229
10
Tarixdə bu gün
Birinici Dünya müharibəsi
1914-1918
İYUL
I Dünya müharibəsi bəşəriyyət
tarixində II Dünya müharibəsinə
qədərki ən böyük müharibədir. Bu
müharibəyə iki alyansda birləşən, dün-
yanın ən böyük güc mərkəzləri qoşul-
muşdu: “Antanta”da - İngiltərə, Fransa
və Rusiya, “Üçlər ittifaqı”nda isə - Al-
maniya, Avstriya-Macarıstan və İta-
liya (1915-ci ildə Antantanın tərəfinə
keçir). Lakin Avstriya-Macarıstan sa-
ziş əleyhinə yolverilməz hərəkətlər
etdi, İtaliya da müharibə başlananda
Almaniya və Avstriya-Macarıstana
qoşulmaqdan imtina etdi. Nəticədə,
70 milyondan artıq hərbçi (onların 60
milyonu avropalı idi) dünyanın ən bö-
yük müharibələrindən birinə səfərbər
edildi.
Tarixi mənbələrin məlumatına görə,
müharibənin başlanması üçün bəhanə
– 28 iyun 1914-cü ildə Avstriya-
Macarıstan İmperiyasının taxt-tacının
vəliəhdi Frans Ferdinandın, serbiyalı
bir terrorçu Qavrilo Prinsip tərəfindən
Sarayevoda qətlə yetirilməsi oldu. Elə
həmin gün Avstriya-Macarıstan Serbi-
yaya müharibə elan etdi. Ümumlikdə
isə, müharibənin başlamasının iki
məqsədi var idi:
1) Kapitalizmin inkişafı ilə əlaqədar
iri dövlətlər və hərbi-siyasi bloklar ara-
sında ziddiyətlərin kəskinləşməsi;
2) Dünyanı yenidən bölüşdürmək
uğrunda mübarizə.
Ümumiyyətlə, 38 dövlətin qoşuldu-
ğu dünya müharibəsi hər iki tərəfdən
ədalətsiz, işğalçılıq müharibəsi idi.
Beləliklə, 1918-ci ilin oktyabrın-
da müharibə İttifaq dövlətlərinin
məğlubiyyəti ilə başa çatdı. İştirak
edən ölkələrdən 12 milyon insan
həyatını itirdi, 55 milyon insan isə ya-
ralandı.Bundan əlavə, çox sayda insan
aclıq və xəstəlikdən dünyasını dəyişdi.
Müharibənin nəticəsi olaraq, 4 im-
periya: Rusiya, Avstriya-Macarıstan,
Almaniya və Osmanlı imperiyalarının
varlığına son qoyuldu. Milli dövlətlər
meydana gəldi. Müharibədən əvvəl
Avropa xəritəsində 3 respublika var
idisə, indi onların sayı 13-ə çatdı. Keç-
miş Rusiya imperiyasının ərazisində
bir sıra müstəqil milli dövlətlər mey-
dana gəldi, o cümlədən müstəqil
Azərbaycan Cümhuriyyəti yaradıldı.
200 nəfər azərbaycanlı zabiti I Dün-
ya müharibəsi cəbhələrində vuruşan
rus ordusunda xidmət etmişdi.
Saysız-hesabsız kəndlər və şəhərlər
yer üzündən silinmişdi. 1772-1913-
cü illərdəki müharibələrin hamısı-
nın birlikdə vurduğu ziyan 6 mil-
yard dollar (1913-cü ilin qızıl dollar
hesabı ilə) təşkil etmişdisə, Birinci
Dünya müharibəsi 80 milyard dollar
məbləğində ziyan vurmuşdu. Bu soy-
ğunçuluq müharibəsinin müsibətləri
və onun nəticələrinin bütün ağırlığı
zəhmətkeş kütlənin üzərinə düşmüş-
dü.
Dostları ilə paylaş: