Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə43/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   39   40   41   42   43   44   45   46   ...   507
29

Ə d ə b i y y a t 

Biologiya (praktik 

məşğələlər) [Mətn]: 

Azərbaycan Tibb Uni-

versiteti tələbələri üçün 

dərs vəsaiti /D.Hacıyev, 

S.Əliyev, R.Əliyev; ixtisas 

red. F.Əmirova.- Bakı: 

Maarif, 1991.- 360 s.

Tibbi biologiya [Mətn]: 

Azərbaycan Tibb Uni-

versiteti tələbələri üçün 

dərslik /D.Hacıyev, 

S.Əliyev, R.Ə.Əliyev; 

rəyçilər T.K.Mikayılov, 

E.M.Axundova; elmi 

red. U.K.Ələkbərov, 

Ə.Mehrəliyev.-Bakı: Maa-

rif, 1993.- 464 s.

Tibbi biologiyanın əsasları 

[Mətn]: Azərbaycan 

Tibb Universiteti 

tələbələri üçün dərslik 

/D.Hacıyev, Ə.Mehrəliyev, 

R.Əliyev və b.; Rəyçilər. 

T.Mikayılov, E.Axundova, 

V.Süleymanov; elmi red. 

Ə.Mehrəliyev.-Bakı, 2005.-

598 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.biology.bsu.edu.az

www.gia.az

85 

 illiyi

Bioloq


31

Tarixdə bu gün

Yeni il

YANV

AR

Yeni  il  bayramı  dünyanın  müxtəlif 

xalqları  üçün  ənənəvi  bayrama  çevril-

diyi  kimi, Azərbaycanda  da  insanların 

məişətinə daxil olub. Bəzi fərziyyələrə 

görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd 

ediblər.  Digər  mənbələrdə  bu,  qədim 

germanlar və romalıların adı ilə bağla-

nır. Başqa bir mənbə isə ənənənin Me-

sopotamiyada yarandığını sübut etməyə 

cəhd edir 

Bu  bayramın  yaranmasının  azı  25 

əsrlik tarixi var. İlin dəyişməsini bayram 

etmək adəti ilk dəfə qədim Mesopotami-

yada yaranıb. Tarixçi alimlərin fikrincə, 

məhz  həmin  dövrdə  burada  Yeni  ilin 

gəlişi  ilk  dəfə  bayram  edilib.  Martın 

axırında  Dəclə  və  Fərat  çaylarında  su-

yun  səviyyəsi  artanda  əkin-biçin  işləri 

başlayarmış.  İnsanlar  yeni  ilin  gəlişini 

də  elə  o  zaman  qeyd  etmişlər.  Dünya 

xalqlarının  böyük  əksəriyyəti  yeni  ilin 

başlanğıcını  dekabrın  31-dən  yanvarın 

1-nə keçən gecə qeyd edirlər. Dünyanın 

hər yerində bütün insanlar Yeni ili eyni 

ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, 

xoşbəxtlik arzusuyla gözləsələr də bay-

ramı hərə öz adət-ənənəsinə uyğun qar-

şılayır. Bu günü bayram etməklə insan-

lar  hesab  edirlər  ki,  bütün  uğursuzluq 

və kədərli anlar köhnə ildə qalır, yeni il 

yeni arzular və ümidlər gətirir.

Təzə ilin yanvarın 1-dən hesab olun-

ması  xristianlığın  tarixi  ilə  bağlıdır. 

Rəvayətə görə, xristian dininin yaradı-

cısı İsa peyğəmbər dekabr ayının 24-də 

anadan  olmuşdur.  Ona  görə  də  xristi-

anlar bu  günü  İsa  peyğəmbərin doğul-

ması şərəfinə Milad bayramı kimi qeyd 

edirlər. Milad bayramının ilkin mənbəyi 

hər  il  qış  günəş  duruşu  zamanı  (21-25 

dekabr)  “xilaskar  allahın  doğulması” 

ilə  əlaqədar  keçirilən  qədim  bütpərəst 

mərasimi olmuşdur. Bu bayram 431-ci 

ildə qanuniləşdirilmişdir. Bizim istifadə 

etdiyimiz təqvim də məhz miladi təqvim 

adlanır. Bu təqvimə əsasən yeni il yan-

varın 1-dən başlanır.

Yeni ilin rəmzlərindən biri də Şaxta 

babadır. Şaxta babanı müxtəlif ölkələrdə 

müxtəlif  cür  adlandırırlar.  Məsələn, 

ABŞ-da və Avstraliyada o, Santa Klaus, 

Rusiyada-Ded Moroz, Türkiyədə - Noel 

baba,  Avstriyada-Silvestr,  Britaniyada 

-  Milad  baba, Yunanıstanda  Müqəddəs 

Vasili adlanır.

Bütün  hallarda  Şaxta  baba  uşaqla-

rın sevimlisidir. Yeni il gecəsində onlar 

evlərə heç vaxt əliboş gəlmirlər. Torba-

larındakı müxtəlif hədiyyələrlə uşaqları 

sevindirirlər.

Dekabrın  31-i  gecəsi  insanlar  bay-

ram  süfrəsi  ətrafında  toplaşırlar.  Artıq 

həmişəlik  vidalaşdıqları  ilin  son  an-

larında  musiqini  dayandıraraq  sükut 

içərisində  saat  12.00-ı  gözləyirlər.  İlin 

başa  çatdığını  göstərən  saat  zənginin 

təntənəli  sədaları  altında  sağlıqlar 

söyləyir,  sonra  isə  şampan  şərabı  ilə 

dolu  qədəhləri  toqquşdurur,  yeni  ildə 

bir-birinə xoş günlər və sağlamlıq arzu-

layırlar.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin