Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə253/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   249   250   251   252   253   254   255   256   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

29

Milli Qəhrəman


203

Mədəniyyət.Elm.Maarif

150 

illiyi

Həbib bəy Mahmudbəyov

1864-1928 

İYUN

Həbib  bəy  Hacı  İbrahimxəlil  bəy 

oğlu  Mahmudbəyov  1864-cü  il  iyun 

ayının 16-da Şamaxı şəhərində anadan 

olmuşdur. Atası Hacı İbrahimxəlil bəy 

Şamaxının  mötəbər  şəxslərindən  ol-

muşdur.  Şirvan  əsilzadələrindən  olan 

ulu  babası  Hacı  Sadıq  məşhur  Nadir 

şahın  xəzinədarı  imiş.  Səkkiz  yaşın-

da ikən Həbib bəy Şamaxının məhəllə 

məktəblərindən  katib  Mirzə  Hüseyn 

adlı bir molla məktəbində oxumuş, son-

ra Şamaxının şəhər məktəbində təhsil 

almışdır. 1872-ci il zəlzələsində şəhər 

məktəbinin  binası  dağıldıqdan  sonra  

Həbib bəy Bakıya gələrək real məktəbə 

daxil  olmuşdur.  Bu  məktəbdə  altıncı 

sinfədək  oxuduqdan  sonra  1883-cü 

ildə Sultanməcid Qənizadə ilə birlikdə 

Tiflisə  gedərək  oradakı  Aleksandrov 

Müəllimlər İnstitutuna daxil olmuşdur. 

1887-ci  ildə  həmin  institutu  bitirərək 

yenə  də  Sultanməcid  Qənizadə  ilə 

birlikdə Bakıya dönmüş və elə həmin il 

onlar ilk özəl rus müsəlman məktəbini 

açmışlar.  Bu,  Azərbaycanda  maarifin 

inkişafında  böyük  hadisə  olmuş  və 

onun  gələcək  inkişafının  istiqamətini 

müəyyənləşdirmişdir.  Qısa  müddətdə 

həmin məktəb məşhurlaşmış və 1891-ci 

ildə dövlət təminatına keçmişdir. Son-

radan bu tip məktəblər Azərbaycanda 

geniş yayılmışdır. 

1896-cı  ildə  Həbib  bəy  Mahmud-

bəyov  S.M.Qənizadə,  İ.Məlikov 

və  başqaları  ilə  birlikdə  rus-

müsəlman  kitabxanası  təşkil  etmiş-

dir.  1917-ci  il  oktyabr  çevrilişinədək  

H.Mahmudbəyov  böyük  ictimai 

maarifləndirmə  fəaliyyəti  ilə  məşğul 

olmuş, Bakı şəhər dumasında məktəb 

komissiyasının üzvü kimi Azərbaycan 

müəllimlərinin  Birinci  qurultayının 

(1906) hazırlanması və keçirilməsində 

fəal iştirak etmişdir. Azərbaycanda so-

vet işğal rejimi qurulduqdan (1920-ci 

il  28  aprel)  sonra  H.Mahmudbəyov 

respublikada xalq təhsilinin inkişafın-

da yeni istiqamətlərin işlənib hazırlan-

masının  fəal  iştirakçılarından  olmuş-

dur. Respublikada ali pedaqoji təhsilin 

təşkilində onun böyük xidmətləri var. 

Uzun müddət müəllim, məktəb direk-

toru işləmişdir. Sosial təşkilat komis-

siyasının  (1920)  üzvü  kimi  o,  peda-

qoji  institutun  təşkilində  fəal  iştirak 

etmişdir.  Ali  pedaqoji  institut  yaran-

dıqda  onun  direktor  müavini,  sonra 

isə direktoru olmuş, eyni zamanda rus 

dili  və  ədəbiyyatından  dərs  demişdir. 

Həbib bəy Mahmudbəyov gecə kurs-

ları  da  təşkil  etmişdi.  Bu  kurslar  bir 

zaman  Həbib  bəy  Mahmudbəyovun 

müdir olduğu və Şamaxı yolundakı bi-

nada yerləşmiş (Yasamal rayonu 18 və 

sonralar 240 nömrəli) məktəbdə təşkil 

olunmuşdur. 

Görkəmli maarif xadimi Həbib bəy 

Mahmudbəyov  1928-ci  ildə  iyul  ayı-

nın 30-da vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin