Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə289/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   285   286   287   288   289   290   291   292   ...   507
Ə d ə b i y y a t

İnsan yaşayır [Mətn]: 

hekayələr /Ş.Fərzəliyev; 

[red. S. Süleymanov].- 

Bakı: Azərnəşr, 1964.-     

112 s.

Sizi unutmaram [Mətn]: 

hekayələr /Ş.Fərzəliyev; 

[red. İ.Tapdıq].- Bakı: 

Uşaqgəncnəşr, 1961.- 51 s.

Nəzərli, O. Mənim babam 

redaktor idi [Mətn] 

/O.Nəzərli //525-ci qəzet.- 

2009.- 17 fevral.- S.7.

Mehdixanlı, T. Unudulmaz-

lar [Mətn] /T.Mehdixanlı  

//Təzadlar.- 2009.- 13-18 

iyun.- S.14.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.science.az

14

Ədəbiyyatşünas


236

Dünya ədəbiyyatı

265 

illiyi

Hötе İоhann Vоlfqanq

1749-1832

AVQUST

İohann  Volfqanq  Höte  1749-cu 

il    avqust  ayının  28-də  qədim  alman 

ticarət şəhəri olan Frankfurt-Maynda, 

varlı  burger  ailəsində  dünyaya  gəlib. 

Atası  imperiya  məsləhətçisi,  keçmiş 

vəkil,  anası  şəhər  zadəganının  qızı 

olub.  Höte  evdə  yaxşı  təhsil  almışdı. 

1765-ci  ildə  Leypsiq  Universitetində 

təhsilini  davam  etdirmiş,  1770-ci 

ildə  Strasburqda  dissertasiya  müdafiə 

edərək  hüquq  elmləri  doktoru  elmi 

dərəcəsi almışdı.

İohann  Volfqanq  Hötenin  klassik 

üslubda  yazdığı  əsərlərə  “  İfigeniyqa 

Tavridada”  (1887),  “Torkvato  Tasso” 

(1790),  “German  və  Doroteya”  və  s. 

misal göstərmək olar.

Yaratdığı  iki  hissədən  ibarət 

ölməz  “Faust”  dram-poeması  dünya 

ədəbiyyatının ən gözəl nümunələrindən 

biri  sayılır.  O,  bu  əsər  üzərində, 

demək olar ki, bütün yaradıcılığı boyu 

işləmişdir.  Əsəri  1772-ci  ildə,  23  ya-

şında yazmağa başlamış, 1831-ci ildə, 

82 yaşında bitirmişdir. Bu əsər alman 

həyatının ensiklopediyası kimi yüksək 

qiymətləndirilir.

Hötenin  digər  məşhur  əsərlərinə 

çoxsaylı  şeir-poemaları  -  “Vilhelm 

Meysterin  təhsil  illəri”,  “Gənc Verte-

rin  iztirabları”  adlı  məktub-romanı,  

“Seçmə oxşarlıq” adlı qismən avtobi-

oqrafik  romanlarını  misal  göstərmək 

olar.

Höte alman ədəbiyyatının və XVII 



əsrin  sonu  -  XIX  əsrin  əvvəllərində 

Almaniyada  Veymar  klassisizmi 

hərəkatının ən önəmli simalarından biri 

idi. Veymar hərəkatı o dövr Avropa və 

Almaniyada  İntibah,  Sentimentallıq, 

“Tufan və Həmlə” (Sturm und Drang) 

və romantizm ədəbi-fəlsəfi cərəyanları 

ilə eyni dövrdə baş vermişdir.

Təbiətşünaslıq  sahəsində  də  Höte-

nin  mühüm  xidmətləri  olmuşdur.  O, 

1770-ci  ildə  “Bitki  metamorfozuna 

dair  təcrübə”  əsərində  bitki  aləminin 

geniş  təhlilini  verə  bilmişdir.  Höte-

nin  bitki  və  heyvan  orqanizmlərinin 

birliyinə dair baxışları onu Ç.Darvinin 

sələflərindən biri hesab etməyə imkan 

verir.

Höte  yaradıcılığı  sonralar  ümumi-



likdə Avropa musiqisi, dramaturgiyası, 

poeziya və fəlsəfəsinin əsas ilhamveri-

ci qüvvəsinə çevrilir. O, Şərq mövzu-

sundakı əsərlərində qəzəl formasından 

istifadə etmişdir.

Alman şair-dramaturqu, mütəfəkkir 

və  naturalisti  İohann  Volfqanq  Höte 

1832-ci il mart ayının 22-də Frankfurt-

Maynda vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin