Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə255/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   251   252   253   254   255   256   257   258   ...   507
Ə d ə b i y y a t

Fizika həyatımızda 

[Mətn]  /Ç.Qacar.- Bakı: 

Şərq-Qərb, 2011.- 184.

Qədim və orta əsrlər 

Azərbaycanın görkəmli 

şəxsiyyətləri [Mətn] 

/Ç.Qacar.- Bakı: [Ni-

cat], 1997.- 304 s.

Mizandarlıq [Mətn]: 

fizika ölçülərlə başlanır 

/Ç.Qacar.- Bakı: Şərq-

Qərb, 2010.- 136 s.

Qacarların nəslini 

təmsil edən görkəmli 

alim [Mətn] //Azadlıq.- 

2013.- 24 avqust.- S. 14.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

6

Akademik


205

Kimya.Biologiya.Tibb

85 

illiyi

Nurəddin  Rzayеv

1929-2011 

İYUN

Nurəddin  Məmmədbağır  oğlu 

Rzayev  1929-cu  il  iyun  ayının  26-da 

Gədəbəydə ziyalı ailəsində anadan ol-

muşdur. 

1945-ci ildə orta məktəbi qızıl me-

dalla  bitirərək  N.Nərimanov  adına 

Azərbaycan  Tibb  İnstitutuna  (indiki 

ATU) daxil olmuşdur. 

1950-ci  ildə  ali  məktəbi  fərqlənmə 

diplomu  ilə  bitirmiş,  təyinatla  1953-

cü  ilədək  Türkmənistanda  işləmişdir. 

Təyinat  müddətini  başa  vurduqdan 

sonra Bakıya qayıtmış və elmi, cərrahi 

işini davam etdirmişdir. 

1958-ci 


ildə 

“Mezatonun 

cərrahiyyədə  tətbiqi”  mövzusunda 

namizədlik,  1965-ci  ildə  “Ağciyər  ar-

teriyalarının emboliya və trombozları” 

mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə etmiş, professor rütbəsi almış-

dır. 


1966-cı  ildən  Azərbaycan  SSR-in 

Səhiyyə  Nazirliyinin  elmi  şura  üzvü, 

1973-1983-cü  illərdə  Azərbaycan 

Cərrahlar  Cəmiyyətinin  sədri  olmuş-

dur. 

1983-cü ildən Beynəlxalq Cərrahlar 



Cəmiyyətinin,  1993-cü  ildən  Avropa 

Təxirəsalınmaz  Cərrahlıq  və  Travma 

Cəmiyyətinin, 1994-cü ildən Nyu York 

Elmlər Akademiyasının üzvüdür. 

1961-ci  ildən  Azərbaycan  Elmlər 

Akademiyasının Elmi Tədqiqat Klini-

ki və Eksperimental Cərrahlıq İnstitu-

tunun  elmi  katibi,  az  sonra  elmi  işlər 

üzrə direktor müavini, 1963-cü ildə di-

rektor əvəzi və 1964-cü ildən 1994-cü 

ilədək institutun direktoru vəzifəsində 

işləmişdir. 

1994-cü ildə Xəzər Universitetində 

Cərrahiyyə  departamentinin  müdi-

ri,  1995-ci  ildə  universitetin  pro-

rektoru,  1996-cı  ildə  Azərbaycan 

Universitetində  “Şərq-Qərb”  elmi 

mərkəzinin  professoru,  1999-cu  ildən 

Ali  Diplomatiya  Kollecində  “Türko-

loji  araşdırmalar  mərkəzi”nin  rəhbəri 

olmuşdur. 

1996-cı  ildən  Azərbaycan  Tibb 

Universitetində  professor-konsultant 

kimi çalışmışdır. 

Əməkdar  elm  xadimi,  professor 

N.M.Rzayev 5 elmi ixtiranın, 300-dək 

elmi məqalənin müəllifi, 5 elmlər dok-

torunun və 31 elmlər namizədinin elmi 

rəhbəri olmuşdur.

Nurəddin Rzayev 2011-ci il oktyabr 

ayının 17-də vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin