Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə276/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   272   273   274   275   276   277   278   279   ...   507
Ə d ə b i y y a t

Qacar, M. Metroda 

terror: Sənədli povest /

Mərkəz Qacar; Rəssam: 

Yavər Əsədov.-Bakı : 

Adiloğlu, 2004.-116 s

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Ə d ə b i y y a t

Sərdarov, M.Azərbaycan 

polisinin şanlı tarixi barədə 

/M.Sərdarov //Respublika 

.-2013.- 18 oktyabr.- S.12.

İ n t e r n e t d ə

www.library.aliyev-heritage.

org.az.

3

2


225

İYUL

Tarixdə bu gün

70 

illiyi

Beynəlxalq Valyuta Fondu

1944

Beynəlxalq  Valyuta  Fondu  –  val-

yuta  münasibətləri  sahəsində  qlobal 

əməkdaşlığı  stimullaşdırmaq,  maliyyə 

stabilliyini  təmin  etmək,  beynəlxalq 

ticarətə  köməklik  etmək,  yüksək 

məşğulluq səviyyəsini və davamlı iqti-

sadi artımı təmin etmək, və bütün dün-

yada yoxsulluğun azaldılması məqsədilə 

fəaliyyət  göstərən,  186  ölkədən  ibarət  

Beynəlxalq maliyyə təşkilatlarından bi-

ridir. 


Əsası 1944-cü ildə ABŞ-ın Hempşir 

ştatının Bretton-Vuds əyalətində BMT-

nin  valyuta  konfransında  qoyulub. 

Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 

1945-ci  ilin  dekabr  ayında,  ilk  29  üzv 

ölkənin  onun  Razılaşma  Maddələrini 

imzalanmasından  sonra  yaranmışdır. 

Fond 1 mart 1947-ci ildə fəaliyyətə baş-

ladı. Elə həmin il Fransa Beynəlxalq Val-

yuta Fondundan borc alan ilk ölkə oldu.

BVF-nun ali rəhbər orqanı İdarəedicilər 

Şurasıdır.  Bu  şurada  hər  bir  üzv  ölkə 

idarəedici  və  onun  müavini  qismində 

təmsil  olunur.  Bunlar  adətən  maliyyə 

naziri  və  mərkəzi  bankın  sədrindən 

təyin  olunur.  Beynəlxalq  Valyuta  Fon-

duna  üzvlük  1950-ci  illərin  sonlarında 

və 1960-cı illərdə genişlənməyə başladı, 

belə  ki,  Afrika  ölkələrinin  əksəriyyəti 

müstəqillik  qazanaraq  BVF-ya  üzv 

olmaq  üçün  müraciət  etdilər.  Lakin 

Soyuq  müharibə  Fondun  üzvlüyünü 

məhdudlaşdırdı.  Fondun  idarəedici  di-

rektorlarının sayı 24-dür. BFV-da ən çox 

səsə malik ölkələr aşağıdakılardır: ABŞ-

17.78%,  Almaniya-5.58%,  Yaponiya-

5.53%, Böyük Britaniya-4.48%, Fransa-

4.98%,  Səudiyyə  Ərəbistanı-3.45%, 

İtaliya-3.09%, Rusiya-2.9%. 

Bu fond əsasən iki məqsədə xidmət 

edir: tədiyyə balansındakı qeyri-tarazlığı 

aradan  qaldırmaq,  büdcə  xərclərinin 

kreditləşməsi  başda  olmaqla,  ölkənin 

makroiqtisadi  stabilliyinə  yönəldilən 

tədbirlərin həyata keçirilməsi.

Qeyd  edək  ki,  üzv  ölkələrin  cəlb 

etdikləri kreditin həcmi kvotanın 25%-

dən  çox  ola  bilməz.  Bundan  yuxarı 

həcmdə  kredit  verilməsi  isə  BVF-nun 

direktorunun razılığından asılıdır və bir 

qayda olaraq bu elə həmin ölkənin      ümu-

miqtisadi, eləcə də, maliyyə siyasətinin 

təhlili  əsasında  həyata  keçirilir.  Üzv 

ölkələrin  məqsədli  layihələri  həyata 

keçirmək üçün onların qarşısında bir sıra 

şərtlər  qoyulmuşdur.  Kredit  vəsaitləri 

yalnız  bu  şərtlərin  reallaşmasından 

sonra  həyata  keçirilir.  Üzv  ölkələrin 

qarşısında  duran  şərtlər  aşağıdakılar-

dır:  beynəlxalq  ticarət  fəaliyyətində 

valyuta  məhdudlaşdırılmalarına,  hissə-

hissə  üzən  valyuta  sisteminin  tətbiq 

edilməsinə, eləcə də möhtəkir xarakterli 

kapital hərəkətinə yol verməmək, dövri 

olaraq  ölkənin  maliyyə  və  iqtisadi  du-

rumu haqqında fonda məlumat vermək, 

məqsədli 

devalvasiya 

siyasətinə 

zəruriyyət  yarandıqda,  devalvasiya 

dərəcəsini fonda bildirmək və s.

Fonda  üzv  olan  ölkələr  üzərinə 

götürdükləri 

məsuliyyəti 

yerinə 

yetirmədikdə, bir sıra cəza tədbirlərinə 

məruz  qalırlar.  Belə  ki,  bu  maliyyə 

qurumu  həmin  ölkələrə  kredit  verili-

şini  dayandıra,  hətta  onları  üzvlükdən 

uzaqlaşdıra  bilər.  Ümumiyyətlə,  tətbiq 

edilən  cəzaların  ağırlığı  öhdəliklərdən 

yayınmanın səviyyəsindən asılıdır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin