Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə119/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   115   116   117   118   119   120   121   122   ...   507
30

Ə d ə b i y y a t

Kazımov, T. 

M.Ə.Vəlixanlı [Mətn] 

/red. Ə. Hüseynov; 

Azərbaycan Teatr 

Cəmiyyəti.- Bakı, 1961.- 

60 s.

Rəhimli, İ. Məmmədəli 

Vəlixanlı (13.3.1899-

12.4.1969) [Mətn] 

//İlham Rəhimli. 

Azərbaycan teatr tarixi.- 

Bakı: Çaşıoğlu, 2005.- 

S.136.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www.kinozal.az


94

100 

illiyi

Məmməd Quliyеv

1914-2001

MART

Məmməd Allahverdi oğlu Quliyev 

1914-cü il mart ayının 15-də Naxçıvan-

da doğulmuşdur. Gözəl və ürəyəyatımlı 

səsi olmuş, yuxarı siniflərdə oxuyarkən 

Səməd  Mövləvi  onu  teatra  dəvət  et-

mişdir.  Əsasən  opera  və  operetta  ta-

maşalarında  xorda  oxumuş,  epizodik 

rollarda  səhnəyə  çıxmışdır.  Opera 

artisti  olmaq  arzusu  ilə  orta  məktəbi 

bitirdikdən sonra Bakıya gələrək Asəf 

Zeynallı adına Musiqi Məktəbinə da-

xil olmuşdur. Təhsilini tamamladıqdan 

sonra bir müddət Opera və Balet Te-

atrında işləmiş, burada ikinci dərəcəli 

partiyaları səsləndirmişdir.

Məmməd  Quliyev  1943-cü  ildə 

Naxçıvana gəlmiş və DMDT-nin trup-

pasına aktyor götürülmüşdür. 

Aktyor istedadı xarakterik rollarda 

daha əlvan formada öz əksini tapmış, 

tipik məişət rollarını da bacarıqla oy-

namışdır. Dərviş, Müller, Rüstəm Zal 

(“Şeyx Sənan”, “Şeyda” və “Səyavuş”, 

Hüseyn  Cavid),  Pirqulu,  Həmzə,  Be-

lakurov  (“Aydın”,  “Vəfalı  Səriyyə” 

və  “Yaşar”,  Cəfər  Cabbarlı),  İbrahim 

xan (“Vaqif”, Səməd Vurğun), Qurban 

(“Pəri  cadu”,  Əbdürrəhim  bəy  Haq-

verdiyev), Naib ağa (“Dəli yığıncağı”, 

Cəlil  Məmmədquluzadə),  Əlimərdan 

(“Eşq  və  intiqam”,  Süleyman  Sani 

Axundov),  Mirzə  Cəlil  (“Sizi  deyib 

gəlmişəm”, Anar), Kral (“Sevilya uldu-

zu”, Lope de Veqa), Naçalnik (“Qaçaq 

Nəbi”, Süleyman Rüstəm), Gəray bəy 

(“Komsomol poeması”, İsgəndər Coş-

qun), Şahbazov (“Göz həkimi”, İslam 

Səfərli),  Pristav  (“Qatır  Məmməd”, 

Zeynal Xəlil), Qodun (“Hücum”, Boris 

Lavrenyov), Balvazov (“Həmyerlilər”, 

Altay  Məmmədov),  Gəncə  hökmdarı 

(“Məhsəti”,  Kəmalə  Ağayeva),  Sal-

manov  (“Toy”,  Sabit  Rəhman),  Şah-

mar  (“Vətən”,  Abdulla  Şaiq)  rolları 

Məmməd  Quliyevin  yaradıcılığının 

başlıca  mahiyyətini  xarakterizə  edən 

rollardır.  Səsinin  təravəti  uzun  illər 

itməyən  aktyor  müxtəlif  quruluşlar-

da Üzeyir bəy Hacıbəylinin “Leyli və 

Məcnun” (Nofəl və Məcnunun atası), 

“Əsli  və  Kərəm”  (Keşiş)  operaların-

da,  “Məşədi  İbad”  (Sərvər),  “Arşın 

mal alan” (Əsgər) operettalarında, Sü-

leyman  Rüstəm  və  Səid  Rüstəmovun 

“Durna” (Murad) və Səid Rüstəmovun 

(“Beş manatlıq gəlin” (Qiyas) musiqili 

komediyalarında solist-aktyor kimi çı-

xış etmişdir.

Aktyor  yaradıcılığındakı  uğur-

larına  görə  17  oktyabr  1964-cü 

ildə  “Azərbaycan  Respublikasının 

Əməkdar artisti”, 1 iyun 1974-cü ildə 

“Xalq  artisti”  fəxri  adları  ilə  təltif 

olunmuşdur. 

Görkəmli aktyor Məmməd Quliyev 

2001-ci il sentyabr ayının 11-də Nax-

çıvanda vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin