130
Musiqi.Opera.Balet
80
illiyi
Ramiz Mirişli
1934
APREL
Ramiz Aqil oğlu Mirişli 1934-cü il
aprel ayının 16-da Naxçıvan şəhərində
anadan olmuşdur.
1937-ci ildə Üzeyir Hacıbəylinin
təşəbbüsü ilə Naxçıvanda açılan ilk
musiqi məktəbində kamança sinfində
təhsil almış, məktəbi bitirdikdən sonra
Bakıda Asəf Zeynallı adına Orta İxtisas
Musiqi məktəbinin Xalq Çalğı Alətləri
şöbəsinin birbaşa II kursuna qəbul olun-
muşdur.
O, 1957-ci ildə Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasın-
da Cövdət Hacıyevin sinfində bəstəkarlıq
şöbəsində təhsil almışdır. Bu dövrlərdə
bəstəkar fortepiano üçün prelyüdlər,
sonatino, simfonik poema, simli kvar-
tet, romanslar bəstələmişdir. 1964-cü
ildə o, keçmiş SSRİ Bəstəkarlar İttifa-
qına üzv qəbul olunmuşdur. R.Mirişli
uzun illər F.Əmirov adına Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının
bədii rəhbəri olmuşdur. 1964-cü ildə
Azərbaycanda ilk dəfə olaraq mahnı
janrında yallı rəqs ritminə müraciət et-
miş və “Bayram axşamlarında” mahnı-
sını yazmışdır. Mahnı, onun ən sevim-
li janrıdır. O, 300-dən çox mahnının
müəllifidir. Muğamlarımıza dərindən
yiyələnən R.Mirişli mürəkkəb ladları-
mızdan istifadə edib “Oxu tar”, “Oxu
bülbül” kimi vokal əsərlər yaratmış,
1981-ci ildə C.Məmmədovun librettosu
əsasında “Qaçırılmış qız” operettasını
yazmışdır. Bəstəkar “Gəl qohum olaq”
operettasının da müəllifidir. R.Mirişli te-
atr və kino janrlarına da müraciət etmiş,
respublikamızın 10-a yaxın teatrında
səslənən 40-dan çox tamaşaya musiqi
yazmışdır. Azərbaycan Akademik Mil-
li Dram Teatrında Qeybulla Rəsulovun
“Qarabağ əfsanəsi”, Gənc Tamaşaçılar
Teatrında Əkrəm Əylislinin “Mənim
nəğməkar bibim”, Teymur Elçinin
“Qar qız”, İsi Məlikzadənin “Şadlıq
olsun”, Gəncə Dövlət Dram Teatrında
Cəfər Cabbarlının “Almaz”, eləcə də
Sumqayıt, Lənkəran, Şəki, Mingəçevir
Dövlət Dram teatrlarında səhnələşən
bir çox tamaşalara musiqi yazmışdır.
C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında A.Babayevin “Alma
almaya bənzər”, T.Tağızadənin “Evdə
kişi var”, E.Qasımovun “Köhnə
bərə”, Ş.Əkbərovun “Səhrasız gecə”
kinofilmlərinin, S.Rüstəm, Naxçıvan
MR, T.Mütəllibov haqqında filmlərin,
“Bacarıqlı əllər” adlanan sənədli filmin,
uşaqların sevə-sevə baxdıqları “Tıq-tıq
xanım”, “Dost axtarıram”, “Kirpi və
alma” və s. cizgi filmlərinin musiqi-
si R.Mirişlinindir. Nizami Gəncəvinin
qəzəlinə solist, xor və simfonik orkestr
üçün “Peyğəmbərin tərifi” (1997) vokal
poemasını yazmış, “Qəzəlxan” bədii
filminə musiqi bəstələmişdir.
Bəstəkar pedaqoji fəaliyyətlə də
məşğul olmuşdur. O, 1986-cı ildən do-
sent, 1993-cü ildən isə professordur.
Musiqi mədəniyyətimizin inkişafında-
kı xidmətlərinə görə R.Mirişli 1974-cü
ildə “Naxçıvan Muxtar Respublikası-
nın Əməkdar incəsənət xadimi”, 1982-
ci ildə “Azərbaycan Respublikasının
Əməkdar incəsənət xadimi”, 1990-cı
ildə “Azərbaycan Respublikasının Xalq
artisti” fəxri adlarını almış və “Şöhrət”
ordeninə layiq görülmüşdür. Prezident
təqaüdçüsüdür.
Dostları ilə paylaş: