Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə244/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   240   241   242   243   244   245   246   247   ...   507
Ə d ə b i y y a t

“Axırıncı aşırım”dan 

“Fəryad”a qədər: Məlik 

Dadaşov xarakterlər usta-

sıydı [Mətn] //Şərq.- 2011.- 

18 iyun.- S. 11.

Bəlkə bir Qəmlo obrazı da 

yetərdi...  Səhnəyə yetkin 

bir sənətkar kimi gəlmişdi 

[Mətn] //Azadlıq.- 2012.- 4 

fevral.- S. 14.

Məhərrəmova, T. Aktyor 

sənətinə həsr olunan ömür 

[Mətn] /T.Məhərrəmova    

//Kaspi.- 2010.- 23 iyun.- 

S.15.

Mükərrəmoğlu, M. Tipik 

xarakterlər ustası [Mətn] 

/M.Mükərrəmoğlu //Xalq 

qəzeti.- 2013.- 26 iyun.-    

S.9. 

Rəhimli, İ. Məlik Dada-

şov [Mətn] //Rəhimli İ. 

Azərbaycan teatr tarixi.- 

Bakı, 2005.- S.352-354.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

27

Aktyor

Teatr.Kino


198

İYUN

2

100 

illiyi

Barat Şəkinskaya

1914-1999

İYUN

  Barat  Həbib  qızı  Şəkinskaya 

1914-cü  il  iyun  ayının  28-də  Şuşada, 

bəyzadə  ailəsində  anadan  olmuşdur. 

Anası Gövhər xanım Əbdürrəhim bəy 

Haqverdiyevin əmisi qızı idi. 

İlk  təhsilini  Şuşada  alan  Barat 

Şəkinskaya,  1923-cü  ildə  ailəsi  ilə 

birlikdə  Gəncəyə  köçmüşdür.  13  ya-

şından Gəncə Qadınlar Klubunun dram 

dərnəyində  iştirak  etmişdir.

 

1930-cu 



ildə pedaqoji məktəbi bitirərək müəllim 

kimi çalışmış, 1933-cü ildə isə Gəncə 

Türk İşçi Teatrosunun truppasına akt-

risa götürülmüşdür.

Yaradıcılığının  əsas  dövrü  1935-

ci  ildən  etibarən  Akademik  Milli 

Dram Teatrı ilə bağlı olmuşdur. Barat 

Şəkinskaya  həm  də Azərbaycanın  ilk 

travisti - oğlan rolları oynayan aktrisa-

sı olmuşdur. 

Onun  Gəncə  teatrında  Kostya, 

Bakıda  1939-cu  ildə  oynadığı  Napo-

leon  obrazları  yüksək  bədii-estetik 

məziyyətləri  ilə  teatr  tariximizə  ya-

zılmışdır.  Aktrisa  çoxlu  sayda  uşaq 

rolları da oynamışdır. Axırıncı dəfə o, 

uşaq  rolunu  37  yaşında  yaratmışdır. 

Bu,  Məhəmmədhüseyn  Təhmasibin 

“Çiçəklənən arzular” pyesində 7-ci si-

nif şagirdi Nazlı rolu olmuşdur. 

“Azərbaycan səhnəsinin Cülyettası” 

deyə çağırılan Barat Şəkinskaya 1935-ci 

ildən Xalq artisti Mustafa Mərdanovun 

təşəbbüsü  ilə  radio  verilişlərinə  cəlb 

olunmuşdur.  1943-cü  ildə  yenidən 

Gəncəyə  qayıdaraq  buradakı  Dövlət 

teatrının yaradıcı kollektivinə  üzv  ol-

muşdur.  1944-cü  ildə  Barat  xanım 

köçürmə  yolu  ilə  Akademik  Milli 

Dram Teatrına keçmişdir. 1956-cı ildə 

aktrisa  ərizə  ilə  növbəti  məzuniyyətə 

çıxmış,  lakin  işə  qayıtmamışdır.  4  il 

“Azərbaycanfilm”  kinostudiyasında 

aktrisa,  filarmoniyada  aparıcı,  yenicə 

açılan  televiziyada  diktor  işləmişdir. 

1960-cı ildə onun həyat yoldaşı Mehdi 

Məmmədov Akademik teatra baş rejis-

sor təyin ediləndən sonra Barat xanım 

və  teatrdan  inciyib  getmiş  başqa  akt-

yorlar da teatra qayıtmışdılar. 1970-ci 

ildə Sumqayıtdakı Hüseyn Ərəblinski 

adına  Dövlət Dram Teatrında aktrisa 

kimi  işləməyə  başlamış,  1971-ci  ildə 

yenidən Akademik teatrda işini davam 

etdirmişdir. 1978-ci ildə təqaüdə çıxan 

aktrisa, 1986-cı ildə “Xatirələrim” ki-

tabını nəşr etdirmişdir.

1940-cı ildə qazandığı sənət nailiy-

yətlərinə  görə  aktrisa  “Azərbaycan 

Respublikasının Əməkdar artisti” fəxri 

adına  layiq  görülmüşdür.  1949-cu  il 

iyul ayının 21-də Milli teatrımızın ya-

ranmasının 75 illiyi  münasibətilə ona  

“Xalq artisti” fəxri adı verilmişdir. 

Aktrisa  “Şərəf  nişanı”  ordeni  və 

medallarla təltif olunmuşdur.

 Azərbaycan Respublikasının Xalq 

artisti  Barat  Şəkinskaya  1999-cu  il 

yanvar ayının 14-də vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin