Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə260/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   256   257   258   259   260   261   262   263   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


209

Tarixdə bu gün 

Ümumdünya Qaçqınlar Günü 

2000

     İYUN

Hər  il  iyun  ayının  20-də  BMT 

Ümumdünya  Qaçqınlar  Gününü  qeyd 

etməklə  bütün  dünyanı  qaçqınların  və 

məcburi köçkünlərin vəziyyətinə diqqət 

ayırmağa çağırır. Ümumdünya Qaçqın-

lar Günü 2000-ci il 4 dekabr tarixində 

BMT  Baş  Assambleyası  tərəfindən 

yekdilliklə qəbul olunmuş qətnamə ilə 

müəyyən edilmişdir. 20 iyunda qaçqın-

ların və məcburi köçkünlərin cəsurluğu, 

mətanət və iradəsi qeyd olunmaqla on-

lara mənəvi dəstək verilir.

Bu  gün  BMT  QAK  6300  nəfər 

heyətlə  120  ölkədə  fəaliyyət  göstərir. 

Heyətin  80  faizdən  çoxu  dünyanın 

müxtəlif  yerlərindəki  sahə  ofislərində, 

tez-tez isə ailələrindən ayrı, çətin şərtlər 

altında çalışır.

BMT-nin açıqlamasına görə dünyada 

15.4 milyon qaçqının beşdə dördü ka-

sıb ölkələrin payına düşür. Qaçqınların 

ümumi sayının dördə birindən bir qədər 

çox isə 3 ölkəyə - Pakistan, İran və Su-

riyaya aiddir. Bu göstəriciyə Şimali Af-

rika və Yaxın Şərqdə baş verən son ix-

tişaşlardan qaçqın düşən insanlar daxil 

edilməmişdir. Onların sayı isə artmaqda 

davam  edir.  Dünya  qaçqınları  sırasın-

da Azərbaycanın  da  20  faiz  torpaqları 

erməni yaraqlıları tərəfindən işğal edi-

lib.  Bu  işğal  nəticəsində  1  milyondan 

artıq  azərbaycanlı  öz  yurd-yuvasından 

qaçqın düşüb.

Azərbaycanda  BMT  QAK-ın  20 

nəfərlik heyəti qaçqın və sığınacaq 

axtaran  şəxslərə  zəruri  maddi  yar-

dımın göstərilməsi və mümkün olduq-

ca  fəal  şəkildə  davamlı  həll  yollarını 

təmin  etməkdən  ibarətdir.  Azərbaycan 

hökumətinin 250 mindən çox qaçqının 

inteqrasiya  edilməsi  və  yarım  milyon-

dan  artıq  məcburi  köçkünün  yaşayış 

şəraitinin  yaxşılaşdırılması  BMT-nin 

Qaçqınlar üzrə Ali Komissarı və BMT  

Baş  Katibinin  məcburi  köçkünlərin 

hüquqları  üzrə  xüsusi  nümayəndəsi 

tərəfindən  təqdirəlayiq  hal  kimi 

qiymətləndirilmişdir.  Təşkilat  məcburi 

köçkünlərin hələ də üzləşdikləri huma-

nitar problemlərin aradan qaldırılmasın-

da və onların hüquqlarının, o cümlədən 

Dağlıq  Qarabağ  münaqişəsinin  sülh 

yolu  ilə  həlli  nəticəsində  öz  doğma 

yurdlarına  qayıtma  hüququnun  qorun-

ması  sahəsində  hökumətin  səylərinə 

fəal şəkildə qoşulmuş və dəstək vermiş-

dir.


20  iyunda  biz  dünya  qaçqınlarını 

yada  salır,  həyata  ruhlandırır,  onlara 

mənəvi  dəstək  göstəririk.  Bu  şərəf  və 

ləyaqətini  ən  çətin  şəraitdə  qorumaq 

üçün  mücadilə  edən  didərgin  və  yurd 

yuvasından  məhrum  olmuş  insanların 

həmrəyliyi günüdür.

Ümumdünya  Qaçqınlar  gününün 

qeyd  edilməsində  əsas  məqsəd  dünya 

ictimaiyyətinin  diqqətini  bu  insanların 

yaşadıqları ağır şəraitə cəlb etməkdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin