Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə42/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   38   39   40   41   42   43   44   45   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

5

Tarixçi


30

Kimya.Biologiya.Tibb

Dəmir Hacıyev 

1929-1999 

YANV

AR

Dəmir Vahid oğlu Hacıyev 1929-cu 

il yanvar ayının 29-da Qax rayonunun 

İlisu kəndində anadan olmuşdur.

O,  Azərbaycan  Dövlət  Univer-

sitetinin  biologiya  fakültəsini  və 

Azərbaycan  Dövlət  Tibb  İnstitutu-

nu  fərqlənmə  diplomu  ilə  bitirmişdir. 

1954-cü ildə H.Zərdabi adına Təbiət-

Tarixi  Muzeyində  aparılan  elmi-

tədqiqat və çöl ekspedisiyalarında fəal 

iştirak  etmişdir.  Zəngin  faktiki  mate-

rial  topladıqdan  sonra,  1961-ci  ildə 

namizədlik  dissertasiyası  müdafiə  et-

mişdir. Lakin Elmi Şura D.V.Hacıyevi 

yekdilliklə  biologiya  elmləri  doktoru 

elmi dərəcəsinə layiq görmüşdür.

Professor D.V.Hacıyevin rəhbərliyi 

altında Azərbaycanın qərb bölgəsində 

(Gürcüstanla sərhəddə) tədqiqat işləri 

genişlənmiş,  yeni,  hələ  məlum  olma-

yan  fəqərəli  fauna  məskənləri  aşkar 

olunmuşdu.

D.V.Hacıyev  1968-1970-ci  illərdə 

Geologiya İnstitutunda “Paleobiologi-

ya” sektoruna, 1971-ci ildə “Təkamül 

paleontologiyası” 

laboratoriyasına 

rəhbərlik etmişdir. 1972-ci ildə Azər-

baycan  EA  müxbir  üzvü  seçilmişdir. 

Onun dərin elmi tədqiqatları paleonto-

logiya, paleobiologiya, paleocoğrafiya, 

paleopatologiya və fəqərəlilər paleon-

tologiyasının  bir  çox  istiqamətlərini 

əhatə  etmişdir.  D.V.Hacıyev  Avrasi-

yada Miosen epoxasında yaşamış hip-

parion faunasını tədqiq edən görkəmli 

mütəxəssisdir.

60-cı illərdə M.M.Hüseynov tərəfin-

dən  Dağlıq Qarabağın cənubunda aş-

kar  edilmiş  qədim  insan  məskəninin 

öyrənilməsində, dünya miqyasına qal-

dırılmasında  Dəmir  Vahid  oğlunun 

böyük  rolu  olmuşdur.  O, Azıx  mağa-

rasının  5-ci  təbəqəsində  aşkar  edilən 

daş alətlərin Orta Aşel mədəniyyətinə 

mənsub olduğunu söyləmişdir. Alimin 

təsdiqinə görə, həmin təbəqədə tapılan 

ibtidai insanın alt çənəsi isə 20-22 yaşlı 

qadına məxsusdur. Tapıntı Azərbaycan 

Dövlət Tarix Muzeyinin Qızıl fondun-

da saxlanılır.

Paleontoloqun  dərin  tədqiqatları 

nəticəsində Azərbaycanda qədim mə-

məlilərin yeni cins və növləri ilk dəfə 

təsvir  olunaraq,  dünya  elminə  da-

xil  edilmişdir.  O,  120  elmi  əsərin,  o 

cümlədən 12 monoqrafiya və dərsliyin 

müəllifi olmuşdur.

Dəmir  müəllim  elmi  tədqiqatlarla 

yanaşı,  uzun  müddət  Azərbaycan 

Dövlət Tibb  Universitetində  pedaqoji 

fəaliyyət göstərmiş, prorektor, kafedra 

müdiri vəzifələrində çalışmışdır.

1964-cü  ildən  1989-cu  ilədək 

Azərbaycan Tibb Universiteti Biologi-

ya kafedrasına rəhbərlik etmişdir.

D.Hacıyev  1999-cu  il  iyun  ayının 

20-də vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin