Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə117/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   113   114   115   116   117   118   119   120   ...   507
Ə d ə b i y y a t

Zeynalova, T. 

Azərbaycanın solma-

yan lalələri [Mətn] 

/T.Zeynalova; red. 

Ş.Səlimbəyli; ön söz.  

Ş.Axundova.- Bakı: Avro-

pa, 2004.- 200 s.

Dünyamalıoğlu, F. 

Nağılabənzər ömür yolu 

[Mətn] /F.Dünyamalıoğlu   

//Mədəniyyət.- 2009.- 6 

mart.- S.4.

Xalq artisti Ceyran Ha-

şımovanın yubileyi qeyd 

olunub //525-ci qəzet.- 

2009.- 3 oktyabr.- S.23.

Nizamiqızı, H. Çiçək 

ömründən çox uzun və ya 

48 il solmayan “Lalə” 

[Mətn] /H.Nizamiqızı        

//Mədəniyyət.- 2012.- 7 

mart.- S.12.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.mugamradio.az

24

Tarzən

MART

8


92

MART

30

Musiqi.Opera.Balet

65

 illiyi

Səfa Qəhrəmanov 

1949-2008   

Səfa  Hüseyn  oğlu  Qəhrəmanov 

1949-cu il mart ayının 30-da Ağcabədi 

rayonunun Minaxorlu kəndində anadan 

olmuşdur.  Hələ  uşaqlıqdan  musiqiyə 

həvəsi olmuş, tibb texnikumunda təhsil 

alarkən  respublika  üzrə  keçirilən  mu-

siqi  müsabiqələrində  iştirak  etmişdir. 

1970-ci  ildə  Yaşıl  Teatrda  keçirilən 

“Qızıl payız” muğam festivalının işti-

rakçısı  olmuş,  Xan  Şuşinski,  Əhməd 

Bakıxanov, Sahib Şükürov, İslam Rza-

yev, Adil Gəray kimi sənətkarların qar-

şısında çıxış edərək müsabiqədə qalib 

gəlmişdir. Bundan sonra o, Əhməd Ba-

kıxanovun ansamblına dəvət almış, bir 

müddət sonra isə hərbi xidmətə yollan-

mışdır.


1978-ci  ildə  Asəf  Zeynallı  adına 

Bakı  Musiqi  Texnikumunun  xanən-

dəlik  şöbəsini,  1990-cı  ildə  isə  Mir-

zağa Əliyev adına Azərbaycan Dövlət 

İncəsənət  İnstitutunun  mədəni-maarif 

işi  fakültəsini  bitirmişdir.  Muğam  us-

tası Nəriman Əliyevin tələbəsi olmuş-

dur.


Hələ  musiqi  texnikumunda  təhsil 

alarkən  səhnə  fəaliyyətinə  başlayan 

Səfa  Qəhrəmanov  milli  muğamla-

rımızı,  xalq  və  bəstəkar  mahnılarını 

məharətlə  ifa  etmişdir.  1975-ci  ildə 

ilk  dəfə  olaraq  peşəkar  xanəndə  kimi 

Əhsən  Dadaşovun  rəhbərlik  etdiyi 

Xalq Çalğı Alətləri Ansamblı ilə tele-

viziyada “Mirzə Hüseyn segahı”nı ifa 

etmişdir.

Səfa Qəhrəmanov 1992-ci ildən həm 

də Azərbaycan Dövlət Akademik Opera 

və Balet Teatrının muğam bölməsinin 

solisti  idi.  Opera  səhnəsində  Qəndab 

Quliyeva ilə “Leyli və Məcnun” ope-

rasında Məcnun rolunda çıxış etmişdir. 

Teatrdakı on altı illik fəaliyyəti ərzində 

bir  sıra  milli  operalarda  -  Üzeyir 

Hacıbəylinin “Leyli və Məcnun” ope-

rasında Məcnun, İbn Səlam, Məcnunun 

atası,  Müslüm  Maqomayevin  “Şah 

İsmayıl”  operasında  Şah  İsmayıl, 

Z.Hacıbəylinin “Aşıq Qərib” operasın-

da  Şeyx,  V.Adıgözəlovun  “Natəvan” 

operasında 

Qarabağ 


xanəndəsi, 

R.Mustafayevin  “Vaqif”  operasında 

xanəndə,  Niyazinin  “Rast”  baletində 

xanəndə kimi obrazlar yaratmışdır.

Səfa Qəhrəmanov həm də müəllimlik 

fəaliyyəti ilə məşğul olmuşdur. 1999-cu 

ildən A.İsgəndərov  adına  Mədəniyyət 

sarayında  muğam  sinfində  dərs  de-

miş, Mirzağa Əliyev adına Azərbaycan 

Dövlət  İncəsənət  İnstitutunun  (indiki 

Azərbaycan  Dövlət  Mədəniyyət  və 

İncəsənət  Universiteti)  müəllimi  ol-

muşdur. Bu illər ərzində onun ifasında 

xalq mahnıları və muğamlar lentə alı-

naraq, qızıl fonda daxil edilmişdir.

Səfa  Qəhrəmanov  2000-ci  ildə 

“Azərbaycan Respublikasının Əməkdar 

artisti”, 2006-cı ildə isə “Xalq artisti” 

adına layiq görülmüşdür.

Görkəmli xanəndə Səfa Qəhrəmanov 

2008-ci il may ayının 5-də vəfat etmiş-

dir.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin