Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə176/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   172   173   174   175   176   177   178   179   ...   507
İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.az

www.milliqehremanlar.az

Milli Qəhrəman

Albert Aqarunoviç Aqarunov 1969-

cu il aprel ayının 25-də Bakı şəhərində 

anadan  olmuşdur.  Suraxanı  rayonun-

dakı 154 saylı məktəbin səkkizinci sin-

fini bitirərək peşə məktəbində sürücü-

mexanik  vəzifəsinə  yiyələnmişdir. 

1987-ci  ildə  hərbi  xidmətə  çağrılan 

Albert  xidməti  vəzifəsini  Gürcüstan-

da yerinə yetirmiş və tank komandiri 

olmuşdur. Daha sonra Bakıya dönərək 

Suraxanıda Maşınqayırma zavodunda 

işləmişdir.

Qarabağ  müharibəsi  başlayarkən 

Albert  Aqarunov  könüllü  olaraq 

cəbhəyə yollanmışdır. O, tank koman-

diri  təyin  edilmiş  və  Şuşa  cəbhəsinə 

yollanmışdır.  Albert  Xankəndi,  Da-

şaltı,  Cəmilli  istiqamətində  gedən 

döyüşlərdə erməni işğalçılarının xeyli 

canlı  qüvvəsini  və  zirehli  texnikasını 

məhv etmişdir. 1992-ci il may ayının 

8-də  Şuşa  uğrunda  gedən  döyüşlərdə 

snayper gülləsinə tuş gəlmiş və döyüş 

meydanında həlak olmuşdur. 

Albert  Qarabağ  müharibəsində 

əfsanəyə çevrilmişdi. Ermənilər onun 

başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası Preziden-

tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 

Fərmanı  ilə  Aqarunov  Albert  Aqaru-

noviç  ölümündən  sonra  “Azərbaycan 

Milli  Qəhrəmanı”  fəxri  adına  layiq 

görülmüşdür.

Bakıda Şəhidlər Xiyabanında dəfn 

edilmişdir.  Təhsil  aldığı  154  saylı 

məktəb  onun  adını  daşıyır.  Məktəbin 

önündə büstü qoyulmuşdur.





Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin