Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 396 Kb.
səhifə3/6
tarix25.12.2016
ölçüsü396 Kb.
#3079
1   2   3   4   5   6
Keçmiş DTK polkovniki E. Əliyev
Keçmiş DTK polkovniki Eldəniz Əliyevin “Yeni Müsavat”a verdiyi bu silsilə müsahibəsində “Çənlibel” təşkilatında DTK agenti var idi" fikrini səsləndirməsi sonralar mediada ən çox müzakirə olunan mövzular sırasında olub. Yada salaq ki, 1970-92-ci illərdə dövlət təhlükəsizlik orqanlarında məsul vəzifələrdə işləyən E. Əliyev humanitar sahədə baş verən bütün proseslərə nəzarət funksiyasını həyata keçirdiyi üçün bu gün də aktual olan xeyli informasiyanın daşıyıcısıdır. “Yeni Müsavat”a açıqlamalarında xeyli ilginc faktlara toxunsa da polkovnik DTK arxivlərinin açılması məsələsinə qarşı olduğunu demişdi. Müsahibə boyu dəfələrlə bu fikrini müdafiə edən E.Əliyev iddia edirdi ki, DTK arxivlərinin açılması cəmiyyətdə ciddi qarşıdurma yarada bilər.

Müsahibə dərc olunan gündən xalq hərəkatında bu və ya digər şəkildə iştirak etmiş şəxslərin çoxu müxtəlif media orqanlarında səslənən fikirlərə münasibətlərini açıqlayıb. Diqqət çəkən odur ki, bir çoxları “Çənlibel” təşkilatında DTK agentinin kimliyindən xəbərdar olduğunu bildirib.

Onu da vurğulayaq ki, Azərbaycan milli-azadlıq hərəkatının özək təşkilatlarından biri sayılan “Çənlibel” daha çox Məhəmməd Hatəminin adı ilə bağlıdır. Ancaq qurum fəaliyyətdə olduğu müddətdə onun yalnız bir sədri olub - Vurğun Əyyub.

“Yeni Müsavat”a açıqlama verən Məhəmməd Hatəmi deyir ki, Eldəniz Əliyevin müsahibəsində heç bir fakt təhrif olunmayıb. Onun hərəkatda baş verənlər haqda fikirləri tam obyektivdir: “Biz o zaman DTK-nın "Çənlibel"i tam nəzarətdə saxlamaq üçün toplantılarımızı dinlədiyini, eyni zamanda niyyətlərimizi öncədən öyrənmək üçün aramızdan kimisə məxfi əməkdaşlığa cəlb etməyə çalışdığını bilirdik. O zaman Əbülfəz Elçibəy də bizim toplantılarımıza gəlirdi. Onu da DTK addım-addım izləyirdi. Biz onunla 15 il dostluq etmişik. Ancaq sonradan gördüm ki, o da Vurğun Əyyub da təşkilatı dağıtmaq fikrindədir (1).

Yuxarıda sitat gətirdiyim məqalədə qeyd edilir ki, “Çənlibel”in sadəcə bir sədri olub - Vurğun Əyyub. Əlbəttə ki, bu doğru deyil, Vurğun Əyyubdan sonra quruma bir müddət tanınmış teatr rejissoru Ədalət Ziyadxanov başçılıq edib.

Lakin məqalədə söylənilən “Azərbaycan milli-azadlıq hərəkatının özək təşkilatlarından biri sayılan “Çənlibel” daha çox Məhəmməd Hatəminin adı ilə bağlıdır” fikri tamamilə doğrudur. Üstəlik də bu şəxs 17 gün sürən mitinqə, yəni Nemət Pənahlının ulduzu parlamağa başlayana qədər Azərbaycan Milli Azadlıq Hərəkatının aparıcı siması və əsas lideri olub. Güney Azərbaycanda doğulan Məhəmməd Hatəminin uşaqlığı da orada, yəni Güneydə, Azərbaycan Demokratik Respublikasını quranların arasında keçib. O özü uşaqlığını və “Çənlibel”ə qədər ki, həyat yolunu belə təsvir edib:

«Mən Hatəmi Tantəkin 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olmuşam. 1946-ci ildə yarımçıq qalmış ibtidai təhsilə də fars dilində bu şəhərdə başlamışam. Atam Hatəmi Fərzulla Hətəm oğlu Ərdəbilin Üçbulaq, anam Hatəmi Sitarə Cahangir qızı isə Astaranın Muğanlı (Qala) kəndindəndir. Savadsız, lakin çox zirək, bacarıqlı bir kişi olan atam Güney Azərbaycandakı 1945-1946-cı il milli azadlıq hərəkatının fəal iştirakçısı, fədai başçısı olmuş və bir ara Lisar cəbhəsinə komandanlıq etmişdir. Atamın yoluna qoşulub bu hərəkatda iştirak edəndə - Astara Gənclər Təşkilatına üzv olanda - mənim on yaşım vardı. Kiçik iştirakçısı olduğum Güney Azərbaycandakı bu milli hərəkat ictimai, siyasi, elmi fəaliyyətimə həyatım boyu hakim kəsilmiş, milli ruhumun, şüurumun özül daşını oluşdurmuşdur. Ancaq milli ruhumun, şüurumun inkişafı, biçimlənməsi, şüurlu millətsevər və türkçü olmam üçün Quzey Azərbaycana borcluyam.

Güney Azərbaycanda milli hərəkat qanlar içərisində susdurulunca, 1946-cı il dekabrın 12-də valideynlərimlə birlikdə 11 yaşında Quzey Azərbaycana mühacirət etmişəm.

Güney Azərbaycandakı on bir yaşına qədərki həyatım qayğısızlıq, mutluluq içərisində keçmişdir. Sovet Azərbaycanında mən bunu bir daha görməyəcək, ali məktəb bitirsəm də, bilgin olsam da ailəliklə daim yoxsulluq, ehtiyac, məhrumiyyət, zillət içərisində yaşayacayıq. Elə buna görə Sovetlər Birliyinə mühacirətimizi heç vaxt və heç cür özümüzə bağışlaya bilmədik. Sovet Azərbaycanında bizim nə köklərə düşdüyümüzü 1960-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş M. A. İsgəndərova dediyim bu sözdən təsəvvür etmək çətin deyildir: "Biz namusagir olub sizin ölkənizdə yalnız dilənçilik etməmişik".


Yüklə 396 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin