230
İYUL
Tarixdə bu gün
Ramazan bayramı
İslam dininin müqəddəs bayramları arasında
Ramazan bayramı mühüm yer tutur. Bu bayramın
tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən
(miladi 622-623-cü il) başlanmışdır.
İslamda ilin ayları arasında Ramazan ayı ən
şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on
bir ayın sultanı” da adlandırırlar. Ramazan ayı in-
sanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara
öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq im-
kanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa
yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc rama-
zan ayında tutulduğu üçün ona “Ramazan orucu”
da deyirlər.
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək,
siqaret çəkmək, və s. olmaz. Oruc tutmaqdan yal-
nız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vu-
ruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Oruc-
luq Ramazan ayında təzə ay çıxandan başlanır və
29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:
“Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə
qədər yeyib için; sonra gecəyə qədər orucunuzu
tamamlayın.” (“Bəqərə” surəsi, 187)
Məhəmməd peyğəmbər (s.ə.s.) buyurmuşdur
ki, Ramazan ayı gələndə cənnətin qapıları açı-
lar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da
zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna
görə oruc tutmayanlar sonra münasib bir vaxtda
onun əvəzinə oruc (qəzasını) tutmalı və ya fidyə
verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaq-
la yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər.
Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu
yedirtməkdir. 60 günlük kəffarə orucuna bir gün-
lük qəza orucu da əlavə olunur.
Məhz Ramazan ayının axırıncı on gecələrinin
birində Quran hədiyyə edilmişdir. Deyilənə görə
bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-
nə keçən gecə baş vermişdir. Bu gecə “leylət al-
Qadr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda
bu gecə haqqında belə yazılır: “Qədr gecəsi min
aydan daha xeyirlidir! O gecə mələklər və ruh
Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.
O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”
(“Qədr” surəsi, 3-5)
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır.
Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik
edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruh-
larına dualar oxuyurlar. Bayram günü hər kəs öz
himayəsində olanlar üçün təqribən 3 kq buğda, ya-
xud xurma və ya kişmiş miqdarında kasıblar üçün
fitrə zəkatı verməlidir.
Sovet hakimiyyəti dövründə İslamın başqa
ayinləri və ibadətləri kimi, orucluq da qadağan
edilmişdi. Lakin imanlı adamlar gizlicə də olsa, öz
borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə
və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq
üçün orucluqdan imtina etməyə məcbur olmuş-
dular. Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra insanların vicdan azadlığı bərpa
olunmuş, İslam dininə, onun ibadət və ayinlərinə
olan münasibət də dəyişmişdi. Ramazan (Orucluq)
bayramı Azərbaycanda Milli Məclisin qəbul etdi-
yi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Res-
publikasının bayramları haqqında” Qanuna əsasən
1993-cü ildən dövlət səviyyəsində qeyd olunmağa
başlamışdır.
Dostları ilə paylaş: