Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə183/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   179   180   181   182   183   184   185   186   ...   507
Ə d ə b i y y a t

Ümumdünya Gülüş Günü 

[Mətn] //Əkbər Qoca-

yev. Bayramlar və tarixi 

günlər.- Bakı, 2006.- S.45.

Abdullayeva, 

A.Ümumdünya Gülüş 

Günü /A. Abdullayeva

//Mədəni həyat .-2013.- 

№.- 4.- S.22-23.

İ n t e r n e t d ə

www.anl.az

www.ari-vizviz.blogspot.

com

www.ebooks.preslib.az

www.milli.az

1


145

Tarixdə bu gün 

Kəlbəcər rayonunun 

işğalı 

Kəlbəcər  rayonu  1993-cü  il  aprel  ayının  2-də 

Ermənistan  təcavüzkar  qüvvələri  tərəfindən  işğal 

olunmuşdur.  Kəlbəcər  rayonunun  ərazisi  3054 

km²,  əhalisinin  sayı  isə  85  228  nəfərdir.  Rayon 

sakinləri  hazırda  Azərbaycanın  59  bölgəsində 

məskunlaşmışlar.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak ol-

muş, 321 nəfər itkin düşmüş və girov götürülmüş-

dür,  rayona  761  milyon ABŞ  dolları  məbləğində 

ziyan dəymişdir. Ermənistan hərbi birləşmələrinin 

martın  27-də  başlanan  genişmiqyaslı  hücumu 

Kəlbəcər  rayonunun  işğalı  ilə  başa  çatmışdır. 

Kəlbəcər  Azərbaycanın  işğal  olunmuş  rayonları 

arasında  ərazicə  ən  böyüyüdür.  İşğal  nəticəsində 

rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin onlarla 

tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sana-

toriyası və s. Ermənistan silahlı qüvvələri tərəfindən 

məhv edilmişdir. Kəlbəcər rayonunun işğalı o vaxt 

üçün  Qarabağ  müharibəsində  Azərbaycanın  ən 

böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin 

süqutu ermənilərin sonrakı işğalçılıq  planlarının 

həyata keçməsinə - Azərbaycanın ayrılmaz, əzəli 

torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı 

digər rayonların - Ağdam, Cəbrayıl, Füzuli, Qubad-

lı və Zəngilanın, ümumən 17 min kvadratkilometr 

ərazidə ən məhsuldar torpaqlarımızın Ermənistan 

silahlı  qüvvələri  tərəfindən  zəbt  olunmasına 

şərait yaratmışdır. Dağlıq Qarabağın Ermənistana 

birləşdirilməsi faktiki olaraq başa çatmışdı.

Kəlbəcərin  işğalından  sonra  3205  saylı  iclas-

da BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə 

qəbul  etmiş,  qətnamədə  bütün  işğalçı  qüvvələrin 

Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ra-

yonlarından dərhal çıxarılması tələb olunmuşdur. 

Lakin indiyədək həmin qətnamədən irəli gələn hər 

hansı  öhdəlik  yerinə  yetirilməmişdir.  Sonradan 

BMT Təhlükəsizlik  Şurasının Ağdam  rayonunun 

azad  edilməsi  ilə  bağlı  854-cü,  Füzuli  rayonu-

nun azad edilməsi ilə bağlı 874-cü və digər işğal 

edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü 

qətnamələri qəbul edilmiş, lakin həmin qətnamələr 

kağız üzərində qalmaqdadır. BMT-nin və ATƏT-in 

prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər ra-

yonu ərazisində ermənilərin məskunlaşdırılmasına 

başlanılmışdır. Ermənistan beynəlxalq sənədlərdə 

təsbit  olunmuş  müddəaları  kobudcasına  pozaraq, 

bütün  dünyanın  gözü  qarşısında  Azərbaycanın 

bənzərsiz  mədəni  sərvətlərini  talamaqda,  kütləvi 

şəkildə məhv etməkdə davam edir. 

İki  Cənubi  Qafqaz  ölkəsi  arasında  münaqişə 

1988-ci  ildə  Ermənistanın  Azərbaycana  qarşı 

ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. 

Azərbaycan  torpaqlarının  iyirmi  faizi,  yəni  Dağ-

lıq Qarabağ ərazisi və bu əraziyə daxil olan yeddi 

rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altın-

dadır.  1994-cü  ildə  tərəflər  atəşkəs  rejiminə  dair 

razılaşma  əldə  etmiş  və  o  vaxtdan  bəri ATƏT-in 

Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa 

və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh 

danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ 

və ətraf rayonların azad edilməsinə dair qəbul et-

diyi  dörd  qətnaməni  Ermənistan  bugünə  qədər 

yerinə yetirməmişdir.

Ermənistanın  yürütdüyü  bu  işğalçılıq  və 

terrorçuluq  siyasəti  uzun  illərdən  bəri  dünya 

ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, 

beynəlxalq hüququn normalarına və prinsiplərinə 

əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına 

hörmət edilməli, ərazi bütövlüyünün, suverenliyin 

pozulmasına yol verilməməlidir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin