31
Tarixdə bu gün
Yeni il
YANV
AR
Yeni il bayramı dünyanın müxtəlif
xalqları üçün ənənəvi bayrama çevril-
diyi kimi, Azərbaycanda da insanların
məişətinə daxil olub. Bəzi fərziyyələrə
görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd
ediblər. Digər mənbələrdə bu, qədim
germanlar və romalıların adı ilə bağla-
nır. Başqa bir mənbə isə ənənənin Me-
sopotamiyada yarandığını sübut etməyə
cəhd edir
Bu bayramın yaranmasının azı 25
əsrlik tarixi var. İlin dəyişməsini bayram
etmək adəti ilk dəfə qədim Mesopotami-
yada yaranıb. Tarixçi alimlərin fikrincə,
məhz həmin dövrdə burada Yeni ilin
gəlişi ilk dəfə bayram edilib. Martın
axırında Dəclə və Fərat çaylarında su-
yun səviyyəsi artanda əkin-biçin işləri
başlayarmış. İnsanlar yeni ilin gəlişini
də elə o zaman qeyd etmişlər. Dünya
xalqlarının böyük əksəriyyəti yeni ilin
başlanğıcını dekabrın 31-dən yanvarın
1-nə keçən gecə qeyd edirlər. Dünyanın
hər yerində bütün insanlar Yeni ili eyni
ümidlərlə - xoş möcüzələr, yeni uğurlar,
xoşbəxtlik arzusuyla gözləsələr də bay-
ramı hərə öz adət-ənənəsinə uyğun qar-
şılayır. Bu günü bayram etməklə insan-
lar hesab edirlər ki, bütün uğursuzluq
və kədərli anlar köhnə ildə qalır, yeni il
yeni arzular və ümidlər gətirir.
Təzə ilin yanvarın 1-dən hesab olun-
ması xristianlığın tarixi ilə bağlıdır.
Rəvayətə görə, xristian dininin yaradı-
cısı İsa peyğəmbər dekabr ayının 24-də
anadan olmuşdur. Ona görə də xristi-
anlar bu günü İsa peyğəmbərin doğul-
ması şərəfinə Milad bayramı kimi qeyd
edirlər. Milad bayramının ilkin mənbəyi
hər il qış günəş duruşu zamanı (21-25
dekabr) “xilaskar allahın doğulması”
ilə əlaqədar keçirilən qədim bütpərəst
mərasimi olmuşdur. Bu bayram 431-ci
ildə qanuniləşdirilmişdir. Bizim istifadə
etdiyimiz təqvim də məhz miladi təqvim
adlanır. Bu təqvimə əsasən yeni il yan-
varın 1-dən başlanır.
Yeni ilin rəmzlərindən biri də Şaxta
babadır. Şaxta babanı müxtəlif ölkələrdə
müxtəlif cür adlandırırlar. Məsələn,
ABŞ-da və Avstraliyada o, Santa Klaus,
Rusiyada-Ded Moroz, Türkiyədə - Noel
baba, Avstriyada-Silvestr, Britaniyada
- Milad baba, Yunanıstanda Müqəddəs
Vasili adlanır.
Bütün hallarda Şaxta baba uşaqla-
rın sevimlisidir. Yeni il gecəsində onlar
evlərə heç vaxt əliboş gəlmirlər. Torba-
larındakı müxtəlif hədiyyələrlə uşaqları
sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bay-
ram süfrəsi ətrafında toplaşırlar. Artıq
həmişəlik vidalaşdıqları ilin son an-
larında musiqini dayandıraraq sükut
içərisində saat 12.00-ı gözləyirlər. İlin
başa çatdığını göstərən saat zənginin
təntənəli sədaları altında sağlıqlar
söyləyir, sonra isə şampan şərabı ilə
dolu qədəhləri toqquşdurur, yeni ildə
bir-birinə xoş günlər və sağlamlıq arzu-
layırlar.
Dostları ilə paylaş: