195
Çingiz Əlioğlu
1944
İYUN
Çingiz Əli oğlu Əliyev (Çingiz
Əlioğlu) 1944-cü il iyun ayının 29-
da Füzuli şəhərində anadan olmuşdur.
1961-1965-ci illərdə M.Əzizbəyov
adına Azərbaycan Neft və Kimya İns-
titutunun (indiki ADNA) istehsalat
proseslərinin avtomatlaşdırılması və
texnologiyası fakültəsində təhsil almış-
dır.
Bədii yaradıcılığa 1967-ci ildə “Gənc
qələmlər” toplusunda çıxan “Xatirələr”
şeirilə başlamışdır. Elə o vaxtdan da fəal
ədəbi yaradıcılıqla məşğul olur, döv-
ri mətbuatda şeir, hekayə, ədəbi-bədii
tərcümələr və publisistik məqalələrlə
müntəzəm çıxış edir.
Əmək fəaliyyətinə “Gənclik” nəşriy-
yatında redaktor kimi başlamışdır.
1977-1988-ci illərdə böyük redak-
tor, 1988-1991-ci illərdə redaksiya mü-
diri, 1991-1992-ci illərdə Azərbaycan
Dövlət Nəşriyyatında baş redaktor,
1992-ci ildən Azərbaycan Respublikası
Mətbuat və İnformasiya Nazirliyində
Nəşriyyatlar idarəsinin rəisi vəzifəsində
çalışmışdır.
Gənc şairlərin Ümumittifaq poe-
ziya festivallarında (IV, V, VI), gənc
yazıçıların yeddinci Ümumittifaq
müşavirəsində və birinci Ümumittifaq
toplantısında, Şuşenskoyedə keçirilən
yazıçı və tənqidçilərin Ümmuitti-
faq nəzəri konfranslarında, Krasno-
yarsk diyarında, İvanovo-Frankovsk
vilayətlərində, Latviya SSR-də keçirilən
Sovet ədəbiyyatı günlərində, bir neçə
dəfə Moskvada keçirilən Azərbaycan
şeiri günlərində, Riqada və Vilnüsdə
keçirilən latış, Tilva tərcüməçilərinin
beynəlxalq müşavirəsində iştirak et-
mişdir.
Çingiz Əlioğlunun “Təhsil” nəşriy-
yatında çap olunmuş “Çərçivə” kita-
bı artıq bir çox mükafatlar qazanıb.
2010-cu ildə isə Moskvada keçirilən
VII Beynəlxalq “Kitab sənəti” müsabi-
qəsinin baş mükafatına – “Qran Pri”yə
layiq görülüb. Əsərləri keçmiş SSRİ
və bir çox Avropa xalqlarının dillərinə
tərcümə olunmuşdur.
Azərbaycan Yazıçılar İttifaqında
gənclərlə iş üzrə komissiyanın üzvü-
dür.
Ümumittifaq poeziya müsabiqəsi-
nin üç qalibindən biri kimi “Yunost”
jurnalının “Yaşıl yarpaq” mükafatına,
Azərbaycan LKGİ MK-nın və Uk-
rayna KP İvanovo-Frankovsk vilayət
komitəsinin fəxri fərmanlarına layiq
görülmüşdür. Finlandiya Respublikası
Maarif Nazirliyinin təqaüdçüsü (1990),
Beynəlxalq “Kalevala” cəmiyyətinin
üzvü,
1991-ci
ildən
Əməkdar
mədəniyyət işçisidir.
Hazırda Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, rekla-
mın təşkili və informasiya şöbəsinin
Nəşriyyat sektorunun müdiri, MDB
ölkələrinin İcraiyyə Komitəsində dövri
mətbuat, kitab nəşri, kitab yayımı və po-
liqrafiya məsələləri üzrə dövlətlərarası
şuranın sədridir.
Dostları ilə paylaş: