Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə277/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   273   274   275   276   277   278   279   280   ...   507
22

Ə d ə b i y y a t

Fərrux, Z. Maliyyə, 

pul tədavülü, kredit 

[Mətn]: dərs vəsaiti /Dr. 

Z.Fərrux, V.Zeynalov.- 

Bakı: Azərnəşr, 2007.- 

400 s.

Gənciyev, G. Beynəlxalq 

iqtisadi münasibətlər 

[Mətn]: müasir vəziyyət 

inkişaf problemləri 

/G.Gənciyev.- Bakı: Elm, 

2005.- 258 s.

Məmmədli, O. İqtisadi 

nəzəriyyə [Mətn]: Ali 

məktəblər üçün dərs 

vəsaiti /O.Məmmədli, 

M.İsmayılov, 

F.İsmayılov.- Bakı: 

MBM, 2010.- 887 s.

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www. turkkon.org


226

Tarixdə bu gün

Milli Mətbuat və Jurnalistika Günü 

1875

İYUL

22  iyul - Azərbaycanda Milli Mətbuat 

və Jurnalistika Günü kimi qeyd olunur. 

Dövrün  görkəmli  ziyalısı  Həsən  bəy 

Zərdabinin 1875-ci il 22 iyul tarixində 

nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası 

qoyulmuş  Azərbaycan  milli  mətbuatı 

bütün dövrlərdə həqiqət carçısı olmuş, 

cəmiyyəti  düşündürən  problemləri, 

dövrün  mütərəqqi  ideyalarını  əks  et-

dirmiş,  xalqımızın  maariflənməsində, 

milli  və  bəşəri  dəyərlərin  təbliğində 

mühüm rol oynamışdır.

XX  əsrin  əvvəllərində  mətbuat  or-

qanları  Azərbaycanda  milli-azadlıq 

hərəkatının  əsas  istiqamətverici  qüv-

vəsini  təşkil  etmiş,  milli  oyanış,  mil-

li  özünüdərk  proseslərinin  aparıcı 

vasitələrindən  biri  olmuşlar.  Milli  si-

yasi  mətbuatın  təşəkkül  dövrü  adlan-

dırılan  1905-1907-ci  illərdə  KİV-lər 

Azərbaycan cəmiyyətinin siyasi və ide-

oloji fəallığının artırılmasında mühüm 

rol  oynamışlar.  “Şərqi-rus”,  “Həyat”, 

“Füyuzat”,  “Tazə  həyat”,  “Şəlalə”, 

“Açıq söz”, “Dirilik” və digər qəzetlər 

xalqın milli özünüdərk hissinin forma-

laşmasına çalışmışlar.

Azərbaycan  mətbuatı  Sovet  haki-

miyyəti  dövründə  kommunist  ideolo-

giyasının güclü təsiri altında fəaliyyət 

göstərsə  də  milli  varlığını  qoruyub 

saxlaya  bilmiş,  respublikanın  ictimai-

siyasi  həyatında  fəal  rol  oynamışdır.  

Ölkədə  qəzet  və  jurnalların  şəbəkəsi 

genişlənmiş,  jurnalistikanın  çeşidli 

növləri meydana çıxmışdır.

Azərbaycan Respublikası Preziden-

tinin  5  iyul  1991-ci  il  tarixli  Fərmanı 

ilə Azərbaycanın ilk milli qəzeti olan 

“Əkinçi” 

qəzetinin 

birinci 

nömrəsinin  çapdan  çıxdığı  gün  -  22 

iyul Azərbaycan mətbuatı və jurnalis-

tikası günü elan edilmişdir.

Müstəqilliyin  əldə  edilməsindən 

sonra Azərbaycanda KİV-lərin sayında 

önəmli  dərçədə  irəliləyiş  baş  vermiş-

dir. 


Hazırda  ölkədə  4500-dən  artıq 

kütləvi  informasiya  vasitəsi  qeydiy-

yata  alınmışdır.  Ölkədə  informasiya 

texnologiyalarının inkişafı Azərbaycan 

mətbuatını  qlobal  informasiya  şəbə-

kəsinin bir hissəsinə çevirmişdir. Artıq 

Azərbaycan  mətbuatı  həm  kəmiyyət, 

həm  də  keyfiyyət  baxımından  region 

ölkələrini qabaqlamışdır.

Bir  çox  demokratik  ölkələrdə  ol-

duğu kimi, Azərbaycanda da Mətbuat 

Şurası  yaradılmış  və  “Mətbuat  haq-

qında”  Qanun  qəbul  edilmişdir. 

Azərbaycan  Respublikasının  1995-ci 

ilin noyabrında ümumxalq səsverməsi 

ilə  qəbul  edilən  Konstitusiyasının 

50-ci  maddəsində  söz,  azad  məlumat 

toplamaq  azadlıqları,  öz  baxışlarının 

azad ifadə edilməsi və digər azadlıqlar 

möhkəmləndirilmişdir.

Ulu  öndər  Heydər  Əliyevin  1998-

ci  il  16  avqust  tarixli  “Azərbaycan 

Respublikasında  söz,  düşüncə  və  in-

formasiya  azadlığının  təmin  edilməsi 

tədbirləri haqqında” Fərmanı ilə ölkədə 

kütləvi informasiya vasitələri üzərində 

senzura ləğv edilmişdir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin