Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə282/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   278   279   280   281   282   283   284   285   ...   507
Ə d ə b i y y a t

Aşırlı, A. Nargin adasın-

da türk əsirləri [Mətn] 

/A.Aşırlı.- Bakı: Elm və 

təhsil, 2011.- 110 s.

Hacıyeva, A.Beynəlxalq 

münasibətlər tarixi [Mətn]: 

dərs vəsaiti /A.Hacıyeva.- 

Bakı, 2001.- 558 s.

Qəhrəmanov, N. I Dünya 

müharibəsində Qafqaz 

cəbhəsində erməni amili 

[Mətn] /N.N.Qəhrəmanov; 

elmi red. İ. Bağırova; Azərb. 

Resp. Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: E.L., 2008.- 

293, [3] s. 

Rəsulzadə, M.Ə. 1917 

- aprel 1918 [Mətn] 

/M.Ə.Rəsulzadə.- Bakı: [Qa-

nun], 2013.- C.IV.- 456 s.

Великая забытая война 

[Текст] /[отв. ред. 

Г.Пернавский].- Москва: 

Эксмо: Яуза, 2009.- 588 c.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.milli.az

28

100 

illiyi


230

İYUL

Tarixdə bu gün

Ramazan bayramı

İslam  dininin  müqəddəs  bayramları  arasında 

Ramazan bayramı mühüm yer tutur. Bu bayramın 

tarixi  müsəlman  təqvimi  ilə  hicrinin  2-ci  ilindən 

(miladi 622-623-cü il) başlanmışdır.

İslamda  ilin  ayları  arasında  Ramazan  ayı  ən 

şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on 

bir ayın sultanı” da adlandırırlar. Ramazan ayı in-

sanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara 

öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq im-

kanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa 

yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc rama-

zan ayında tutulduğu üçün ona “Ramazan orucu” 

da deyirlər.

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, 

siqaret çəkmək, və s. olmaz. Oruc tutmaqdan yal-

nız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vu-

ruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Oruc-

luq Ramazan ayında təzə ay çıxandan başlanır və 

29-30  gün  davam  edir.  Qurani-Kərimdə  yazılır: 

“Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə 

qədər  yeyib  için;  sonra  gecəyə  qədər  orucunuzu 

tamamlayın.” (“Bəqərə” surəsi, 187)

Məhəmməd  peyğəmbər  (s.ə.s.)  buyurmuşdur 

ki,  Ramazan  ayı  gələndə  cənnətin  qapıları  açı-

lar,  cəhənnəmin  qapıları  bağlanar,  şeytanlar  da 

zəncirdə  olar.  Döyüşdə  və  ya  əsirlikdə  olduğuna 

görə  oruc  tutmayanlar  sonra  münasib  bir  vaxtda 

onun əvəzinə oruc (qəzasını) tutmalı və ya fidyə 

verməlidirlər.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaq-

la yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. 

Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu 

yedirtməkdir. 60 günlük kəffarə orucuna bir gün-

lük qəza orucu da əlavə olunur.

Məhz  Ramazan  ayının  axırıncı  on  gecələrinin 

birində  Quran  hədiyyə  edilmişdir.  Deyilənə  görə 

bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-

nə keçən gecə baş vermişdir. Bu gecə “leylət al-

Qadr”  -  qüdrətli,  əzəmətli  gecə  adlanır.  Quranda 

bu gecə haqqında belə yazılır: “Qədr gecəsi min 

aydan  daha  xeyirlidir!  O  gecə  mələklər  və  ruh 

Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. 

O  gecə  dan  yeri  sökülənə  kimi  salamatlıqdır!” 

(“Qədr” surəsi, 3-5)

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. 

Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik 

edir,  vəfat  edənlərin  qəbirlərini  ziyarət  edir,  ruh-

larına dualar oxuyurlar. Bayram günü hər kəs öz 

himayəsində olanlar üçün təqribən 3 kq buğda, ya-

xud xurma və ya kişmiş miqdarında kasıblar üçün 

fitrə zəkatı verməlidir. 

Sovet  hakimiyyəti  dövründə  İslamın  başqa 

ayinləri  və  ibadətləri  kimi,  orucluq  da  qadağan 

edilmişdi. Lakin imanlı adamlar gizlicə də olsa, öz 

borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə 

və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq 

üçün  orucluqdan  imtina  etməyə  məcbur  olmuş-

dular. Azərbaycan öz dövlət müstəqilliyini bərpa 

etdikdən  sonra  insanların  vicdan  azadlığı  bərpa 

olunmuş, İslam dininə, onun ibadət və ayinlərinə 

olan münasibət də dəyişmişdi. Ramazan (Orucluq) 

bayramı Azərbaycanda Milli Məclisin qəbul etdi-

yi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Res-

publikasının bayramları haqqında” Qanuna əsasən 

1993-cü ildən dövlət səviyyəsində qeyd olunmağa 

başlamışdır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin