205
Kimya.Biologiya.Tibb
85
illiyi
Nurəddin Rzayеv
1929-2011
İYUN
Nurəddin Məmmədbağır oğlu
Rzayev 1929-cu il iyun ayının 26-da
Gədəbəydə ziyalı ailəsində anadan ol-
muşdur.
1945-ci ildə orta məktəbi qızıl me-
dalla bitirərək N.Nərimanov adına
Azərbaycan Tibb İnstitutuna (indiki
ATU) daxil olmuşdur.
1950-ci ildə ali məktəbi fərqlənmə
diplomu ilə bitirmiş, təyinatla 1953-
cü ilədək Türkmənistanda işləmişdir.
Təyinat müddətini başa vurduqdan
sonra Bakıya qayıtmış və elmi, cərrahi
işini davam etdirmişdir.
1958-ci
ildə
“Mezatonun
cərrahiyyədə tətbiqi” mövzusunda
namizədlik, 1965-ci ildə “Ağciyər ar-
teriyalarının emboliya və trombozları”
mövzusunda doktorluq dissertasiyası
müdafiə etmiş, professor rütbəsi almış-
dır.
1966-cı ildən Azərbaycan SSR-in
Səhiyyə Nazirliyinin elmi şura üzvü,
1973-1983-cü illərdə Azərbaycan
Cərrahlar Cəmiyyətinin sədri olmuş-
dur.
1983-cü ildən Beynəlxalq Cərrahlar
Cəmiyyətinin, 1993-cü ildən Avropa
Təxirəsalınmaz Cərrahlıq və Travma
Cəmiyyətinin, 1994-cü ildən Nyu York
Elmlər Akademiyasının üzvüdür.
1961-ci ildən Azərbaycan Elmlər
Akademiyasının Elmi Tədqiqat Klini-
ki və Eksperimental Cərrahlıq İnstitu-
tunun elmi katibi, az sonra elmi işlər
üzrə direktor müavini, 1963-cü ildə di-
rektor əvəzi və 1964-cü ildən 1994-cü
ilədək institutun direktoru vəzifəsində
işləmişdir.
1994-cü ildə Xəzər Universitetində
Cərrahiyyə departamentinin müdi-
ri, 1995-ci ildə universitetin pro-
rektoru, 1996-cı ildə Azərbaycan
Universitetində “Şərq-Qərb” elmi
mərkəzinin professoru, 1999-cu ildən
Ali Diplomatiya Kollecində “Türko-
loji araşdırmalar mərkəzi”nin rəhbəri
olmuşdur.
1996-cı ildən Azərbaycan Tibb
Universitetində professor-konsultant
kimi çalışmışdır.
Əməkdar elm xadimi, professor
N.M.Rzayev 5 elmi ixtiranın, 300-dək
elmi məqalənin müəllifi, 5 elmlər dok-
torunun və 31 elmlər namizədinin elmi
rəhbəri olmuşdur.
Nurəddin Rzayev 2011-ci il oktyabr
ayının 17-də vəfat etmişdir.
Dostları ilə paylaş: