü, xoruz rolundan tutmuş, el
qəhrəmanlarına qədər ən mürəkkəb ob-
razların ifasında uğurlar qazana bilmiş,
“Xoruz baba”, “Piri baba” obrazları ilə
uşaqların sevimlisinə çevrilmişdi.
Gənc Tamaşaçılar Teatrında 50 ildən
çox aktyorluq etmiş sənətkarın əsas rol-
ları bunlardır: Pitli (“Əfilər”, Rabindra-
nat Taqor), Xasay, El oğlu, Məlik ibn
Səid (“Xasay”, “El oğlu” və “Bir saat
xəlifəlik”, Abdulla Şaiq), Azad (“Azad”,
Əyyub Abbasov), Mirzə Qoşunəli
(“Bəxtsiz cavan”, Əbdürrəhim bəy
Haqverdiyev), Həsən (“Yaşar”, Cəfər
Cabbarlı), Trufadino (“İki ağanın bir
nökəri”, Karlo Haldoni), Rəcəb (“Şi-
rinbala bal yığır”, Salam Qədirzadə),
Səlim (“Anacan”, Yusif Əzimzadə),
Spid (“İki veronalı”, Vilyam Şekspir),
Qey (“Qar Kraliçası”, Yevgeni Şvarts),
Hacı Murad (“Tamahkar”, Süleyman
Sani Axundov), Mirpaşa (“Komso-
mol poeması”, İsgəndər Coşqun), Şah
Ələmgir (“Əlvida, Hindistan!”, Qeybul-
la Rəsulov), aptekçi (“Romeo və Cül-
yetta”, Uilyam Şekspir), Şamdan bəy
(“Şamdan bəy”, Nəriman Nərimanov),
Abbas (“Mənim nəğməkar bibim”,
Əkrəm Əylisli). Onun filmlərinə, tele-
viziya tamaşalarına baxanda aydın hiss
olunur ki, aktyor klassik Azərbaycan
aktyor sənətindən bəhrələnmiş, yalnız
öz yolu, öz üslubu olan aktyor kimi for-
malaşmışdır.
“Komsomol poeması” tamaşasında
oynadığı Mirpaşa roluna görə 1967-ci
ildə Respublika Lenin komsomolu mü-
kafatına layiq görülmüşdür.
Hüseynağa Sadıqovun “Azərbaycan-
film” də - “Sehirli xalat”, “Səhər”, “Yeddi
oğul istərəm”, “O qızı tapın”, “Yenilməz
batalyon”, “Telefonçu qız”, “Babamızın
babasının babası”, M.Qorki adına kinos-
tudiyada çəkilən “Ələddinin sehirli çıra-
ğı” filmlərində müxtəlif səpkili obrazlar
yaratmışdır.
Teatr və kino sənətinin inkişafında,
xüsusən gənc tamaşaçıların, məktəb
şagirdlərinin, yeniyetmələrin estetik
zövqlərinin münbit zəminə düşməsində
göstərdiyi səhnə xidmətlərinə görə
1956-cı ildə “Azərbaycan Respublika-
sının Əməkdar artisti”, 1979-cu ildə isə
“Xalq artisti” fəxri adları ilə təltif edil-
mişdir.
Hüseynağa Sadıqov 1983-cü il fevral
ayının 23-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: