ilə çıxış etmişdir. Tədricən “Müsavat” partiyası
Azərbaycanda milli-azadlıq mübarizəsinin önünə
keçmişdir.
1917-ci ilin oktyabr ayında çevriliş nəticəsində
Peterburqda hakimiyyətə gələn bolşeviklər
Müəssislər Məclisini ləğv etmişlər, keçmiş Rusiya
imperiyasının sərhədləri çərçivəsində sovet dövləti
yaratmağa başlamışlar. “Müsavat”ın böyük nüfu-
zunu görən bolşevik-erməni qüvvələri 1918-ci ilin
mart ayında Bakıda soyqırımı törətmişlər. Mart
soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə baş-
çılıq edən “Müsavat”ın qərargahı və “Açıq söz”
qəzetinin redaksiyası dağıdılmışdır.
1918-ci il may ayının 27-də M.Ə.Rəsulzadə
Azərbaycan Milli Şurasının sədri seçilmişdir. May
ayının 28-də İstiqlal bəyannaməsi imzalanmışdır.
1918-ci ilin iyununda Milli Şuranın müvəqqəti
olaraq istefasına razılıq verən Rəsulzadə
Azərbaycan nümayəndə heyətinin başında İstanbu-
la yollanmış və X.Xasməmmədov və A.Səfikürdski
ilə bərabər İstanbul beynəlxalq konfransında işti-
rak etmişdir.
1918-ci il noyabr ayının 16-da Azərbaycan Mil-
li Şurası işini bərpa edəndə Rəsulzadə onun bütün
fəaliyyətini Azərbaycan parlamentinin yaradılması
istiqamətində aparmışdır. Nəticədə, dekabrın 7-də
parlament fəaliyyətə başlamışdır. Parlamentin
1-ci iclasında dövlətin daxili və xarici siyasətinin
istiqamətləri haqqında Rəsulzadə proqram xarak-
terli nitq söyləmişdir. Azərbaycan parlamentində
“Müsavat” fraksiyasına məhz o rəhbərlik etmiş və
Azərbaycanın milli və dövlət maraqlarına cavab
verən qanunlarının qəbulunda həlledici rol oyna-
mışdır.
1920-ci il aprel ayının 27-də Sovet Rusiyasının
qoşunları Azərbaycanı işğal edəndə Azərbaycanı
tərk etməkdən imtina edən Rəsulzadə “Müsavat”ın
gizli mərkəzini yaratmış və müstəqillik uğrun-
da mübarizəni təşkil etməyə çalışmışdır. 1920-
ci il avqustun 17-də Rəsulzadə Lahıc kəndində
həbs olunmuş, lakin İ.Stalinin göstərişi ilə azad
edilərək Moskvaya aparılmışdır. Moskvadan
Sankt-Peterburqa göndərilmiş, oradan isə giz-
li yolla Finlandiya ərazisinə keçmişdir. 1922-ci
ildə o, Türkiyəyə gəlmiş və burada siyasi mü-
hacir həyatına başlamışdır. Onun fəal mühacir
həyatı sovetləri təlaşa salmış və onlar Türkiyə
hökumətindən Rəsulzadənin fəaliyyətinin qarşısını
almağı təkidlə tələb etmişlər. Nəhayət, 1931-ci ildə
Rəsulzadə Türkiyəni tərk etməli olmuşdur.
O, 1942-ci ildə Almaniyaya gələrək Milli
Azərbaycan Komitəsini yaratmışdır. 1945-ci ildə
gizli olaraq Almaniyanın Münhen şəhərinə gələn
Rəsulzadə burada “Azərbaycan demokrat birliyi”
adı ilə antifaşist təşkilatı yaratmışdır. Bu təşkilat
azərbaycanlı əsirləri əsir düşərgələrindən qaçırdır,
sonra isə elə Rəsulzadənin yaratdığı “Türkiyə -
Azərbaycan” cəmiyyətinin köməyi ilə Türkiyəyə
göndərirdi. 1947-ci ildə Türkiyəyə qayıdan
Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin
başçısı kimi fəaliyyətini davam etdirmişdir. Bütün
azərbaycanlı mühacirləri birləşdirmək məqsədi ilə
o, 1949-cu ildə Azərbaycan Kültür Dərnəyi yarat-
maq qərarına gəlmişdir. 1952-ci ildə Münhendə
Ümumi Qafqaz Konfransı keçirilmiş və yenidən
Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalq-
larının sovetlərə qarşı birgə mübarizə aparaca-
ğı haqqında qərar qəbul etmişdir. Mühacirətdə
olduğu dövrdə “Yeni Qafqaziya”, “Azəri-türk”,
“Odlu yurd”, “Qurtuluş”, “Müsavat bülleteni”,
“Azərbaycan” jurnallarını və “İstiqlal” qəzetini
nəşr etdirmişdir.
Ömrünün sonunadək Azərbaycanın müstəqilliyi-
nin bərpası uğrunda mübarizə aparan Məhəmməd
Əmin Rəsulzadə 1955-ci il mart ayının 6-da
Türkiyənin Ankara şəhərində vəfat etmiş və Anka-
ra şəhərinin Əsri qəbiristanlığında dəfn edilmişdir.
22 noyabr 2013-cü il tarixində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi
haqqında Sərəncam imzalamışdır. Sərəncamda
qeyd olunur ki, xalqımızın müstəqillik idealının
gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlət-
çilik ənənələri zəminində milli dövlət quruluşunun
dirçəldilməsində, milli istiqlal ideyalarının geniş
yayılmasında böyük xidmətlər göstərmiş və siya-
si publisistikası ilə ədəbi-ictimai fikir tariximizə
layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi
xadim M.Ə.Rəsulzadənin 130 illik yubileyinin
keçirilməsini təmin edilsin.