90
Musiqi.Opera.Balet
95
illiyi
Hacıbaba Hüseynov
1919-1993
Hacıbaba Hüseynəli oğlu Hüsey-
nov 1919-cu il mart ayının 3-də Bakı
şəhərində anadan olmuşdur. Məktəbdə
oxuduğu müddətdə cəmi beş sinif təhsil
alsa da klassik ədəbiyyata, ilahiyyata
dərindən yiyələnmiş, güclü hafizəyə,
qaynar təbə, yüksək hazırcavablığa,
bədii-yaradıcı təxəyyül imkanlarına
malik bir insan olmuşdur. Uşaqlıqdan
böyük ailələrini saxlamaq üçün atası-
na kömək etmiş, ağır işlərdə çalışmış,
məşhur “Paris kommunası” adına za-
vodda tornaçı olmuşdur. Silah-sursat
hazırlayan zavodda çalışdığına görə
Böyük Vətən Müharibəsi başlayarkən
o cəbhəyə yollanmamış, işinin yüksək
peşəkarı kimi arxa cəbhədə saxlanmış-
dır.
Erkən yaşlarından güclü hafizəsi
sayəsində eşitdiyi dini musiqi
nümunələrini, muğamları dərindən
mənimsəmiş, əruz vəznində qəzəllər
yazmağa başlamışdır. Xanəndənin
zəhmətsevərliyi və sənət axtarışları
nəticəsində əldə etdiyi ifaçılıq tex-
nikası, poeziya və muğamı yüksək
bədii zövqlə uzlaşdırma qabiliyyəti
muğam biliciləri və musiqisevərlər
tərəfindən yüksək dəyərləndirilmişdir.
Əvvəlcə nağaraçı olmuş, virtuoz
qaval çalan kimi məşhurlaşmışdır.
Tədricən muğam və təsniflər oxu-
mağa başlamışdır. Ustadın xanəndə
kimi
yetişməsində,
milyonların
sevimlisinə çevrilməsində Mütəllim
Mütəllimov, Yaqub Məmmədov, Seyid
Şuşinski, Zülfü Adıgözəlov, Xan Şu-
şinski, Əhməd Bakıxanov, Cahangir
Cahangirov, Bəhram Mansurov, Əhsən
Dadaşov, Sara Qədimova kimi məşhur
sənətkarların böyük təsiri olmuşdur.
O, muğam ustadlarının ənənələrindən
bəhrələnərək, bu sənətdə öz dəsti-
xəttini yaratmağa nail olmuşdur.
Hacıbaba Hüseynov otuz ildən ar-
tıq müddətdə Asəf Zeynallı adına
Bakı Musiqi məktəbində xanəndəlik
sənətindən dərs demiş, xanəndələr ye-
tişdirmişdir.
Onun üç yüzdən artıq qəzəli,
müxəmməsi, təxnisi, çoxsaylı təsnif-
ləri çap olunmasa da, hələ sağlığında
xanəndələrin dillər əzbəri olmuş və
muğam ifaçılığında geniş yayılmış-
dır. Səs diapazonu geniş olmasa da, öz
tembrinə görə təsirli və məlahətli idi.
Bir sıra xarici ölkələrə - İraq, Türkiyə,
Fransa, İsveçrə, Hollandiya, Belçika
və İrana səfərlər etmişdir.
Hacıbaba Hüseynovun yaratdığı
təsniflər mürəkkəb ritm duyğusu ilə
aşılanmış melodiyaları və zövqlə se-
çilmiş mətnlərinə görə dinləyicilərin
yaddaşına hopmuşdur.
O, 1989-cu ildə “Azərbaycan Res-
publikasının Əməkdar artisti” və qısa
müddət sonra “Xalq artisti” fəxri adla-
rına layiq görülmüşdür.
Xalqın sevimlisi, görkəmli xanəndə
Hacıbaba Hüseynov 1993-cü il okt-
yabr ayınının 24-də vəfat etmişdir.
Xanəndə
Dostları ilə paylaş: