Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə269/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   265   266   267   268   269   270   271   272   ...   507
Ə d ə b i y y a t

Əliyev Rasim Həsən oğlu 

[Mətn] //Naxçıvan Ensik-

lopediyası /red. heyəti: 

C.Ə.Əliyev, A.A.Əlizadə, 

İ.Ə.Həbibbəyli və b.- Bakı: 

AMEA, 2002.- S.145-146.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

16

Memar


219

Musiqi.Opera.Balet

90 

illiyi

Mahmud Esambayev

1924-2000 

 

İYUL

Mahmud  Əlisoltanoviç  Esam-

bayev  1924-cü  il  iyul  ayının  15-də 

Qroznı  yaxınlığındakı  Köhnə  Atagi 

kəndində anadan olmuşdur. 

O, çeçen Sovet balet artisti, rəqqas, 

1974-cü ildən SSRİ Xalq artistidir. 

1939-1941-ci illərdə Qroznı Xore-

oqrafiya Məktəbində oxumuş, 1944-

1956-cı  illərdə  Qırğızıstan  Opera 

və  Balet  Teatrının  solisti  olmuşdur. 

1957-ci  ildən  estradada  çıxış  etmiş-

dir. Esambayevin repertuarına dünya 

xalqlarının rəqsləri daxil idi. “Çoban” 

(çeçen-inquş, özbək), “Ovçu və qar-

tal”  (monqol),  “Döyüşçü”  (başqırd), 

“Qızıl allah” (“Bharat natyam” hind 

klassik  rəqsi  üslubunda),  “Makum-

ba” (Braziliya mərasim rəqsi), “Ave 

Mariya”  rəqs  novellası    (F.Şubertin 

musiqisi əsasında), “Alov rəqsi” (M. 

de Falyanın musiqisi əsasında) Esam-

bayevin  məşhur  rəqslərindəndir. 

Virtuozluq,  yüksək  emosionallıq  və 

plastiklik, rəqsin üslub və xarakterini 

dəqiq, qabarıq vermək məharəti onun 

ifacılığı üçün xarakterikdir. İncəsənət 

aləmində onu “rəqs şairi” adlandırır-

lar. Məşhur rəqqas balet ustası olana 

qədər çətin bir həyat yolu keçmişdir. 

1962-ci  ildə  “Azərbaycanfilm”in 

istehsal etdiyi “Mən rəqs edəcəyəm” 

adlı  91  dəqiqəlik  tammetrajlı  bədii 

film  Mahmud  Esambayevin  həyat 

və  yaradıcılığına  həsr  olunmuşdur. 

Baş  rolunu  M.Esambayevin  özünün 

canlandırdığı filmin digər adı “Əmək 

və qızılgül”dür. Filmdə rəqqasın ya-

radıcılığından  söhbət  getməklə  ya-

naşı,  çeçen-inquş  xalqının  həyatı 

da  öz  əksini  tapmışdır.  Filmin  sse-

nari  müəllifi    İdris  Bazorkin,  Tofiq 

Tağızadə,  quruluşçu  rejissoru  Tofiq 

Tağızadə,  operatoru  Rasim  Ocaqov, 

rəssamı  Kamil  Nəcəfzadə,  bəstəkarı 

Rauf  Hacıyevdir.  Rollarda  Mahmud 

Esambayev  (Mahmud  Esembayev 

kimi) Mahmud, Vladimir Txapsayev 

-  Əlisultan,  Leyla  Abaşidze  -  Doğ-

mara,  Münəvvər  Kələntərli  -  Sonu, 

Hökümə  Qurbanova  -  Bikətu,  Adil 

İsgəndərov  -  Klub  müdiri,  İsmayıl 

Əfəndiyev - Həkim, Gündüz Abbasov 

- Müsit, Tələt Rəhmanov - İnzibatçı, 

İbrahim Əliyev - Mahmud (uşaq) və 

başqaları çəkilmişlər.

1959-cu  ildə  Esambaev  öz  proq-

ramı ilə Moskvada çıxış etmiş, sonra 

“Sovet baletinin ulduzları” qrupunun 

tərkibində  Fransada,  Cənubi Ameri-

kada qastrol səfərlərində olmuşdur. 

Beynəlxalq  estrada  incəsənəti 

xadimləri  ittifaqının  prezidenti, 

Beynəlxalq  rəqs  akademiyasının 

akademiki  idi.  Onun  fəal  dəstəyi 

nəticəsində  Qroznıda  dramatik  teatr 

və sirkin yeni binaları tikilmişdir. 

10-cu  çağırış  SSRİ Ali  Sovetinin 

deputatı olmuşdur.

Mahmud  Esambayev  2000-ci  il 

yanvar  ayının  7-də  76  yaşında  dün-

yasını  dəyişmiş,  Moskvada  Danilov 

müsəlman  qəbiristanlığında  dəfn 

edilmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin