147
Tarixdə bu gün
Göygöl rayonu
1819
APREL
Göygöl şəhəri 1819-cu il aprel ayı-
nın 22-də alman kolonistləri tərəfindən
Yelenendorf (alm. Helenendorf) adı al-
tında salınmışdır.
Rayon kimi Göygöl 1930-cu
ildə yaradılmışdır. 1938-ci ilə qədər
Nərimanov rayonu olmuş, 1938-ci ildə
Xanlar Səfərəliyevin şərəfinə Xanlar
rayonu, Yelenendorf qəsəbəsi isə ra-
yonun mərkəzi Xanlar şəhəri adlandı-
rılmışdır. 2008-ci il aprel ayının 25-də
Milli Məclis rayonun Göygöl adlandı-
rılması haqda qərar qəbul etmişdir.
Göygöl rayonu Gəncə dəmiryol
stansiyasından 15 km cənubda yerləşir.
Bakı-Qazax dəmiryolu və magistra-
lı Göygöldən keçir. Rayon ərazisində
15802 hektar meşə sahəsi olmaqla
Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-
göl, Ayna-göl rayon ərazisində yerləşir.
Quşqara, Gəncə və Kürək çayları rayo-
nun ərazisindən keçir.
Rayonun əsas təsərrüfat fəaliyyətləri
taxılçılıq, kartofçuluq, maldarlıq, qo-
yunçuluq, meyvəçilik, tərəvəzçilik,
arıçılıq, quşçuluq və üzümçülükdür.
Mədən sənayesi, çınqıl zavodları, is-
tehsalat və məişət xidməti kombinat-
ları, şərab zavodu və başqa sənaye
müəssisələri var. Rayonda 264 şəxsi
müəssisə, bundan 14 kooperativ, 63
MMC, 131 kiçik müəssisə, 56 kəndli
fermer təsərrüfatı, 16 dövlət müəssisəsi
fəaliyyət göstərir.
Göygöl rayonu füsunkar təbiəti ilə
yanaşı, tarix və mədəniyyət abidələri
ilə də zəngindir. Rayon ərazisində
XII, XIV, XVI və XIX əsrlərə aid 31
yerli əhəmiyyətli tarixi və memarlıq
incəsənət abidələri mövcuddur, bun-
lardan 8-i kurqan, nekropol və açıq
düşərgə, digərləri isə bina və körpülərdir.
Xanlar şəhərində 1854-cü ildə tikilmiş
“Lüteran” alman kilsəsi, XVI əsrə aid
iki gözlü körpü, 1896-cı ildə tikilmiş
üç gözlü körpü, XII əsrə aid Ağ kör-
pü, XIX əsrdə almanlar tərəfindən ti-
kilmiş 9 memarlıq incəsənət abidələri,
Zurnabad kəndində XII əsrə aid Qala,
keçmiş Sarıqaya kəndində XVI əsrə aid
Türbə, Dozular kəndində XVI əsrə aid
bir gözlü körpü, Topalhəsənli kəndində
tarixi məlum olmayan iki tağlı daş kör-
pü, Şəhriyar kəndində 1674-cü ildə
tikilmiş Qabriyel kilsəsi, Çaykənd
kəndində tarixi məlum olmayan Anahid
məbədi və Müqəddəs Məryəm kilsəsi,
Yeni-Zod kəndindən 300 m məsafədə
Alban kilsəsi, 3 km məsafədə Alban
məbədi, Üçbulaq və Balçılı kəndlərinin
ərazisində tarixi məlum olmayan
“Qız-qalası”, Köşkü kəndində dəmir
dövrünə aid kurqan, Quşqara və Balçılı
kəndlərinin ərazisində Tunc dövrünün
axırı, Dəmir dövrünün əvvəlinə aid
qəbirlər vardır. Göygöl rayonunda bir
Mərkəzi, 42 filial kitabxana fəaliyyət
göstərir.
Dostları ilə paylaş: