239
AVQUST
1
Musiqi.Opera.Balet
65
illiyi
Qəndab Quliyeva
1949
AVQUST
Qəndab Həbib qızı Quliyeva 1949-
cu il avqust ayının 10-unda Füzuli ra-
yonunun Dilağarda kəndində anadan
olmuşdur.
1976-1980-ci illərdə A.Zeynallı
adına Bakı Musiqi Məktəbini bitir-
miş, 1991-1996-cı illərdə Azərbaycan
Dövlət
Musiqi
və
İncəsənət
Universitetində təhsilini davam etdir-
mişdir. İlk muğam müəllimi Nəriman
Əliyev olmuş, eyni zamanda Vahid
Abdullayevin muğam sinifində dərs
almışdır.
1982-ci ildən Azərbaycan Opera və
Balet Teatrının solistidir. Müğənni bu
teatrın səhnəsində Leyli, Əsli (Üzeyir
Hacıbəyov “Leyli-Məcnun”, “Əsli və
Kərəm”), Ərəbzəngi (Müslüm Ma-
qomayev “Şah İsmayıl”), Şahsənəm
(Z.Hacıbəyov “Aşıq Qərib”), Gül-
bahar (Ş.Axundova “Gəlin qayası”),
Xanəndə qız (R.Mustafayev “Vaqif”)
rollarını yaratmışdır.
Qəndab xanım 10 il səhnədə Leyli
rolunu müvəffəqiyyətlə oynamışdır.
Xanəndənin repertuarına muğam
dəsgahları və təsniflər daxildir. Onun
ifasında muğamlardan “Xaric Sey-
gah”, “Şahnaz”, “Çahargah”, “Qarabağ
şikəstəsi”, “Heyratı”, “Mahur-Hindi”,
“Bayatı-Şiraz”, “Şur”, xalq mahnıları
(“Apardı sellər Saranı”, “Qaçaq Nəbi”,
“Gül açdı”, “Bağçada güllər”, “Əlində
sazın qurbanı”, “Qara xal yar”) və
Azərbaycan bəstəkarlarının mahnıları
geniş yer tutur. Qəndab Quliyeva bir
çox xarici ölkələrdə - Almaniya, Kana-
da, Yaponiya, Fransa, İsveç, Türkiyə,
İran, İraq, Finlandiya, Avstraliya,
Əfqanıstan, Tunis, Əlcəzairdə qastrol
səfərlərində olmuş, Azərbaycan mu-
ğam sənətini inkişaf etdirmişdir. Mu-
ğamlarının səsyazıları AzTR Fondun-
da saxlanılır.
Xanəndənin ifasında “Çahargah”
muğamının səsyazısı isə Fransada
“Muğam antologiyası” CD diskinə
daxil edilmişdir. Qəndab Quliye-
va pedoqoji fəaliyyətlə də məşğul
olur. Hazırda Azərbaycan Dövlət və
Mədəniyyət Universitetində muğa-
matdan dərs deyir. “Qəzəlxan” (film,
1991), “Bu səs Qədirin səsidir” (film,
2007) filmlərində çəkilmişdir.
1992-ci ildən Azərbaycan Respub-
likasının Xalq artistidir.
Dostları ilə paylaş: