Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə40/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   36   37   38   39   40   41   42   43   ...   507
29

Tarix

90 

 illiyi

Məşədixanım Nemətova 

1924  

YANV

AR

Məşədixanım 

Sədulla 

qızı  


Nemətova  1924-cü  il    yanvar  ayı-

nın  5-də  Bakıda  anadan  olmuşdur. 

1948-ci  ildə ADU-nun  (indiki  BDU) 

Şərqşünaslıq  fakültəsini  bitirmiş, 

1953-cü  ildən  Azərbaycan  SSR  EA-

nın Tarix İnstitutunda işə başlamışdır. 

O, 1971-ci ildən epiqrafika qrupunun, 

1993-cü  ildən  isə  Arxeologiya  İnsti-

tutunda  eyniadlı  qrupun  rəhbəridir. 

Azərbaycanın  tarixi  ərazisində  me-

marlıq  tikililəri,  məzar  daşları,  metal 

əşyalar  üzərindəki  müxtəlif  ərəb  qra-

fikasında  yazılmış  ərəb-fars-türk  dil-

li kitabələri tarixi mənbə kimi tədqiq 

etmişdir.  Kitabələr  Azərbaycanın 

iqtisadi-siyasi, mədəni-ideoloji memar-

lıq, bədii daşyonma sənəti, toponimi-

yaya, Azərbaycan xalqının təşəkkülü, 

filologiya  və  müxtəlif  elm  sahələrinə 

dair  ən  dəqiq,  orijinal,  bəzən  hətta 

yeganə  məlumat  verən  mənbələrdir. 

Onların  öyrənilməsi  nəticəsində  İpək 

yolu  üzərində  mövcud  olan  memar-

lıq  abidələrinin  əsasını  qoymuş  me-

mar  Əli  Məcdəddinin  (XIII-XIV), 

Bakı-Abşeron üzrə 105, Şəki-Zaqatala 

bölgəsi üzrə 147 memar, bənna, xəttat, 

həkkak,  nəqqaşın  adlarını  memar-

lıq  və  incəsənət  tarixinə  əlavə  etmiş-

dir. Azərbaycanın  tarixi  əra-zisindəki 

epiqrafik abidələrə əsasən bizə torpaq 

iddiasında  olan  bədnam  qonşularımı-

za  kəskin  cavab  vermək  üçün,  dəqiq 

dəlillər əldə edilmişdir. 

Urud  abidələri,  Alban  tayfalarının 

türkləşməsi,  islamı  qəbul  etməsi  və 

Azərbaycan  xalqının  təşəkkülündə 

iştirakını  və  Zəngəzurun  Azərbaycan 

torpağı  olmasını  sübut  etmişdir.  İlisu 

Came məscidinin və İlisu sultanlarının 

məzar  daşlarındakı  kitabələrə  əsasən 

onların  İlisen  Katexiya  mauravları-

nın  davamçısı  olduğunun  iddiasında 

olan tarixçilərə sübut etmişdir ki, İlisu 

sultanları  Qafqazın  istilasından  sonra 

xilafət  tərəfindən  Suriyadan  Dağıstan 

və Zaqafqaziyaya köçürülmüş və xan 

kimi  vəzifəyə  təyin  olunmuş  Şamil 

ərəblərinin  nəslindəndirlər.  İrəvan, 

Zəngəzur, Mehri, Çuxur-Səd kitabələri 

azərbaycanlıların həmin ərazinin kök-

lü  əhalisi  olduğunu  sübut  edir.  Bor-

çalıda,  Bolnisidə  apardığı  tədqiqatlar 

zamanı  azərbaycanlılara  məxsus  bir 

sıra  kitabələr  tədqiq  olunmuşdur  ki, 

bu da azərbaycanlıların dədə-babadan 

bu torpaqların sahibi olduqlarını sübut 

etmişdir.

1969-cu ildə tarix elmləri doktoru, 

2001-ci ildə Azərbaycan Milli Elmlər 

Akademiyasının  müxbir  üzvüdür. 

300-dən artıq elmi əsərin, o cümlədən 

12 monoqrafiyanın müəllifidir. 

Prezident İlham Əliyev 2009-cu il 

mart ayının 4-də Məşədixanım Sədulla 

qızı Nemətovanın “Şöhrət” ordeni ilə 

təltif edilməsi haqqında sərəncam im-

zalamışdır. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin