184
Tarixdə bu gün
Laçın rayonunun işğalı günü
1992
MA
Y
Ərazisi: 1835
km²
Əhalisi: 72 228
İşğal tarixi: 17.05.1992
Bu gün Azərbaycanın strateji cəhət-
dən mühüm əhəmiyyət kəsb edən La-
çın rayonunun işğalından 21 il keçir.
1992-ci il may ayının 17-18-də
erməni işğalçıları rayonun yüzlərlə
mədəni-məişət obyektini, onlarla
qəsəbə, kənd və tarixi abidələrini dağı-
daraq talan etmişdir. İşğal nəticəsində
63 min 341 Azərbaycan vətəndaşı öz
yurdundan didərgin düşmüş, 300-dən
artıq hərbi və mülki şəxs həlak olmuş
və itkin düşmüşdür. Rayonda 8950
bina, o cümlədən 7 sənaye və tikinti
müəssisəsi, 471 xidmət idarəsi, 154
məktəb, yüzlərlə tarix-mədəniyyət
abidəsi işğal altında qalmışdır.
Şuşa şəhərinin Turşsu deyilən
ərazisindən və Ermənistan istiqamə-
tindən hücuma keçən düşmən ma-
yın 18-də Laçını işğal etmişdir.
Əhəmiyyətli geostrateji mövqeyə ma-
lik olan Laçının işğalı Azərbaycan iq-
tisadiyyatına ciddi ziyan vurmuşdur.
Təbii sərvətlərlə zəngin olan La-
çın rayonunda Turşsu, Qaladərəsi,
Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq,
Nurəddin, Nağdalı, Hacıxanlı kimi
müalicəvi əhəmiyyətli bulaqlar möv-
cud olmuşdur.
Ekologiya və Təbii Sərvətlər Na-
zirliyinin rayonun işğalı ilə bağlı
yaydığı məlumatda bildirilmişdir ki,
Laçın rayonu ərazisində ümumi ehti-
yatları 1124 ton olan 3 civə (Narzanlı,
Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457
min ton olan və əhəng istehsalına ya-
rarlı Laçın əhəngdaşı, ehtiyatları 2533
min kubmetr olan və istismara cəlb
edilən üzlük daşı istehsalına yararlı
Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar
daşı istehsalına yararlı 2 tuf (Ağoğlan,
Əhmədli), 2 əlvan bəzək daşı, vulkan
külü və digər təbii sərvətləri var.
Laçın rayonundakı Qaragöl Dövlət
Təbiət Qoruğu və Dövlət Təbiət Ya-
saqlığı da hal-hazırda işğal altındadır.
Ümumi sahəsi 240 hektar olan qoruq-
da 68 növdən və 27 ailədən ibarət bitki
örtüyü var. 1961-ci ilin noyabr ayın-
da heyvan və quşları qoruyub saxla-
maq və artırmaq məqsədilə yaradılan
Dövlət Təbiət Yasaqlığının ərazisində
cüyür, qaya keçisi, çöl donuzu, ayı, tu-
rac, kəklik, qaratoyuq kimi nadir fauna
növləri məskunlaşmışdır. 1989-cu ildə
yasaqlıqda aparılan yoxlama zamanı
dağ-keçisi (bezoar keçisi) 96, qaban
360, cüyür 320, ayı 110 baş, eləcə də
çoxlu sayda canavar, porsuq, dələ, qır-
qovul, kəklik qeydə alınmışdır.
İşğalçı dövlət beynəlxalq hüquq
normalarına, zəbt olunan Azərbaycan
torpaqlarından Ermənistan qoşunla-
rının qeyd-şərtsiz çıxarılmasına dair
BMT-nin qətnamələrinə məhəl qoy-
mayaraq hazırda Laçında qanunsuz
məskunlaşma aparır.
Bu gün hər bir azərbaycanlı Qara-
bağın işğal altından qurtulacağı günü
gözləyir.
Qarabağa böyük qayıdışın olacağı-
na hamımız inanırıq.
Dostları ilə paylaş: