Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə179/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   175   176   177   178   179   180   181   182   ...   507
İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

3

Tarixçi


141

Tarix

85 

illiyi

Aslan Atakişiyev

1929-2011  

APREL

Aslan  Məcid  oğlu  Atakişiyev 

1929-cu  il  aprel  ayının  10-da  Göyçay 

qəzasının  Ucar  rayonunda  Quləbənd 

kəndində fəhlə ailəsində anadan olmuş-

dur. 


İlk  təhsilini  Ucar  şəhər  orta  mək-

təbində almış 1948-ci ildə buranı fərq-

lənmə attestatı ilə bitirmişdir. 

1948-ci ildə Azərbaycan Dövlət Uni-

versitetinin  (indiki  Bakı  Dövlət  Uni-

versiteti) tarix fakültəsinə daxil olmuş, 

1953-cü ildə təhsilini fərqlənmə diplo-

mu ilə bitirmiş, Elmi Şuranın qərarı ilə 

aspiranturada saxlanılmış, 1956-cı ildə 

təhsilini müvəffəqiyyətlə başa vurmuş-

dur. 

Əmək  fəaliyyətinə  1953-cü  ildə 



Azərbaycan Lenin Kommunist Gənclər 

İttifaqı Mərkəzi Komitəsində təlimatçı 

kimi  başlamış,  sonra  isə  şöbə  müdiri 

işləmişdir. 

1955-ci  ildən  Bakı  Dövlət  Univer-

sitetinin  tarix  fakültəsində  müəllim, 

1957-ci  ildən  isə  baş  müəllim  olaraq 

çalışmışdır.  Aslan  Atakişiyev  1957-

ci  ildə  “Xalq  təsərrüfatının  bərpası 

dövründə  fəhlə  və  kəndlilərin  ittifa-

qının  möhkəmləndirilməsi  uğrunda 

mübarizəsi  (1921-1925-ci  illər)”  adlı 

namizədlik dissertasiyasını müdafiə et-

mişdir.


1971-ci  ildə  “Geniş  kommunizm 

quruculuğu  dövründə  Azərbaycanda 

mədəniyyətin  inkişafı  (1959-1965)” 

mövzusunda doktorluq dissertasiyasını 

müdafiə etmiş, həmin ildə tarix elmləri 

doktoru elmi dərəcəsini almışdır. 

1972-ci ildən tarix fakültəsinin SSRİ 

tarixi (Sovet dövrü) kafedrasında pro-

fessor vəzifəsində çalışmışdır. Hazırda 

Türk və Qafqaz xalqları tarixi kafedra-

sının professorudur. 

1971-ci  ildən  1992-ci  ilə  qədər 

SSRİ  tarixi  (Sovet  dövrü)  kafedrası-

nın, 1992-ci ildən 1995-ci ilə qədər isə 

Türk və Qafqaz xalqları tarixi kafedra-

sının  müdiri  olmuşdur.  Təhsilin  baka-

lavr  pilləsində  Türk  xalqları  tarixi  və 

Türkiyə  tarixi,  magistratura  pilləsində 

isə Ümumtürk mədəniyyəti problemləri 

fənlərini tədris etmişdir.

12  monoqrafiya,  100-ə  qədər  elmi 

məqalənin,  proqram,  dərslik,  dərs 

vəsaitinin  müəllifi  olmuşdur.  4  elmlər 

doktorunun  elmi  məsləhətçisi,  50-dən 

çox  elmlər  namizədinin  elmi  rəhbəri 

olmuşdur.

Görkəmli  tarixçi  alim  elmi 

fəaliyyətinə  görə  1991-ci  ildə  dövlət 

tərəfindən “Əməkdar elm xadimi” fəxri 

adına layiq görülmüşdür.

Aslan Atakişiyev  2011-ci  il  yanvar 

ayının 13-də vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin