Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə349/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   345   346   347   348   349   350   351   352   ...   507
İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.youtube.com 

www.twitter.com 

www.huseyingazi.org.tr 

25

Türk aşığı


285

Dünya ədəbiyyatı

200 

illiyi

Mixail Yuryeviç Lermontov  

1814-1841    

OKTY

ABR

Mixail Yuryeviç  Lermontov  1814-

cü il oktyabr ayının 15-də  Moskvada 

anadan olmuşdur. 

Şairin  uşaqlıq  illəri  nənəsinin 

malikanəsində  -  Tarxanı  kəndində 

keçmişdir.  Qohumları  ilə  Qafqaza 

səfərləri (1818, 1820, 1825) Lermon-

tovun xatirəsində silinməz izlər burax-

mışdır. 


1828-ci  ildə  Moskva  Əsilzadələr 

Pansionuna  daxil  olmuş  və  1828-ci 

ildə  “Çərkəzlər”,  “Dəniz  qulduru”, 

“Qafqaz  əsiri”, 1829-cu ildə “Cani”, 

“Demon”  poemalarını,  bir  çox  lirik 

şeirlərini  burada  yazmışdır.  Moskva 

Universitetindəki  təhsil  illəri  (1830-

1832)  Lermontovun  formalaşmasın-

da  əhəmiyyətli  rol  oynamışdır.  Bu 

illərdə  Lermontov  mövzusu  Puqaçov 

hərəkatından alınmış “Xadim” (1832) 

tarixi romanı üzərində işləmiş, “İsma-

yıl  bəy”,  “Hacı  Abrek”  (1833-1834) 

romantik  poemalarını  və  “Qəribə 

adam”  (1831)  dramını  yazmışdır. 

A.S.Puşkinin  ölümünə  həsr  etdiyi 

“Şairin  ölümünə”  (1837)  şeiri  Ler-

montovun  yaradıcılığında  həlledici 

rol  oynamışdır.  M.Y.Lermontov  dos-

tu  S.Rayevskiyə  yazdığı  məktublarda 

Qafqaz təəssüratlarını onunla bölüşür. 

O, 


Tiflisdə 

olarkən 


“tatar 

(azərbaycanlı) alim  Əli və Əhməd”lə 

tanış  olduğunu, Şuşa (yəqin ki, Şəki), 

Quba, Qusar və Şamaxını  gəzdiyini, 

yerli  əhali  ilə  ünsiyyətini  və  hətta 

fransız  dili  Avropada  vacib  olduğu 

qədər Asiyada  geniş  işlənən  tatar  di-

lini  öyrənməyə  başladığını  da  vurğu-

layırdı.  O,  Azərbaycan  dilini  yüksək 

qiymətləndirmişdir.  Əsərlərində  çox-

lu Azərbaycan sözünə təsadüf olunur. 

Lermantovun  “İsmayıl  bəy”,  “Hacı 

Abrek”,  “Fərari”,  “Demon”,  “Mtsıri” 

romantik  poemaları  Qafqaz  material-

ları əsasında yazılmışdır.

Dəfələrlə  Qafqaza  səyahət  edən 

şair, 

dramaturgiyamızın 



banisi 

M.F.Axundovla  yaxından  tanış  ol-

muş  və məhz onun yaxından köməyi 

nəticəsində  məşhur məhəbbət dastanı-

mız “Aşıq Qərib”i “Türk nağılı”  adı 

ilə  yazıya  almışdır.  M.Y.Lermontov 

rus  ədəbiyyatında    realist  rus  sosial-

psixoloji roman janrının  əsasını qoy-

muş və “Zəmanəmizin qəhrəmanı” ro-

manını qələmə almışdır. Bu əsər 1908-ci 

ildə Azərbaycan türkcəsinə çevrilmiş-

dir. Bu mövzudan təsirlənən tanınmış 

şair  və  yazıçımız,  rus  ədəbiyyatının 

gözəl  bilicisi  və  tərcüməçisi  Abdulla  

Şaiq isə Azərbaycan həqiqətlərini  əks 

etdirən “Əsrimizin qəhrəmanı” roma-

nını yazmışdır. 

“Zəmanəmizin  qəhrəmanı”,  “Mas-

karad“  və  s.  əsərləri  ekranlaşdırıl-

mışdır. Ədəbi irsi Azərbaycan dilində 

nəşr  olunmuş,  Azərbaycanla  əlaqəsi 

öyrənilmişdir. 

Mixail Yuryeviç  Lermontov  1841-

ci  il  iyul  ayının  7-də  Pyatiqorskda 

dueldə öldürülmüşdür.

Bakıda  adına  küçə  var.  Qusarda 

olarkən yaşadığı evdə barelyefi qoyul-

muş, ev muzeyi yaradılmışdır.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   345   346   347   348   349   350   351   352   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin