216
Milli ədəbiyyat
100
illiyi
Kövsər Tarverdiyeva
1914
İYUL
Ə d ə b i y y a t
Əsgər ağa Gorani [Mətn]
/G.Tarverdiyeva.- Bakı:
İşıq, 1977.- 38 s.
Xatirələrim [Mətn]
/K.Tarverdiyeva; red.
S.Mustafayeva.- Bakı:
ADPU, 2004.- 130 s.
Məslək dostları [Mətn]
/K.Tarverdiyev; red.
E.Fərəcov; rəssam.
V.Çernojukov.- Bakı:
Azərnəşr, 1992.- 80 s.
Kövsər Tarverdiye-
va [Mətn] // XX əsr
Azərbaycan yazıçıları:
ensiklopedik məlumat kita-
bı.- Bakı, 2004.- S.480.
Mirzəbəyli, İ. Bir mahnı
varıydı... indi yenə var.
95 yaşlı Kövsər xanım
İrəvanın ən qocaman
ziyalısıdır [Mətn] /İttifaq
Mirzəbəyli //Xalq qəzeti.-
2009.- 21 iyul.- S.8.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedikia.org
www.gender-az.org
14
Ədəbiyyatşünas
Kövsər Məmməd qızı Tarverdiyeva
1914-cü il iyul ayının 14-də İrəvanda,
bağban ailəsində anadan olmuşdur. Bu-
rada Haşım bəy məktəbində 9-cu sinfı
bitirmiş, 1931-ci ildə İrəvan Pedaqoji
Texnikumunun son kursuna daxil ol-
muşdur. Ailəlikcə Bakıya köçdükdən
sonra pedaqoji fəaliyyətə başlamış və
1932-ci ildən fəhlə-gənclər məktəbində
müəllimlik etmişdir. Kövsər xanım
1937-ci ildə Azərbaycan Pedaqoji İns-
titutunun dil-ədəbiyyat fakültəsini
bitirmiş, müəllim, baş müəllim, do-
sent vəzifələrində işləmişdir. XIX
əsr Azərbaycan ədəbiyyatı tarixi,
Azərbaycan uşaq ədəbiyyatı və ədəbi
əlaqələr mövzusunda mühazirələr oxu-
maqla yanaşı, elmi tədqiqatla ardıcıl
məşğul olmuşdur. 1937-1939-cu illərdə
həmin institutda ədəbiyyat fakültəsinin
dekanı işləmişdir. 1939-1942-ci illərdə
Azərbaycan SSR EA Nizami adına
Ədəbiyyat İnstitunun aspiranturası-
na daxil olmuş, 1942-1943-cu illərdə
Azərbaycan SSR Təhsil Nazirliyində
kadrlar idarəsinin rəisi, 1943-1948-ci
illərdə Azərbaycan SSR Müəllimləri
Təkmilləşdirmə İnstitutunda elmi-tədris
işləri üzrə prorektor vəzifələrində çalış-
mışdır. 1942-ci ildə filologiya elmləri
namizədi dissertasiyasını müdafiə et-
mişdir. 1949-cu ildə Azərbaycan Dövlət
Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsini bitirmişdir (cəmi il yarıma
qədər həkim işləyib). 1948-ci ildən
etibarən 55 il özünün ali təhsil aldı-
ğı Azərbaycan Pedaqoji İnstitutun-
da çalışıb. Azərbaycan, rus və erməni
dillərində oxuduğu mühazirələr həmişə
pedaqoji və elmi ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilib.
1952-1956-cı
illərdə
APİ-də
məktəbəqədər tərbiyə fakültəsinin de-
kanı seçilib. O, 60 ilə yaxın Azərbaycan
Dövlət
Pedaqoji
Universitetin
Azərbaycan dili və ədəbiyyatı kafedra-
sının dosenti işləmişdir.
Kövsər Tarverdiyeva “M.F.Axundov
və X.Abovyan” (1958), “Əsgər
Ağa Adıgözəlov Gorani” (1977),
“Azərbaycan mədəniyyəti erməni
mətbuatında” (1985), “Məslək dostla-
rı” (1993), “Xatirələrim” (2004) və s.
kitabların müəllifidir. “Hikmətli sözlər
aləmindən” (1984), “ Hikmətli kəlamlar
və qəribə əhvalatlar” (1999) kitablarını
tərtib etmişdir.
Kövsər Tarverdiyevanın xidmətləri
onun müəllimliyi, pedaqoji və ictimai
fəaliyyəti ilə bitmir. Yuxarıda qeyd et-
diyimiz kimi o, 8 kitabın və 100-dən
çox elmi, tarixi və salnamə xarakterli
kitabların müəllifidir. Onun kitabların-
da 1937-ci ildən başlayaraq həmin əsrin
sonuna qədər olan bütün ictimai-siyasi
proseslər barədə məlumat almaq müm-
kündür.
Onun fəaliyyəti həmişə yüksək
qiymətləndirilib. İki dəfə SSRİ Ali
Sovetinin Fəxri Fərmanına, eləcə də
“Əməkdar ali məktəb işçisi” fəxri adı-
na layiq görülüb. “Qafqazın müdafiəsi
uğrunda” və “Əmək fəaliyyətinə görə”
medalları ilə təltif olunub.