Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə258/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   254   255   256   257   258   259   260   261   ...   507
1

Ə d ə b i y y a t

Allahverdiyev, E. Uşaqla-

rın Beynəlxalq Müdafiəsi 

Günündə... [Mətn] 

/E.Allahverdiyev //Ekran-

efir .-2013.- 31 may.- S. 4.

Qocayev, Ə. 1 iyun-

Uşaqları Beynəlxalq 

Müdafiə Günü [Mətn]      

//Qocayev Ə. Bayramlar 

və tarixi günlər.- Bakı: 

Altun Kitab, 2006.- S.110-

112.

Rüstəmov, İ. Uşaqlar 

gələcəyimizin əmanətidir 

[Mətn] /İ.Rüstəmov         

//Xalq qəzeti.- 2013.- 1 

iyun.- S.9.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.fenomen.az

www.milli.az


208

Tarixdə bu gün 

İYUN

15

15

Milli Qurtuluş Günü 

1993

1991-ci ilin oktyabrında Azərbaycan 

müstəqillik əldə etsə də, Ermənistanın 

işğalçılıq niyyəti güdən təcavüzü res-

publikada vəziyyəti gərginləşdirmişdi. 

1993-cü  il  iyunun  4-də  Gəncədə  pol-

kovnik Surət Hüseynovun nəzarəti al-

tında olan hərbi hissənin hakimiyyətə 

itaətsizliyi  ölkəni  tamamilə  xaosa 

sürükləmişdi.  Situasiyanı  nəzarətə  al-

maq  üçün  hakimiyyətin  atdığı  tələsik 

addımlar  vəziyyəti  düzəltməmiş, 

əksinə,  Gəncəyə  yola  düşən  dövlət 

nümayəndələri  girov  götürülmüşdü. 

Qiyamçı  hərbi  hissənin  rəhbərliyi, 

əvvəlcə  o  vaxtki  Baş  nazir  və  Milli 

Məclis  Sədrinin,  sonra  isə  Preziden-

tin  istefasını  tələb  etmişdi.  Vəziyyət 

nəzarətdən  çıxmış,  ətraf  rayonların 

icra başçıları zorla dəyişdirilmiş, Surət 

Hüseynovun  qiyamı  məhdud  Gəncə 

civarlarından çıxaraq, üzü Bakıya doğ-

ru geniş miqyas almışdı. Belə böhranlı 

və  ağır  vəziyyətdə  ölkə  vətəndaşları 

yeganə  çıxış  yolunu  yenə  də  müdrik 

rəhbərinin hakimiyyət sükanı arxasına 

keçməsində  görmüşdü.  Bu  taleyük-

lü  sınaq  anında  xalqın  çağırışına  səs 

verən, dövlətin gələcək taleyinə biganə 

qalmayan böyük strateq Heydər Əliyev 

Bakıya dönərək respublikada yaranmış 

hakimiyyət böhranının aradan qaldırıl-

ması  istiqamətində  əməli  fəaliyyətə 

başlamışdı.  Ümummilli  liderin  bir 

qrup  ziyalı  ilə  Gəncəyə  səfər  etməsi 

və heç bir riskdən çəkinməyərək silah-

lanmış qüvvələrlə danışıqlar aparması 

vətəndaş müharibəsi təhlükəsinin qar-

şısının alınmasında mühüm addım ol-

muşdu. Bundan bir neçə gün son

ra - iyun ayının 15-də isə ulu öndər 

parlamentdə səslənən təkidli xahişləri, 

ən əsası xalqın istəyini nəzərə alaraq o 

zamankı Azərbaycan Respublikası Ali 

Sovetinin Sədri vəzifəsinə seçilməsinə 

razılıq vermişdi. Bu tarixi hadisə res-

publika həyatında xaos və anarxiyadan 

qurtuluşa doğru yeni mərhələnin baş-

lanğıcına çevrilmişdi. Beləliklə də, 15 

iyun Azərbaycanın tarixinə Milli Qur-

tuluş Günü kimi daxil edilmişdir.

Ulu  öndərin  Ali  Sovetin  Sədri 

seçilməsi  Azərbaycanda  eyni  za-

manda  mütərəqqi  parlamentarizm 

ənənələrinin  formalaşmasını  təmin 

etmişdi.  Heydər  Əliyev  parlamentin 

cəmiyyətdəki nüfuzunun sağlamlaşdı-

rılması  tədbirlərinə  başlamış,  yüksək 

idarəçilik  keyfiyyətləri  sayəsində  ali 

qanunverici  orqanda  xoşagəlməz  si-

yasi  çəkişmələrin,  qeyri-etik  davra-

nışların  qarşısını  almışdı.  Müzakirə 

və  diskussiyaların  sivil,  demokratik 

meyarlar çərçivəsində aparılması üçün 

şəxsi  nümunə  göstərmiş,  parlament 

idarəçiliyinə  yeni  ruh  və  müasirlik 

gətirmişdi.  Milli  Məclisin  iclasla-

rı,  mətbuat  konfransları,  respublika 

əhəmiyyətli  müşavirələr  birbaşa  ya-

yımla  televiziya  ekranlarına  verilmiş-

di.

Sonralar  millət  vəkilləri  15  iyun 



tarixinin  təqvimə  Azərbaycanın  Qur-

tuluş  günü  kimi  salınması  təklifi  ilə 

çıxış  etmişlər  və  Milli  Məclis  bu 

təklifi bəyənmişdi. O vaxtdan Heydər 

Əliyevin yenidən hakimiyyətə qayıdışı 

Milli Qurtuluş günü kimi qeyd edilir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin