27
Siyasət. Hüquq.Hərbi iş
130
illiyi
Məhəmməd Əmin Rəsulzadə
1884-1955
YANV
AR
Məhəmməd Əmin Axund Hacı
Molla Ələkbər oğlu Rəsulzadə 1884-
cü il yanvar ayının 31-də Bakının
Novxanı kəndində anadan olmuşdur.
Din xadimi olan atası oğlunu məşhur
pedaqoq Sultan Məcid Qənizadənin
müdir olduğu ikinci “Rus-müsəlman”
məktəbinə qoymuş, buranı bitirdikdən
sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı
texniki məktəbində, rus dilində davam
etdirmişdir. Azərbaycan milli istiqlal
hərəkatının və təkcə türk ellərində de-
yil, bütün islam aləmində ilk respub-
lika üsul-idarəsi olan Azərbaycan De-
mokratik Respublikasının təməl daşını
qoyan Məmməd Əmin Rəsulzadənin
inqilabi fəaliyyətinin ilk illəri də məhz
bu dövrə təsadüf etmişdir.
1902-ci ildə o, “Müsəlman Gənclik
Təşkilatı” adı ilə tanınan və əsasən gənc
müsəlman tələbələrdən ibarət olan in-
qilabi dərnək yaratmış və onun başçısı
olmuşdur. Gənclərdə milli şüuru oyat-
mağı qarşısına məqsəd qoyan bu dərnək
1902-1903-cü illərdə intibahnamələr
tərtib edir və yayırdı. Rəsulzadə
1904-cü ildə Müsəlman Sosial-
Demokrat “Hümmət” qrupunun təşkil
edilməsində yaxından iştirak etmişdir.
Onun 1904-1905-ci illərdə “Hümmət”,
“Təkamül”, “Şərqi-Rus” qəzetlərində
çap etdirdiyi məqalələrində o, xal-
qa vicdan, söz, mətbuat, cəmiyyət və
ittifaqlar yaratmaq azadlıqlarının
verilməsini tələb etmişdir. Rəsulzadə
həmçinin vətəndaşların canlarının və
əmlaklarının toxunulmazlığının dövlət
tərəfindən təmin olunması tələbi ilə də
çıxış etmişdir.
1908-1911-ci illərdə Cənubi Azər-
baycanda baş verən inqilabda fəal iş-
tirak edən, Səttarxan və Bağırxanla
bərabər çalışan Rəsulzadə hətta 1910-
1911-ci illərdə Tehranda ilk gündəlik
qəzet olan “İrani nou” (“Yeni İran”)
qəzetini çap etdirmiş, xalqın milli-
demokratik oyanışına çalışmışdır. La-
kin 1911-ci ildə Rusiya və İngiltərədən
dəstək alan şah rejimi əksinqilabi çev-
riliş etmiş, inqilabı boğmuşdur. Rusiya
tərkibində olan Şimali Azərbaycana qa-
yıtmağa icazə ala bilməyən Rəsulzadə
bir çox inqilabçılar kimi Türkiyəyə
mühacirət etmişdir.
Rəsulzadə Türkiyədə Ə.Topçubaşov
və Ə.Ağaoğlu ilə “Türk ocağı”
təşkilatına daxil olmuşdur. O, bura-
da “Türk yurdu” jurnalında Cənubi
Azərbaycan türklərinin mübarizəsinə
həsr olunmuş silsilə məqalələrlə çıxış
etmişdir.
1913-cü ildə Azərbaycana qayıdan
Rəsulzadə çox keçmir ki, “Müsavat”
partiyasının sədri seçilir. 1915-ci ildə
“Açıq söz” qəzetini nəşr etdirməyə
başlayan M.Ə.Rəsulzadə “Milli diri-
lik” adlı silsilə məqalələri ictimaiyyət
tərəfindən müsbət qarşılanmışdır. O,
Azərbaycan siyasi publisistikasının
ən görkəmli nümayəndələrindəndir.
O, 1903-1920-cı illər ərzində döv-
ri mətbuatda 1200-dən artıq məqalə
Dostları ilə paylaş: