215
Milli ədəbiyyat
105
illiyi
Əbdüləzəl Dəmirçizadə
1909-1979
İYUL
Əbdüləzəl Məmməd oğlu Dəmirçi-
zadə 1909-cu il iyul ayının 8-də Şəki
şəhərində anadan olmuşdur. O, ibtidai
və orta təhsilini Şəkidə almışdır. Şəki
Müəllimlər Seminariyasını bitirdikdən
sonra 1925-ci ilin sentyabr ayında 2
saylı şəhər məktəbində müəllim kimi
əmək fəaliyyətinə başlamışdır. Onun ilk
məqaləsi də həmin ildə “Yeni Məktəb”
məcmuəsində dərc edilmişdir.
O, 1929-cu ildə ADU-nun (indiki
BDU) pedaqoji fakültəsinə daxil ol-
muş, 1933-cü ildə APİ-nin Dillər kafed-
rasının aspirantı olmuş, həm də kafed-
rada müəllim işləmişdir. 1940-1943-cü
illərdə ADU-da, 1943-cü ildən ömrünün
sonuna qədər isə APİ-də Azərbaycan
dilçiliyi kafedralarına rəhbərlik etmiş-
dir. 1951-1960-cı illərdə Azərbaycan
SSR EA-nın Nizami adına Dil və
Ədəbiyyat İnstitutunda Azərbaycan
dili tarixi şöbəsinin müdiri olmuşdur.
Əbdüləzəl Dəmirçizadə 50-dən çox
elmlər namizədi və doktor hazırlamış-
dır. 1955-ci ildə Azərbaycan SSR EA-
nın müxbir üzvü seçilmişdir.
Ə.Dəmirçizadənin 1936-cı ildə ibti-
dai məktəbin III sinfi üçün “Türk dili”
adlı ilk kitabı, 1938-ci ildə “Azərbaycan
ədəbi dili tarixinin xülasələri” adlı ikinci
kitabı işıq üzü görmüşdür. 1940-cı ildə
ona filologiya elmləri namizədi alimlik
dərəcəsi verilmişdir. Ə.Dəmirçizadə
orta məktəblər üçün “Qrammatika”
(1938), kar-lallar üçün “Azərbaycan
dili” (1941) dərsliklərini hazırla-
mışdır ki, bunlar da uzun illər tədris
müəssisələrində istifadə olunmuşdur.
4 il sonra “Azərbaycan dilinin tarixi
(qədim dövr)” mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmiş, 1945-ci
ildə isə professor elmi adına layiq gö-
rülmüşdür.
Onun 20-dən çox kitabı, 200-dən
artıq elmi və elmi-metodik məqaləsi
çap olunmuşdur. Alimin “Azərbaycan
ədəbi dili tarixinin xülasələri” (1938),
“M.F.Axundov dil haqqında və Axun-
dovun dili” (1941), “Azərbaycan di-
linin tarixi” (1948), “Azərbaycan
ədəbi dilinin inkişaf yolları” (1959),
“Kitabi-Dədə Qorqud” dastanının
dili” (1959), “Azəri ədəbi dilinin tari-
xi” (1967), “Azərbaycan dilinin tarixi
qrammatikası”(1967),
“Azərbaycan
ədəbi dilinin tarixi (II hissə)” kitabları
yalnız Azərbaycan dilçiliyinin deyil, türk
aləminin xəzinəsini zənginləşdirmişdir.
“Dilin lüğət tərkibi haqqında...” (1952),
“Müasir Azərbaycan dilinin əsas
lüğət tərkibi və qrammatik quruluşu”
(1965), “Azərbaycan dilinin üslubiy-
yatı” (1962) adlı kitablarının müəyyən
bölmələrini Azərbaycan dilinin lüğət
tərkibinin tədqiqinə həsr etmişdir. Onun
“Müasir Azərbaycan dilinin fonetikası”
kitabı bu nailiyyətlərin önündə gedən,
dilçiliyimizin qızıl fonduna daxil olan
əsərlərdəndir. İlk variantını 1947-ci ildə
yazdığı bu əsəri eksperiment əsasında
genişləndirərək ayrıca kitab halın-
da çap etdirmiş və sonralar daha da
təkmilləşdirərək dərsliyə çevirmişdir.
Azərbaycan SSR Əməkdar elm xa-
dimi, Azərbaycan SSR Dövlət mü-
kafatı laureatı, görkəmli elm xadimi
Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə
vəfat etmişdir.
Paytaxt küçələrindən biri onun adını
daşıyır.
Dostları ilə paylaş: |