29
Tarix
90
illiyi
Məşədixanım Nemətova
1924
YANV
AR
Məşədixanım
Sədulla
qızı
Nemətova 1924-cü il yanvar ayı-
nın 5-də Bakıda anadan olmuşdur.
1948-ci ildə ADU-nun (indiki BDU)
Şərqşünaslıq fakültəsini bitirmiş,
1953-cü ildən Azərbaycan SSR EA-
nın Tarix İnstitutunda işə başlamışdır.
O, 1971-ci ildən epiqrafika qrupunun,
1993-cü ildən isə Arxeologiya İnsti-
tutunda eyniadlı qrupun rəhbəridir.
Azərbaycanın tarixi ərazisində me-
marlıq tikililəri, məzar daşları, metal
əşyalar üzərindəki müxtəlif ərəb qra-
fikasında yazılmış ərəb-fars-türk dil-
li kitabələri tarixi mənbə kimi tədqiq
etmişdir. Kitabələr Azərbaycanın
iqtisadi-siyasi, mədəni-ideoloji memar-
lıq, bədii daşyonma sənəti, toponimi-
yaya, Azərbaycan xalqının təşəkkülü,
filologiya və müxtəlif elm sahələrinə
dair ən dəqiq, orijinal, bəzən hətta
yeganə məlumat verən mənbələrdir.
Onların öyrənilməsi nəticəsində İpək
yolu üzərində mövcud olan memar-
lıq abidələrinin əsasını qoymuş me-
mar Əli Məcdəddinin (XIII-XIV),
Bakı-Abşeron üzrə 105, Şəki-Zaqatala
bölgəsi üzrə 147 memar, bənna, xəttat,
həkkak, nəqqaşın adlarını memar-
lıq və incəsənət tarixinə əlavə etmiş-
dir. Azərbaycanın tarixi əra-zisindəki
epiqrafik abidələrə əsasən bizə torpaq
iddiasında olan bədnam qonşularımı-
za kəskin cavab vermək üçün, dəqiq
dəlillər əldə edilmişdir.
Urud abidələri, Alban tayfalarının
türkləşməsi, islamı qəbul etməsi və
Azərbaycan xalqının təşəkkülündə
iştirakını və Zəngəzurun Azərbaycan
torpağı olmasını sübut etmişdir. İlisu
Came məscidinin və İlisu sultanlarının
məzar daşlarındakı kitabələrə əsasən
onların İlisen Katexiya mauravları-
nın davamçısı olduğunun iddiasında
olan tarixçilərə sübut etmişdir ki, İlisu
sultanları Qafqazın istilasından sonra
xilafət tərəfindən Suriyadan Dağıstan
və Zaqafqaziyaya köçürülmüş və xan
kimi vəzifəyə təyin olunmuş Şamil
ərəblərinin nəslindəndirlər. İrəvan,
Zəngəzur, Mehri, Çuxur-Səd kitabələri
azərbaycanlıların həmin ərazinin kök-
lü əhalisi olduğunu sübut edir. Bor-
çalıda, Bolnisidə apardığı tədqiqatlar
zamanı azərbaycanlılara məxsus bir
sıra kitabələr tədqiq olunmuşdur ki,
bu da azərbaycanlıların dədə-babadan
bu torpaqların sahibi olduqlarını sübut
etmişdir.
1969-cu ildə tarix elmləri doktoru,
2001-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvüdür.
300-dən artıq elmi əsərin, o cümlədən
12 monoqrafiyanın müəllifidir.
Prezident İlham Əliyev 2009-cu il
mart ayının 4-də Məşədixanım Sədulla
qızı Nemətovanın “Şöhrət” ordeni ilə
təltif edilməsi haqqında sərəncam im-
zalamışdır.
Dostları ilə paylaş: |