Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə254/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   250   251   252   253   254   255   256   257   ...   507
Ə d ə b i y y a t

Mahmudbəyov Həbib 

bəy [Mətn] //Azərbaycan 

Sovet Ensiklopediyası: on 

cilddə.- Bakı: ASE, 1982.- 

C.6.- S.396.

İ n t e r n e t d ə

www.adam.az 

www.anl.az

www.az.wikipedia.org

16

Maarif xadimi


204

Riyaziyyat.Fizika.Astronomiya

85 

illiyi

Çingiz Qacar

1929 

İYUN

Çingiz Oveys oğlu Qacar 1929-cu il 

iyun  ayının  6-da  anadan  olmuşdur.  O, 

1953-cü  ildə  Leninqrad  (indiki  Sankt-

Peterburq) Politexnik İnstitutunu texniki-

fizika  ixtisası  üzrə  bitirdikdən  sonra 

Azərbaycan  EA-nın  Fizika-Riyaziyyat 

İnstitutunda  əmək  fəaliyyətinə  başla-

mışdır. O, tanınmış alim, akademik Lətif 

İmanovun  rəhbərlik  etdiyi  Radiofizika 

laboratoriyasında  molekulyar  spektros-

kopiya  sahəsində  orijinal  elmi-tədqiqat 

işləri  aparmış,  mikrodalğalar  diapazo-

nunda  biratomlu  spirt  molekulları  və 

onların törəmələrinin fırlanma və rəqsi-

fırlanma  spektrlərinin  ilk  tədqiqatçısı 

olmuşdur.  Akademik  Ç.Qacar  elmi 

fəaliyyətini 1973-cü ildən Fotoelektroni-

ka İnstitutunda davam etdirmişdir. Bura-

da institutun əsas elmi istiqamətlərindən 

biri  olan  Tətbiqi  spektroskopiya 

şöbəsini  yaratmış,  onun  rəhbərliyi  al-

tında şöbənin kollektivi bir sıra maraqlı 

nəticələr əldə etmiş, nadir qeyri-standart 

elmi cihazların işlənib hazırlanması, qu-

raşdırılması  və  zavod  şəraitində  kiçik 

seriyada  istehsalı  ilə  məşğul  olmuşdur. 

Ç.Qacar  infraqırmızı  diapazonda  optik 

rabitə sahəsində də mühüm nailiyyətlər 

əldə  etmişdir.  Fizika  İnstitutunda  baş-

ladığı  mikrodalğalı  spektroskopiya 

sahəsində tədqiqatlarını Fotoelektronika 

İnstitutunda  uğurla  davam  etdirmişdir. 

1982-ci  ildə  cihazqayırma  sahəsində 

S.İ.Vavilov adına mükafata layiq görül-

müşdür.  2001-ci  ildə  Ç.Qacarın  aldığı 

elmi  nəticələrdən  yapon  mütəxəssisləri 

də istifadə etmişlər. Akademik Ç.Qacar 

AMEA Fizika İnstitutunda etil, izopro-

pil, butil, izobutil, tretikbutil spirtləri və 

onların  izotopomerlərinin  mikrodalğa-

lı  spektrlərinin  tədqiqi  ilə  məşğul  olur. 

Ç.Qacarın  işlərinin  əsas  fərqləndirici 

cəhəti  onların  yüksək  nəzəri  təməl 

üzərində  qurulması,  təcrübələrin  apa-

rılmasında  müasir  metodlardan,  komp-

yuter  texnikasından  istifadə  olunması-

dır.  Onun  rəhbərliyi  altında  yaradılmış 

yeni  fiziki  metodlar,  qurğu  və  cihazlar 

ölkəmizdə,  həmçinin  keçmiş  İttifaqda, 

Türkiyədə,  İran  İslam  Respublikasında 

tətbiq olunmuşdur.

Çingiz 

müəllim 


ölkəmizdə 

yüksəkixtisaslı elmi kadrların hazırlan-

masında  da  böyük  xidmətlər  göstərir. 

O,  nüfuzlu  spektroskopçular  məktəbi 

yaratmış,  yüksəkixtisaslı  fiziklər  yetiş-

dirmişdir. Onun çoxsaylı yetirmələrinin 

bir  çoxu  Avstraliya,  Rusiya,  Ameri-

ka,  Türkiyə,  ölkəmizin  nüfuzlu  ali 

məktəblərində və elmi-tədqiqat institut-

larında çalışır.

Alimin  yaradıcılıq dairəsi əhatəli və 

rəngarəngdir.  Onun  qələmindən  çıxmış 

“Qədim  və  orta  əsrlər  Azərbaycanın 

görkəmli  şəxsiyyətləri”  (rus,  ingilis, 

Azərbaycan  dillərində),  “Qacarlar”, 

“Köhnə  Bakı”,  “Köhnə  Şuşa”,  “Tiflis 

Vorontsova 53, 55” kimi əsərləri, dərslik 

və  lüğətləri  ictimaiyyət  tərəfindən  ma-

raqla  qarşılanmışdır.  O,  “Azərbaycan-

irs” jurnalının redaktorudur.

AMEA-nın  həqiqi  üzvü,  Əməkdar 

elm  xadimi,  “Şərəf  nişanı”  ordenli, 

fizika-riyaziyyat  elmləri  doktoru,  pro-

fessor,  AMEA  Fizika  İnstitutunun  di-

rektoru, elmi istiqamət rəhbəri və Mole-

kulyar spektroskopiya laboratoriyasının 

müdiridir.          


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin