Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 396 Kb.
səhifə1/6
tarix25.12.2016
ölçüsü396 Kb.
#3079
  1   2   3   4   5   6

Bəxtiyar Tuncay
«Çənlibel» təşkilatının yaranması və Azərbaycanda milli mücadilənin açıq forma alması

Azərbaycan Milli Azadlıq hərəkatının beşiyində duran «Çənlibel» təşkilatının yaranması ilə ölkəmizdə rus imperializminə qarşı zaman-zaman gizli və ya aşıq şəkildə davam emiş mübarizə açıq və davamlı şəkil almış oldu. Təşkilatın yaranması tarixçəsini Məhəmməd Hatəmi Tantəkin qısa şəkildə belə anladır:

«Bəxtiyar Tuncayla Tofiq Rəsulov "Qızıl Qoç" adlı dərnək yaratmaq fikrinə düşüblərmiş. Mirzağa Əliyev adına İncəsənət İnstitutunun tələbəsi Ənvər Yusifoğlu onları yanıma gətirdi ki, dərnəyi birlikdə yaradaq. Razılaşdım. Ancaq "Qızıl Qoç" adı xoşuma gəlmədi. Ad haqqında bir neçə gün düşünüb daşındım.

Qərara gəldim ki, "Koroğlu" qoyum. Mifoloq dostum Məmməd Elli dedi: "Çənlibel olsa yaxşıdır". O, dərnəyə ürəyimdən olan uğurlu, mənalı ad tapmışdı. Sevindim və oradaca razılaşdım. Dərnəyin adını fəaliyyətimizin gedişində əvvəlcə "Çənlibel xalq sənəti və folklor həvəskarları birliyi" şəklində formalaşdırdıq, sonra onu "Çənlibel Elmi - Ədəbi Birliyi" adlandırdıq. Amma hər yerdə ona "Çənlibel Təşkilatı" deyilirdi. Bu ad DTK əməkdaşlarını əsəbləşdirəcəkdir. Deyəcəklər: "Koroğlu Çənlibeldə öz dəlilərilə vətənimizin azadlığı uğrunda mübarizə aparmışdır. Vətənimiz indi azaddır. Bu nə addır qoymusunuz, nə demək istəyirsiniz?" Nə demək istədiyim adda öz ifadəsini tapmışdı» (4, s. 22).

Mərhum Məhəmməd bəyin yığcam şəkildə verdiyi bu məlumat ümumi təsəvvür yaratsa da, sevimli oxucularda bu barədə təsəvvürü bir qədər də genişləndirmək üçün deyilənlərə vaxtilə «Yeni Müsavat» qəzetinə vermiş olduğum bir müsahibəmdə dilə gətirdiyim şəxsi xatirələrimi də cüzi korrektə ilə əlavə etməyi lazım bilirəm:

«Azərbaycan Sovetlər Birliyinə daxil olan gündən ta Milli Azadlıq hərəkatı başlayan günə qədər sovet quruluşuna etirazlar olub. Sadəcə proses daha çox gizli şəkildə davam edib. Üzə çıxan etirazları kommunist rejimi ən sərt tədbirlərlə cəzalandırıb. 80-ci illərin sonlarında yaranan milli-azadlıq hərəkatı gözlə görünən şəkil almazdan öncə gizli təşkilatlar formasında var idi. Gizli təşkilatların sayları az deyildi….

Milli Azadlıq hərəkatının ilk leqal təşkilatı “Çənlibel” olub. Bu qurumun yaradılması ilə bağlı da müxtəlif iddialar var. Proses mənim gözlərimin qarşısında baş verib. O zaman bir qrup milli görüşlü insan bulvarda “Nu poqodi” adlı çayxanada toplaşırdı. Məhəmməd Hatəmi, Sabir Yanardağ, Şamil Saleh, Əbülfəz Əliyev (o zaman hələ ona Elçibəy demirdilər), Vurğun Əyyubov, Ənvər Börüsoy, rəssam Tofiq Rəsulov, Fuad Ağayev, Məmməd Elli, İsfəndiyar Coşğun davamlı olaraq o çayxanada toplaşırdılar, əsasən Azərbaycanın tarixi, Rusiyaya necə birləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyəti ilə bağlı elmi diskussiyalar apardılar. O dönəmdə bu haqda danışmaq həm yasaq, həm də təhlükəli idi…

Mən o cameədə özümə ən yaxın Fuad Ağayevlə Tofiq Rəsulovu bilirdim. Artıq Qorbaçovun “aşkarlıq və yenidənqurma”sı başlamışdı və hüquq-mühafizə orqanları yeni şəraitdə necə davranacaqlarını bilmirdilər. İstər-istəməz azad söz üçün müəyyən mühit yaranmışdı. Repressiyaları görməyən gənc nəsil ümumiyyətlə heç nədən qorxmurdu.

Mən İncəsənət İnstitunu bitirmişdim. Keçdiyim dərslər arasında klub işi də var idi. Sovet qanunları klubların tərkibində dərnəklər yaradılmasına imkan verirdi. Fuad Ağayev və Tofiq Rəsulovla müzakirələr zamanı klublardan birinin tərkibində dərnək yaratmaq qərarına gəldik. Artıq bəlli idi ki, yalnız çayxanalarda toplaşmaqla məqsədimizə çata bilmərik. Qərar gəldik ki, dərnəyin adını şərti olaraq “Qızıl qoç” qoyaq. Onda gənclərin ən çox etibar, etimad etdiyi şəxs Məhəmməd Hatəmi idi. Hatəmi cəsarətinə görə bizim simpatiyamızı qazanməşdı. İdeyamızı Hatəmiyə bildirəndə o, bir az şübhə ilə yanaşdı və bizə dedi ki, cavansız, aşkarlığa, yenidənqurmaya inanmısız, ancaq bunlar boş şeylərdir. Amma siz bu dərnəyi yarada bilsəz, buna sevinərəm və dəstək verərəm. Razılıq alınmışdı və biz artıq institut yoldaşlarımdan klub müdüri və ya bədii rəhbər olan bir nəfəri tapmalıydıq. Soraqlaşdım, “Azərnəşr”in 3-cü mərtəbəsində yerləşən klubda bədii rəhbər işləyən İsabala adlı tələbə yoldaşımı tapdım. Getdik onun yanına. Onda klublar belə təşəbbüslərə sevinirdilər, çünki hesabat vermək üçün normal işləri olmurdu. Razılıq alandan sonra geniş tərkibdə dərnək yaradılması məsələsini bir də müzakirəyə çıxardıq. Etirazlar ancaq təşkilatın adı ilə bağlı idi – “Qızıl qoç”u bəyənmirdilər…

Şair dostumuz Məmməd Elli “Çənlibel” adını təklif etdi. Ad hamımızın xoşuna gəldi. Biz də dərnəyin nizamnaməsini bu ad əsasında formalaşdırdıq və kluba təqdim elədik. Qısa müddətdə dərnək yaradıldı və ilk toplantı təyin olundu. Açiğı toplantıya marağın olub-olmayacağı, adam yığa biləcəyimizlə bağlı şübhələrimiz vardı. Çünki geniş kütlələr hələ də milli məsələlərdən danışmağa çəkinirdilər. Bizə elə gəlirdi bu millətin dərdini elə 5-6 nəfər biz çəkirik. “Azərnəşrin” klubu bizə xeyli kömək elədi, – bu əslində onların işi idi, – afişalar çap edildi, şəhərin mərkəzi küçələrinə vuruldu. Bu afişaların hesabına milli düşüncəsi olan insanlar “Çənlibel”in ilk iclasına gəldilər. Nəinki 300 nəfərlik zal doldu, xeyli insan da ayaq üstə yığıncağı sonadək izlədi…

Bu işlər qanuni idi. Klubun belə hüququ var idi, ona görə də problem yaşanmadı. Bilirdik ki, ayaq üstə duranların yarısı hökumət adamları idi, bununla belə çox ciddi mesajlar verən çıxışlar oldu. İlkin mərhələ keçilmişdi» (3).

M. H. Tantəkin yazır: «İstəyirdim Bəxtiyar Tuncay təşkilatın sədri olsun. O, "Mən DTK-nın qara siyahısındayam. Ona görə mənim sədr olmağım təşkilata zərər gətirə bilər" deyib, imtina etdi. Əlacsız qalıb özüm sədr olmaq fikrinə düşdüm. Buna da İsfəndiyar Coşğun (O, Çənlibelin üzvü deyildi) razı olmayıb dedi: "Sədr sən olsan qoymayacaqlar iş görəsən. Yaxşısı budur Vurğunu sədr et, onun arxasında öz işini gör"» (4, s. 22-23).

M. H. Tantəkin haqlıdır. Amma, məncə, o bir qədər yanlışlığa yol verir. Həmin hadisə bu sətirlərin müəllifinin xatirində belə qalıb: «Təşkilata rəhbər seçməli idik. Məsələni öncə üçlükdə - Məhəmməd Hatəmi, İsfəndiyar Coşğun və mən öz aramızda müzakirə etmək qərarına gəlmişdik. Mən Hatəmiyə dedim ki, ağsaqqal sizsiz, siz də sədr olun. Hatəmi cavab verdi ki, mən sovet vətəndaşı deyiləm, üstəlik “KQB”-nin qara siyahısındayam, sədr sən ol. Mən də əsgərlikdə olanda antisovet təbliğatına və milliyyətçiliyə görə “KQB”-nin qara siyahısında idim, ona görə də sədrliyim diqqət cəkəcəkdi. Biz elə bir şəxs seçməli idik ki, hökumətdə qıcıq yaratmasın. İsfəndiyar Coşğunun təklifi ilə Vurğun Əyyubun namizədliyinin üzərində dayandıq» (3).

«Çənlibel»in ilk, təsis iclasını M. H. Tantəkin belə xatırlayır:

«Çənlibel Təşkilatının ilk təsis iclası Azərnəşrin üçüncü mərtəbəsindəki kiçik zalında oldu, 17 fevral 1987-ci il tarixində. İclasda bir neçəsi qız olan 27 gənc iştirak edirdi. Gənclərin əksəri Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin tələbələri idilər.Bu iclasda, qeyri-rəsmi fəal çənlibelçi olan, Tofiq Türkel də iştirak edirdi. İclası mən aparırdım. Üç saat, üç saat yarım davam edən iclasda təşkilatın ilkin proqramı qəbul edildi (onu Tuncay yazmışdı), Ənvər Yusifoğlu, Tofiq Rəsulov, Ağası Hun, Bəxtiyar Tuncay, Fuad Ağayev, Vurğun Əyyubovdan ibarət təşkilatın idarə heyəti seçildi və Vurğun Əyyubovu ona sədr təyin etdirdim. Adım heç yerdə görünməsin, iş görə bilim deyə, özümü heyətin tərkibinə salmadım» (4, s. 23).

M .H. Tantəkin xatirələrinə belə davam edir: «Tofiq Rəsulova Çənlibelin emblemini hazırlatdım. Təşkilatın himni kimi seçdiyim Ü. Hacıbəyovun "Koroğlu" operasının uvertürasını sevimli türk oğlu Ağası Hunla, qardaşım Tomrid Hatəmiyə tapdırıb lentə köçürtdürdüm. Çənlibelin ümumi yığıncaqlarında onu qardaşım Tomrid səsləndirirdi. Uvertüra çalınanda hamı bir nəfər kimi ayağa qalxırdı. Çənlibel Təşkilatından örnək götürən siyasi, ictimai müxtəlif təşkilatlar, cəmiyyətlər sonarlar onu meydan mitinqlərində, iclaslarda, yığıncaqlarda, tədbirlərdə, görüşlərdə səsləndirdilər. Birinci dəfə həbsdən çıxanda onu hətta toylarda çalınan gördüm. Bu, onun sevindirici bariz nişanəsi idi ki, siyasi həyat, milli azadlıq hərəkatı xalqımızın bütün təbəqələrinin qanına işləmişdir. Bu yoldan onu kimsə döndərəməzdi. Uvertüranı siyasi musiqi kimi, Çənlibel Təşkilatından sonra Azərbaycan Teatr Xadimləri İttifaqının aktyor evində ilk səsləndirən adam sənətşünas Azad Əligil olmuşdur.

Ənvər Yusifoğlu və Ağası Hun təbliğat, təşviqat, adamların Çənlibelə cəlb edilməsi, afişaların şəhərə dağıdılması işlərinə baxırdılar. Ümumiyyətlə onlar və Tofiq Rəsulov Çənlibel üçün çox işlər gördülər.

Təşkilatın ayda 4 dəfə heyət iclası, bir dəfə isə ümumi yığıncağı olurdu. Ümumi yığıncağa məşğələ də deyilirdi. Məşğələlərdə məruzələr qoyulur, vətənsevər saydığımız şair, yazıçı, alim, aktyor şəxsiyyətlərlə görüşlər təşkil edilirdi. Bu əsas işə mən özüm yüklənmişdim» (4, s. 23-24).

M. H. Tantəkinin aşağıdakı xatirələri də çox maraqlıdır:

«Təşkilat rəhbərliyinin səviyyəli ziyalılara, bilginlərə ehtiyacı vardı.  Tarix elmləri  namizədi Əbülfəz Əliyevi, dostu, hüquq elmləri namizədi Yaşar Əliyevi buraya cəlb etmək istədim… Yaxın durmadılar. Əbülfəz bəy açıq-açığına dedi: "Həbsxanadan çıxan vaxt siyasi işlərə qoşulmayacağım barədə dilimdən iltizam verminşəm"… O, təşkilatın ümumi yığıncaqlarına… o vaxt ayaq açmağa başladı ki, Çənlibel adı Azərbaycanda artıq hər yanı bürümüşdü.

Çənlibel Təşkilatının ilk məşğələsi öz fəaliyyətinə mənim "Kuşanların türklüyünü sərgiləyən mədəniyyət" məruzəmlə başlamalı idi. Məruzəyə dinləyici cəlb etmək üçün, başda Ənvər, Ağası Hun olmaqla, gənc çənlibelçilər - Koroğlu nəvə-nəticələri ali məktəblərdə, zavod-fabriklərdə doğrudan qızğın işə başladılar. Metroların girəcəklərinə, ali məktəblərin qabağına, şəhərin qələbəlik-tündlük yerlərinə əllə yazılmış afişalar yapışdırdılar. Klubun müdiri Heybət bəy Məmmədbəyli bu haqda qəzetə elan verdirdi. Çənlibelin fəaliyyətinə şərait yaratdığı üçün bu gözəl insanı çox sıxma-boğmaya salacaqlar.

Bu qədər fəaliyyət qarşısında… adam toplana bildi. Çoxu cavanlar idi. Bilginlərdən Mirəli Seyidov, Xudu Məmmədov, Lətif Kərimov, Kübra xanım Əliyeva, Tofiq Məmmədov və b. iştirak edirdilər.

Sovet türkologiyasının SSRİ-də yaşayan türk xalqlarının tarixini, mədəniyyətini saxtalaşdırmağı özünə iyrənc peşə seçməsi indi kimsəyə qaranlıq deyildir. Buna cavab olaraq, türk xalqlarının əzəmətli əski mədəniyyəti və kuşanların türk kimliyi məruzədə ortaya tökülmüşdü.  Məqsədim dinləyicilərdə milli duyğu, ruh, şüur yaratmaq idi. Ümumiyyətlə etdiyim və etdirdiyim məruzələr, təşkil etdiyim görüşlər bu istəyə tabe tutulmuşdu. Çünki bu, azadlığa gedən yolun kutlu başlanğıcı idi.

Çənlibel üzvlərinin, dinləyicilərinin sayının artmasında ilk məşğələ mühüm rol oynadı. 21.06.1987-ci il tarixindəki növbəti məşğələyə Abbas Acalovun "Şu-mer-Azərbaycan əsatir və folklor bağlılıqları" məruzəsini dinləməyə gələnlərin sayı 270-i adlamışdı.

Məruzənin müzakirəsi zamanı araya gələn şumerlərin kimliyi məsələsi çənlibelçilərlə professor Mirəli Seyidov arasında ciddi fikir ayrılığı törətdi. Şumerlərin türklüyünü inkara qalxışan professorun kəskin şəkildə əleyhinə çıxdıq. Hörmətli bilgin özünü təhqir edilmiş hesab edərək zalı tərk etdi. Mirəli müəllim və pərəstişkarları orda-burda bizi pisləyə-pisləyə, bizi dilə-dişə sala-sala Çənlibeli az təbliğ etmədilər. Rəhmətlik hər məni görəndə zarafata salıb çənlibelçiləri "banda" ("xuliqan, quldur dəstəsi") adlandırırdı.

Özümüzə qəribə peşə seçmişdik. Biri-birindən ehtiraslı, qızğın keçən elə bir məşğələ olmurdu ki, orada məruzəyə, görüşə uyğun gəldi-gəlmədi, ortaya söz-söhbət, məsələ atıb Azərbaycanın Stalin, durğunluq dövrü həyatının iyrənc cəmdəyinə o ki var döşəməyək, əlbəttə, yenidənqurma kursunun arxasında gizlənərək. Yetmiş illik totalitar kommunist rejimi dövründə görünməyən sensasiyalı bu şey, milli ruhlu Çənlibeli tez bir zamanda cəmiyyətin diqqət mərkəzinə çevirdi, onu respublikanın hər yerində yayqınlaşdırdı və gənclərin, müxtəlif yaşda, sənətdə insanların buraya axmasına nədən oldu. Məşğələlərə hələ rayonlardan nə qədər adamlar gəlirdi! İndi nəinki zal, zalın keçidləri, eyvanları belə adamla dolu olurdu.

Bizə bağlanmağa gələn Nemət Pənahovu mən Çənlibelin belə bir vaxtında tanımışam. Xoşuma gəldiyindən onu çənlibelçilərin sırasına almışam» (4, s. 24).

Məhəmməd bəyin dediklərinə «Yeni Müsavat» qəzetinə vermiş olduğum müsahibədən bir fraqmenti də əlavə etməyi məqsədəuyğun hesab edirəm:

«- Bəxtiyar bəy, biz keçən il KQB polkovniki Eldəniz Əliyevlə müsahinə hazırlamışdıq, o deyirdi ki, artıq ilk yığıncaqdan “Çənlibel” dinlənilirmiş. Bundan xəbəriniz var idimi?

- Təbii, anlayırdıq ki, KQB prosesi tamamilə nəzarətdə saxlamağa çalışırdı. Ancaq bayaq dediyim kimi, heç bir qorxumuz yox idi. Sumqayıt hadisələrindən 1-2 gün sonra bizin növbəti toplantımız olmalı idi. Düzü, biz Sumqayıtda nələr baş verdiyini bilmirdik. Onda xəbərlər indiki kimi ildırım sürətilə yayılmırdı... Bir neçə ayda “Çənlibel”də geniş şəbəkələşmə getmişdi, universitetdə, xeyli rayonda hərəkatın özəkləri yaradılmışdı. Toplantı başlamazdan qabaq gördük ki, milis bütün binanı mühasirəyə alıb. Bizi içəri buraxmaq istəmirdilər. Milislər dedi ki, Sumqayıtda etnik zəmində provokasiyalar olub, toplantılar yasaqlanıb. Amma qarşıdurma yaranmasın deyə, sonda geri çəkildilər. Onda anladıq ki, biz artıq hökumətin ehtiyat etdiyi gücə çevrilmişik.

Yeni Müsavat” qəzetinə “Çənlibel”lə əlaqədar müsahibə verdiyim an


Yüklə 396 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin