Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə347/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   343   344   345   346   347   348   349   350   ...   507
Ə d ə b i y y a t

Azərbaycan mühacirət 

mətbuatına dair 

mühazirələr (1920-1990-

cı illər) [Mətn]: [dərs 

vəsaiti] /А.Bayramoğlu; 

red. C.Məmmədli.- Bakı: 

[Bakı Universiteti], 

2004.-102 s.

Mirzə Ələkbər Sa-

bir [Mətn]:(həyatı və 

əsərləri) /A.Bayramoğlu; 

elmi red. Ə.Mirəhmədov.-

Bakı: Qismət, 2003.-   

320 s.

M.Ə.Sabir mətbuatda 

[Mətn] /A.Bayramoğlu; 

elmi red. Ş.Vəliyev.- Bakı: 

Nafta-Press, 2006.- 128 s. 

Qafqaz imdadına çatan 

türkün könül nəğmələri 

[Mətn] /А.Bayramoğlu.-

Bakı: [İqtisad Universite-

ti], 2002.- 162, [1] s.

Sabir Bakıda [Mətn] 

/A.Bayramoğlu; elmi red. 

T. Kərimli; Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: Təhsil, 

2012.- 151, [1] s. 

İ n t e r n e t d ə

www.anl.az

elibrary.azlib.net 

www.az.wikipedia.org

22

Ədəbiyyatşünas


284

Folklor

120 

illiyi

Aşıq Veysəl  

1894-1973

OKTY

ABR

Anadolu  aşıq  məktəbinin  son  ma-

gikanlarından  olan  Veysəl  Şatıroğlu 

1894-cü il oktyabr ayının 25-də Siva-

sın  Sivirlan  kəndində  anadan  olmuş-

dur.


Veysəl yeddi yaşa girəndə Sivasda 

çiçək  xəstəliyindən  sol  gözünü  itir-

miş,  sağ  gözünə  isə  pərdə  gəlmişdir. 

Bir  təsadüf  üzündən  Veysəlin  azacıq 

da olsa görən gözünə atasının əlindəki 

budaq parçası girmiş və dünya işığın-

dan tamam məhrum olmuşdur. 

Veysəli  iztirablardan  qurtarmağa 

çalışan  atası  Əhməd Yunus  İmrə,  Pir 

Sultan  Abdal,  Qaracaoğlan,  Əmrah, 

Dadaloğlu kimi ozanların şeirlərini oğ-

luna öyrətmiş və dərdini azca da olsa 

unudacağı ümidi ilə ona bir saz almışdı. 

Kiçik yaşlarından Veysəli saz çalmağa, 

söz  qoşmağa  həvəsləndirmişdi.  Saz 

onun sevincinin, kədərinin, məhəbbət 

və iztirablarının tərcümanı olmuşdur.

O,  sənətdə  öz  sözünü  demiş, 

aşıq  ifaçılığına  yeni  nəfəs,  yeni  ruh 

gətirmişdir.  Sevilib-seçilib  əsl  xalq 

aşığı  olmuşdu.  Deyirlər  ki,  aşıq  gör-

düyünü  çağırar.  Aşıq  gərək  el-obanı 

qarış-qarış,  addım-addım  gəzsin, 

təbiət gözəlliklərini, gözəlləri vəsf et-

sin.  Aşıq  Veysəl  isə  gördüyünü  yox, 

duyduğunu,  hiss  etdiyini  tərənnüm 

etmişdir.  1944-cü  ildə  “Deyişmələr”, 

1950-ci ildə “Sazımdan səslər”, 1970-

ci ildə “Dostlar məni xatırlasın” kitab-

ları  işıq  üzü  görmüşdür.  Ölümündən 

sonra bütün şeirləri təkrar-təkrar nəşr 

olunmuşdur. 

Aşıq  Veysəl  1973-cü  ildə,  indi 

muzeyə  çevrilən  evində  dünyasını 

dəyişmişdi.  İztirablarını,  ağrı  və  acı-

larını  yaşaya-yaşaya  sehirkar  tellərdə 

səsləndirən Aşıq Veysəl yanğılı səsi ilə 

ürəklərdə  qaldı.  Aşıq  həmişə  xatırla-

nıb, xatırlanır və xatırlanacaq.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   343   344   345   346   347   348   349   350   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin