89
Dünya ədəbiyyatı
205
illiyi
MART
8
Nikolay Vasilyeviç Qoqol 1809-cu
il mart ayının 20-də (bəzi mənbələrdə
01.04.) Poltava quberniyasında, So-
roçi qəsəbəsində, mülkədar ailəsində
anadan olmuşdur. Qoqol on üç yaşına
kimi atasının mülkündə yaşamışdır.
İlk təhsilini evdə almış Qoqol, 2 il Pol-
tava qəza məktəbində oxuduqdan son-
ra təhsilini davam etdirmək məqsədilə
Nejinsk ali elmlər gimnaziyasına
getmiş və burada ədəbiyyata böyük
həvəs göstərmiş, skripkada ifa etməyi,
tamaşalarda oynamağı öyrənmişdir.
1828-ci ildə gimnaziyada təhsilini
başa vurmuşdur. 1929-cu ildə işləmək
məqsədilə Peterburqa getmiş, lakin
ilk cəhdləri boşa çıxmış və yalnız bir
ildən sonra kiçik məmur vəzifəsinə işə
düzəlmişdir.
1830-cu ildə “Oteçestvennıye za-
piski” jurnalında “Basavryuk” adlı ilk
povesti işıq üzü görmüşdür. Sonra-
lar, bu povest əlavə və dəyişikliklərlə
“İvan Kupala ərəfəsində axşam” adı
ilə yenidən nəşr edilmişdir.
Qoqol 1831-ci ildə Peterburqda
N.E. Jukovski, S.A.Puşkin, P.Pletnyov,
Delviq, İ.A.Krılov, V.Odoyevski kimi
dövrünün tanınmış ziyalıları, yazıçı və
şairləri ilə tanış olmuşdur. Bu tanış-
lıq gənc yazıçının ictimai baxışlarının
və ədəbi istedadının formalaşmasına
müsbət təsir göstərmişdir. 1831-ci ildə
Qoqol Qadın Vətənpərvərlik İnstitu-
tunda müəllim kimi çalışmış, 1834-cü
ildə isə Peterburq universitetində tarix
kafedrasında kiçik elmi işçi kimi çalış-
mışdır.
“Dikanka kəndi yaxınlığında xu-
tor axşamları” (1831-1832), “So-
roçin yarmarkası”, “May gecəsi”
povestləri Qoqola geniş şöhrət qa-
zandırmışdır. 1835-ci ildə “Köhnə
dünya mülkədarları”, “Taras Bulba”,
“Vıy” əsərlərinin daxil olduğu “Mir-
qorod” povestlər toplusu və Peter-
burq həyatı mövzusuna həsr olunmuş
“Arabeski” kitabı çap olunmuşdur.
Yazıçının Peterburq silsiləsindən olan
ən əhəmiyyətli əsəri “Şinel” poves-
tidir. 1836-cı ildə müəllif bu povesti
Puşkinə göstərmiş və onun məsləhəti
ilə 4 il sonra təkmilləşdirilmiş variant-
da çap etmişdir. Qoqol dramaturgiya
sahəsində də öz gücünü sınamışdır.
1835-ci ildə “Müfəttiş” əsərini yazmış
və bir il sonra bu əsər Moskvada tama-
şaya qoyulmuşdur.
Qoqol 1836-cı ilin yayında Vətəni
tərk edərək bir müddət Almaniya,
Fransa və İsveçrədə yaşamış, yaradı-
cılığını davam etdirmiş, məşhur “Ölü
canlar” əsərini tamamlamışdır. Bir
müddət qürbətdə yaşayan yazıçı on
ildən sonra doğma vətəninə qayıtmış-
dır. Lakin ömrünün sonlarına yaxın
yazıçı ruhi sarsıntılar keçirmişdir.
Məşhur rus yazıçısı Nikolay Vasil-
yeviç Qoqol 1852-ci il fevral ayının
21-də (bəzi mənbələrdə 03.04) vəfat
etmişdir.
Dostları ilə paylaş: