Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə345/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   341   342   343   344   345   346   347   348   ...   507
İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.ebooks.preslib.az

1

Şair


282

2

Milli ədəbiyyat 

65 

illiyi

İsa Həbibbəyli

1949 

OKTY

ABR

İsa Əkbər oğlu Həbibov (Həbibbəyli) 

1949-cu il oktyabr ayının 16-da Naxçı-

van Muxtar Respublikası Şərur rayonu-

nun Danzik kəndində anadan olmuşdur. 

Azərbaycan  Dövlət  Pedaqoji  İnsti-

tutu  Naxçıvan  filialının  dil-ədəbiyyat 

fakültəsini  fərqlənmə  diplomu  ilə  bi-

tirmişdir.  1971-ci  ildən  Şərur  rayo-

nunda  kənd  orta  məktəbində  müəllim 

işləmişdir. 

1975-ci  ildən  Naxçıvan  Dövlət 

Universitetində  müəllim,  dosent,  elmi 

işlər üzrə prorektor vəzifələrində çalış-

mışdır. 

1996-cı  ildən  2013-cü  ilin  aprel 

ayınadək Naxçıvan Dövlət Universiteti-

nin rektoru olmuşdur.

2013-cü 

ilin 


aprel 

ayından 


Azərbaycan Milli Elmlər Akademiyası-

nın vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvü-

dür.  Filologiya elmləri doktoru, profes-

sordur (1997).

2001-ci  ildə  AMEA-nın  müxbir 

üzvü, 2003-cü ildə isə həqiqi üzvü seçil-

mişdir. 2001-ci ildən Nyu-York Elmlər 

Akademiyasının həqiqi üzvüdür.

2006-cı  ildə  BMT  yanında  Beynəl-

xalq  İnformasiyalaşdırma  Akademiya-

sının  həqiqi  üzvü,  2010-cu  ildə  Ame-

rika Bioqrafiya İnstitutunun akademiki 

seçilmişdir.

400-dən  çox  elmi  məqalənin,  12 

monoqrafiyanın,  bir  orta  məktəb 

dərsliyinin, 28 broşüranın, 21 tərtib ki-

tabının müəllifidir. Əsərləri Azərbaycan 

dilindən  başqa  ingilis,  fransız,  rus, 

türk,  ərəb,  fars,  urdu,  bolqar  və  macar 

dillərində çap olunmuşdur.

Birinci  və  ikinci  çağırış  Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin de-

putatı olmuşdur.

Üçüncü çağırış Azərbaycan Respub-

likası Milli Məclisinin deputatı olmuş-

dur (2005-2010). Hal-hazırda dördüncü 

çağırış  Azərbaycan  Respublikası  Milli 

Məcilisinin  deputatıdır.  Milli  Məclisin 

Elm  və  təhsil  məsələləri  daimi  komis-

siyasının üzvüdür. Azərbaycan-Belçika, 

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, 

Azərbaycan-Pakistan, 

Azərbaycan-

Yaponiya  parlamentlərarası  əlaqələr 

üzrə işçi qruplarının üzvüdür.

Azərbaycan  Yazıçılar  Birliyinin 

və  Jurnalistlər  İttifaqının  üzvüdür. 

Azərbaycan  Respublikasının  Əməkdar 

elm  xadimi  (1999),  “Şöhrət”  orde-

ni  (2007)  və  “Şərəf”  ordeni  (2009)  ilə 

təltif olunmuş, “Ankara Universitetinin 

fəxri  dostu”  (1999)  və Amerika  Bioq-

rafiya  İnstitutu  tərəfindən  “İlin  adamı” 

seçilmiş (2001), Türkiyə Cümhuriyyəti 

Dil  Qurumunun  “Üstün  hizmət  Bara-

tı”  (2004),  Beynəlxalq  İnformasiyalaş-

dırma  Akademiyasının  “İnformasiya 

aləminin  elitası”  diplomuna  və  “Elmi 

istiqamətin  rəhbəri”  medalına  (2009), 

layiq görülmüşdür.

Hazırda  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  (AMEA)  Ədəbiyyat 

İnstitutunun direktoru, həm də Elmi Şu-

rasının sədridir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin