223
2
Kimya.Biologiya.Tibb
105
illiyi
Rüstəm İsmayılov
1909-1972
İYUL
Rüstəm Hacı Əli oğlu İsmayı-
lov 1909-cu il iyul ayının 1-də Bakı
şəhərində anadan olmuşdur.
1967-1970-ci illərdə Azərbaycan
SSR EA-nın Prezidenti seçilmişdir.
Rüstəm İsmayılovun əsas elmi işləri
neft kimyasına və neft emalı texnologi-
yasına aiddir. Respublikanın neftayırma
sənayesində termik krekinq texnologiya-
sının əsaslı surətdə təkmilləşdirilməsində
İsmayılovun
xidməti
böyükdür.
R.H.İsmayılov respublika neft-kimyəvi
sintez proseslərinin, o cümlədən Sum-
qayıt sənaye rayonunda böyük kimya-
nın inkişafının təşəbbüsçülərindəndir.
Onun rəhbərliyi altında Bakı termiki
krekinq qurğularının rekonstruksiyası,
aşağı oktan ədədli benzin-liqroin fraksi-
yalarının katalitik aromatikləşdirilməsi
üzrə tədqiqatlar, neft xammalının piro-
lizi texnologiyasının təkmilləşməsi üzrə
mühüm işlər aparılmışdır. Respublika-
nın neft-kimya sahəsinin inkişafı üçün
karbohidrogen xammalı bazasının yara-
dılması onun adı ilə bağlıdır.
Alim 120 elmi əsərin, o cümlədən 7
monoqrafiyanın müəllifidir. O, bir sıra
orden və medallarla təltif olunmuşdur.
1961-ci ildə texnika elmləri doktoru,
1962-ci ildə EA-nın akademiki olmuş-
dur. 1964-cü ildə “Azərbaycan SSR
Əməkdar elm xadimi” fəxri adına layiq
görülmüşdür.
Akademik Sosialist Əməyi Qəhrə-
manı (1948), Beş Lenin ordeni, Şərəf
Nişanı ordeni, müxtəlif medallarla təltif
edilmişdir, Stalin mükafatı laureatı idi
(1948).
Rüstəm İsmayılov 1972-ci il iyun
ayının 1-də Bakı şəhərində vəfat etmiş-
dir.
Dostları ilə paylaş: