Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə262/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   258   259   260   261   262   263   264   265   ...   507
23

Ə d ə b i y y a t

Beynəlxalq olimpiya 

komitəsi və beynəlxalq 

federasiyaların fəaliyyəti 

[Mətn]: metodik göstəriş 

/Azərbaycan SSR dövlət 

Bədən Tərbiyəsi və 

İdman Komitəsi. S.M. 

Kirov adına Azərbaycan 

Dövlət Bədən Tərbiyəsi 

İnstitutu; tərt. ed. A. 

Əliyev, R. Quliyev, C. 

Yaqubob, G. Bədirbəyli; 

r\yçi. S.Ə. Bağırova; 

red. Y. Səmədov.- Bakı 

,1989.- 54,[2] s.

Beynəlxalq Olimpiya 

Komitəsi  Beynəlxalq 

Olimpiya Günü və Milli 

Olimpiya Komitəsinin 

yaradılmasının 20 

illiyinə həsr olunmuş 

tədbir keçirilmişdir//

Azərbaycan .-2012.- 30 

iyun.- S. 11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

120  

illiyi


211

Tarixdə bu gün 

İYUN

26

26  iyun  tariximizin  əlamətdar  səhifələrindən 

biri - Azərbaycan Milli Ordusunun yarandığı gün-

dür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq 

Cümhuriyyəti  hökuməti  ilk  milli  diviziyanın  və 

Hərbi  Nazirliyin  yaradılması  barədə  qərar  qəbul 

etmişdir. 

Milli Ordunun yaranması Azərbaycan xalqının 

milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən 

önəmli mərhələlərindən biri idi. Məhz güclü, ni-

zami ordu 1918-ci il may aının 28-də elan edilmiş 

istiqlalın  bütün  ölkə  ərazisində  qələbə  çalmasını 

təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şa-

umyanın  başçılıq  etdiyi  Bakı  Xalq  Komissarla-

rı Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 

minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı sava-

şa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən 

Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daş-

naklar buna nail ola bilmədilər.

İyun ayının 26-da ilk hərbi korpusun (diviziya 

statusunda)  yaradılması  barədə  qərar  qəbul  edil-

miş, Azərbaycan  Milli  Ordusunun  təməli  qoyul-

muşdur.  General  Səmədağa  Mehmandarov  hərbi 

nazir, general Əliağa Şıxlinski hərbi nazirin müa-

vini, general Süleyman Sulkeviç isə baş qərargah 

rəisi təyin olunmuşdu. 

1919-cu il milli ordu quruculuğunda həlledici 

mərhələ  olmuşdu.  Ordunun  yaradılması  prosesi 

1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 

40 min nəfərlik nizami ordunun 30 mini piyada, 

10 mini isə süvari qoşun hissələrindən ibarət idi 

1920-ci  ilin  aprel  ayında  XI  Qızıl  Ordu 

Azərbaycan  sərhədlərinə  yaxınlaşmış  və 

A.Mikoyan  başda  olmaqla  Bakı  bolşevikləri 

rus  ordusunu  Bakıya  çağırmışdı.  Milli  Ordunun 

sərhəddəki  azsaylı  hissələri  ruslara  müqavimət 

göstərə bilməmişdi. Aprelin 27-də Bakı buxtasına 

yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını 

parlament binasına tuşlamış, Bakıda milli hökumət 

süqut etmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu 

ilə  Milli  Ordunun  mövcudluğuna  da  son  qoyul-

muşdu.  Bolşevik  hökuməti  isə  artıq  1920-ci  il 

mayın  7-də  Azərbaycanda  ordu  və  donanmanın 

yenidən  təşkil  edilməsi  barədə  dekret  vermişdi. 

Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i 

bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin 

böyük hissəsi repressiyaya məruz qalmışdı.

İlk  dəfə  Azərbaycan  Respublikası  Preziden-

tinin  1992-ci  il  18  sentyabr  tarixli  Fərmanı  ilə 

təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət 

müstəqilliyinin bərpasından sonra Azərbaycan or-

dusunun  yaradılması  barədə Azərbaycan Ali  So-

vetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, 

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü 

elan edilmişdir. 

Məhz  Heydər  Əliyev Azərbaycana  rəhbərliyə 

qayıdandan sonra ölkədə gerçək ordu quruculuğu-

na başlanmışdı.

Azərbaycan  Respublikası  Prezidentinin  22 

may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə 

Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun 

tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri 

günü  kimi  elan  edilmişdir.  Hər  il  bu  tarix  rəsmi 

dövlət bayramı kimi qeyd edilir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin