210
Tarixdə bu gün
Beynəlxalq Olimpiya Komitəsi
1894
İYUN
Beynəlxalq Olimpiya Komitəsi (İn-
gilis dili: International Olympic Com-
mittee) (İOC) 1894-cü il iyun ayının
23-də Pyer de Kubertenin təşəbbüsü
ilə qurulmuş olan və Olimpiya Oyun-
larını təşkil edən təşkilatdır. Təşkilatın
mənzil-qərargahı İsveçrənin Lozanna
şəhərindədir.
Beynəlxalq Olimpiya Komitəsinin
üzvləri milli olimpiya komitələri de-
yil, 115 nəfərdən çox olmayaraq fiziki
şəxslərdir. Onlardan 70-i hansısa vəzifə
və fəaliyyətlə bağlı olmamalıdır, 15-i
fəaliyətdə olan idmançı, 15-i beynəlxalq
idman federasiyalarının təmsilçiləri,
15-i milli olimpiya komitələri və ya as-
sosiasiyalarının nümayəndələri olmalı-
dır.
Milli olimpiya komitələri(MOK)
Beynəlxalq Olimpiya Komitəsinin ta-
nınması ilə fəaliyyət göstərirlər
. 2012-
ci ilin əvvəlinə olan məlumata görə 204
MOK vardır. Hər bir Milli olimpiya
komitəsi öz qitə olimpiya assosiasiya-
sına daxildir:
2012-ci il dekabr ayının 8-də Avropa
Olimpiya Komitəsi Baş Assambleya-
sının 2015-ci ildə I Avropa Oyunları-
nın Bakıda keçirilməsi haqqında qərar
qəbul etməsi böyük tarixi hadisədir.
Avropa tarixində ilk dəfə təşkil olu-
nan bu oyunların məhz Azərbaycana
həvalə edilməsi Beynəlxalq və Avropa
Olimpiya hərəkatı tərəfindən ölkəmizdə
görülən bütün işlərə, o cümlədən idman
və bədən tərbiyəsi sahəsində əldə edilən
nailiyyətlərə verilən yüksək qiymətdir.
İdmançılarımızın olimpiya oyun-
larında, dünya və Avropa çempionat-
larında inamlı qələbələri respublika-
mızda idmana olan qayğının bariz
nümunəsi kimi Olimpiya hərəkatında
yüksək dəyərləndirilərək ölkəmizin
idman şöhrətinin artmasına xidmət et-
mişdir. Eyni zamanda, Azərbaycanın
beynəlxalq aləmdə daim artan nüfu-
zu, iqtisadi qüdrəti, dinamik inkişa-
fı, genişmiqyaslı müasir infrastruktur
layihələri, mövcud ictimai-siyasi sa-
bitlik və həyata keçirilən islahatlara
ümumxalq dəstəyi bu tarixi qərarın
qəbul edilməsində öz mühüm rolunu
oynamışdır. Hal-hazırda Bakı dünya-
nın ən gözəl şəhərlərindən birinə çev-
rilmiş, bütövlükdə Azərbaycanda mü-
asir idman infrastrukturu yaradılmış
və həmin sahədə müvafiq proseslər
davam etdirilməkdədir. Bütün bunlar I
Avropa Oyunlarının yüksək səviyyədə
keçirilməsinə böyük imkanlar açır.
Dostları ilə paylaş: