Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə187/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   183   184   185   186   187   188   189   190   ...   507
195 

illiyi


148

Tarixdə bu gün

Beynəlxalq Kitab və Müəllif 

Hüquqları Günü 

1996 

APREL

Müəllif    hüquqları  anlayışı  ilk  dəfə 

Almaniyada  aktuallaşmışdır.  Əvvəllər  

yalnız ədəbiyyat sahəsinə aid edilən bu 

ifadə 1870-ci il iyun ayının 11-dən impe-

ratorun verdiyi qanunla mülkiyyətin bü-

tün  formalarını  özündə  birləşdirmişdir. 

Yaxın  xaric  hesab  edilən  Rusiyada 

isə  bu  anlayış  indinin  özündə  də  daha 

çox  ədəbiyyat  sahəsinə  ehtiva  edilir. 

UNESCO-nun 1996-cı il tarixli qərarı ilə 

hər il bütün dünyada 23 aprel Beynəlxalq 

Kitab və Müəllif Hüquqları Günü kimi 

qeyd  edilir.  UNESCO  məhz  bu  günü 

dünya  şöhrətli  dramaturqlar  Uilyam 

Şekspirin  (1564-1616),  Migel  de  Ser-

vantesin  (1547-1616)  və  yazıçı-tarixçi 

İnka  Qarsilaso  de  la  Veqanın  (1539-

1616)  şərəfinə  müəyyənləşdirmişdir. 

Belə ki, hər üç yazıçını onların ölüm tari-

xi - 23 aprel 1616-cı il rəqəmi birləşdirir. 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar 

haqqında”  Qanun  8  oktyabr  1996-cı  il 

tarixindən  qüvvədədir.  “Müəlliflik  hü-

ququ  və  əlaqəli  hüquqlar  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun 

tətbiq  edilməsi  barədə”  Azərbaycan 

Respublikası  Prezidentinin  8  oktyabr 

1996-cı  il  tarixli  Sərəncamının  böyük 

əhəmiyyəti  olmuşdur.  Azərbaycanın 

bugünkü  müəllif  hüququ  müasir  infor-

masiya, ilk növbədə rəqəmli texnologi-

ya və multimedia kompyuter sisteminə 

əsaslanır.  İlk  dəfə  olaraq  Azərbaycan  

müəlliflərinə  könüllü  olaraq  öz 

əsərlərini əlyazmasından başlayaraq CD 

ROM-lara qədər hər hansı maddi daşı-

yıcıda  qeydiyyatdan  keçirmək,  Dövlət 

reyestrinə  daxil  etmək,  kompyuterdə 

saxlamaq  və  arxivləşdirmək  imkanı 

yaradılmışdır.  Əsərlərini  qeydiyyatdan 

keçirən  müəlliflərə  “Qeydiyyat  haq-

qında  Şəhadətnamə” verilir. Agentliyin 

kompyuter-TV-video-akustik  sistem-

skaner  şəklində  komplektləşdirilmiş 

multimediya  sistemi  radio-televiziya 

efirinin monitorinqini həyata keçirməyə, 

intellektual  mülkiyyətin  statistikası  və 

müəllif  -  hüquq  pozuntularının  diaq-

nostikasının  müxtəlif  məsələlərini  həll 

etməyə imkan verir. Son illər  Azərbaycan 

rəhbərliyinin uzaqgörən daxili və xarici 

siyasəti  nəticəsində  müəllif-hüquqları 

sahəsində  ölkəmizin beynəlxalq əlaqələri 

genişlənmiş,  o,  bir  sıra  Konvensiya  və 

beynəlxalq təşkilatların üzvü olmuşdur.  

Azərbaycan 1996-cı ildən Ümumdünya 

Əqli  Mülkiyyət  Təşkilatının  üzvüdür. 

Ədəbi-bədii  əsərlərin  qorunması  haq-

qında Bern Konvensiyasına və Müəllif 

hüququ haqqında Ümumdünya Konven-

siyasına  daxil  olmuşdur.  Bir  sıra  digər 

ikitərəfli və çoxtərəfli müqavilələrin iş-

tirakçısıdır. 

Dünyada  “Ümumdünya  kitab  və 

müəllif  hüquqları  günü”  mövzusunda 

tədbirlər  1996-cı  ildən,  Azərbaycanda 

isə 2001-ci ilin 23 aprel tarixindən ke-

çirilir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin