Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə225/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   221   222   223   224   225   226   227   228   ...   507
Ə d ə b i y y a t

www.anl.az

www.az.wikipedia.org

Ə d ə b i y y a t

Məmmədli, Z. Əlillərlə bağlı 

yeni strategiya işə düşür 

“Əlillərin Sosial Hüquqla-

rının Müdafiəsinə dair Milli 

Fəaliyyət Planı”na start 

verilməsi bu təbəqədən olan 

insanların problemlərini 

xeyli azaldacaq [Mətn] 

/Z.Məmmədli //Reytinq.-

2013.- 20 oktyabr.- S.10.

www.anl.az

www.az.wikipedia.org

3

5

1

Tarixdə bu gün


181

Tarixdə bu gün

Şuşanın işğalı günü

1992  

MA

Y

Ərazisi:  289 

km² 

Əhalisi: 31499

İşğal tarixi: 08.05.1992

Azərbaycanın  dilbər  guşəsi,  musiqi 

və  mədəniyyət  ocağı  olan  Şuşa  şəhəri 

dünyanın  bəzi  aparıcı  dövlətlərinin 

məzlum  xalq  kimi  tanıdıqları,  əslində 

nəinki  xalqımıza,  bütün  insanlığa  qar-

şı terror siyasəti həyata keçirən məkrli 

ermənilər  tərəfindən  keçmiş  sovet  or-

dusunun 366-cı alayının 40 zirehli tex-

nikasının bilavasitə iştirakı və köməyi 

ilə işğal edilmişdir.

289  kvadrat  kilometr  ərazisi  olan 

Şuşa  şəhərində  həmin  dövrdə  24.900 

nəfər əhali yaşayırdı. İşğal zamanı 480 

nəfər  insan  qətlə  yetirilmiş,  600  nəfər 

yaralanmış,  150  nəfər  əlil  olmuş,  552 

körpə  yetim  qalmış,  20  mindən  artıq 

əhali  isə  məcburi  köçkün  vəziyyətinə 

düşmüşdür.

Qeyd etmək lazımdır ki, Şuşaya hü-

cumdan bir neçə saat öncə Tehranda İran 

Prezidentinin vasitəçiliyilə Ermənistan 

və  Azərbaycan  dövlət  başçıları  Qara-

bağ  münaqişəsinin  dinc  yolla  həllinə 

dair saziş imzalamışdı.

İşğal  nəticəsində  Şuşadakı  bir  sıra 

tarixi-mədəniyyət  abidələri  düşmən 

tərəfindən  talan  edilmişdir.  Beş  minə 

yaxın  eksponatı  olan  Şuşa  Tarix  Mu-

zeyi, Dövlət Xalça muzeyinin filialı və 

Xalq  Tətbiqi  Sənəti  Muzeyi,  Qarabağ 

Dövlət  Tarix  Muzeyi,  həmçinin  Laçın 

rayonundakı  Ağoğlan  məbədi,  dün-

ya əhəmiyyətli arxeoloji abidə sayılan 

Paleolit  dövrünə  aid  Azıx  mağarası, 

Xocalıdakı  Əsgəran  qalası,  Kəlbəcər 

Tarix  Muzeyinin  və  digər  mədəniyyət 

ocaqlarının,  rəsm  qalereyalarının  bən-

zərsiz  ekspozisiyaları  dağıdılmış  və 

talan  olunmuş,  müqəddəs  məbəd  və 

məscidlər  təhqir  edilmiş,  kitabxanalar 

yandırılmış,  misilsiz  əlyazma  nümu-

nələri məhv edilmişdir. 

Bu  siyahıya  Xan  mağarası,  Qa-

xal  mağarası,  Şuşa  qalası  da  olmaq-

la  bütövlükdə  279  dini,  tarixi  və 

mədəni  abidə  daxildir.  Ermənilər 

Azərbaycana məxsus olan bir çox abi-

dənin  məhv  edilməsinə  və  ya  onların 

erməniləşdirilməsinə  nail  olmuşlar. 

Onlar Şuşada 7 məktəbəqədər uşaq mü-

əssisəsini,  22  ümumtəhsil  məktəbini, 

mədəni-maarif,  kənd  təsərrüfatı  texni-

kumlarını,  8  mədəniyyət  evini,  14 

klubu,  20  kitabxananı,  2  kinoteatrı,  3 

muzeyi,  Şərq  musiqi  alətləri  fabrikini 

dağıtmışlar. 

Artıq Şuşanın işğalından 22 il ötür.  

Tezliklə  qədim Azərbaycan  torpağının 

işğaldan  azad  olunacağı  günü  arzula-

yır və Allahdan bütün şəhidlərə rəhmət 

diləyirik!




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin